“Lenovo” şirkəti smartfonlarını rəsmən təqdim edib

"Motorola" brendinə sahib olan "Lenovo" şirkəti "Moto G5S" və "G5S Plus" smartfonlarını rəsmən təqdim edib.“life.ru” saytı xəbər verir ki, "Moto G5S" smartfonu "Full HD" təsvir ölçülü 5,2 düymlük ekran, 1,4 QHs takt tezlikli səkkiz nüvəli "Qualcomm Snapdragon 430" prosessoru ilə təchiz edilib. Qurğu 3 giqabayt əməli və 32 giqabayt daxili yaddaşa malikdir, həmçinin sürətli enerjidoldurma funksiyasına malik 3000 milliamper/saat tutumunda akkumulyatorla təchiz edilib. Bundan başqa, aparat 16 meqapiksellik əsas və 8 meqapiksellik ön kamera ilə təchiz edilib."Moto G5S Plus" smartfonu isə "Full HD" təsvir ölçülü 5,5 düymlük ekran, 2 QHs takt tezlikli səkkiz nüvəli "Qualcomm Snapdragon 625" prosessoru, ikiqat 13 meqapiksellik fotomodul və 8 meqapiksellik ön kamera ilə təchiz edilib. Smartfon 3/4 giqabayt əməli yaddaş, 32/64 giqabayt daxili daşıyıcıya malikdir. Bundan başqa, qurğu "TurboPower" texnologiyası üzrə sürətli enerjidoldurma imkanına malik 3000 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib.Hər iki smartfon alüminium korpusa malikdir və barmaq izləri skaneri ilə təchiz edilib. Aparatlar "Android 7.1 Nougat" mobil əməliyyat sisteminin idarəetməsi altında işləyir. Bu ay satışa çıxarılacaq "Moto G5S" və "Moto G5S Plus" smartfonlarının qiyməti müvafiq olaraq 249 və 299 dollar təşkil edir.xeber100.com

Avqust 2, 2017 2:35

“The Financial Times” nəşri yazır…

Yeni “iPhone” smartfon modelinin təqdimatı komplekt hissələrin tədarükü ilə əlaqədar problemlərə görə təxirə salına bilər.Azərtac xəbər verir ki, bu barədə “The Financial Times” nəşri məlumat yayıb. Qeyd olunur ki, “Apple” şirkəti “iPhone 8” modelinin istehsalı üçün lazım olan “OLED” ekranların ciddi çatışmazlığı ilə rastlaşıb. Bu səbəbdən yeni qurğunun təqdimatı oktyabrdan tez gözlənilmir. Həmin ay model məhdud sayda satışa çıxarılacaq, geniş tədarüklərə isə noyabr-dekabrda başlamaq nəzərdə tutulur.“Wall Street” analitikləri artıq “Apple” şirkətinin cari maliyyə ili üçün göstəriciləri ilə bağlı proqnozlarını azaldıblar. Buna səbəb kimi sentyabrda satılması gözlənilən milyonlarla yeni “iPhone” modelinin növbəti hesabat dövründə nəzərə alınacağı göstərilir. Bununla yanaşı, bir sıra ekspertlərin fikrincə, təqdimatın təxirə salınması şirkətin kotirovkalarına müsbət təsir göstərəcək və 2018-ci il ABŞ istehsalçısı üçün tarixdə ən uğurlu il olacaq.Bir müddət əvvəl oxşar proqnozla “J.P. Morgan” analitiki Rod Holl çıxış edib. O da “Apple” şirkətinin kəskin “OLED” ekran çatışmazlığı ilə üzləşməsini qeyd edib, lakin onun qənaətinə görə, istehsalla əlaqədar problemlər “iPhone 8” smartfonunun satışlarının başlanmasına səbəb olmayacaq.xeber100.com

Avqust 1, 2017 2:29