İsveç hökuməti təhlükəsizlik xidmətlərinə yeni səlahiyyət verəcək

İsveç KİV-lərində yayılan məlumata görə, partiyalar arasında uzun-uzadı danışıqlardan sonra ölkə hökuməti yeni antiterror qanunu hazırlamağa nail olub.Əldə edilmiş razılaşmaya görə, daxili işlər naziri Anders İqemanın başçılıq etdiyi Sosial-Demokrat Partiyası və müxalifət bloku yeni fəaliyyət planı hazırlayıb. Bu planın müəyyən bəndləri terror təhdidlərinin dəf olunmasında Krallığa kömək etməlidir.Jurnalistlər qeyd edirlər ki, yeni qanunvericilik çərçivəsində polisə və təhlükəsizlik xidmətlərinə daha artıq səlahiyyət verilməsi nəzərdə tutulur. Vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə şəhərlərdə əlavə təhlükəsizlik kameraları quraşdırılması, ictimai yerlərdə piyadaların müdafiəsi üçün maneələr yaradılması planlaşdırılır.Yeni qanunvericiliyin qüvvəyə minməsi üçün o, İsveç parlamenti tərəfindən bəyənilməlidir.Qeyd edək ki, İsveçdə hazırda qüvvədə olan Cinayət Məcəlləsində terror aktlarının təşkil olunmasında iştirak etməyə, terror təşkilatlarının maliyyələşdirilməsinə, habelə ekstremistləri dəstəkləmək məqsədi güdən digər əməllərə görə ciddi cəza tədbirləri nəzərdə tutulur.Mövcud qanunun sərtləşdirilməsi barədə qərar bu il aprelin 7-də Stokholmda baş vermiş bir hadisədən sonra qəbul edilib. Həmin gün terrorçu “İslam dövləti” təşkilatına mənsub olan bir silahlı idarə etdiyi yük maşınını qəsdən adamların üstünə sürüb, nəticədə dörd nəfər həlak olub, təxminən on beş nəfər yaralanıb.xeber100.com

İyun 8, 2017 3:11

Almaniya hökuməti Ankaraya iki həftə vaxt verib

Almaniya hökuməti bundestaq deputatlarının Türkiyədəki “İncirlik” Hərbi Hava Qüvvələri bazasına buraxılması məsələsi ilə əlaqədar münaqişənin nizamlanması üçün Ankaraya iki həftə vaxt verib. Bu barədə məlumat verən “Spiegel Online” onlayn-nəşri bir məqamı da dəqiqləşdirir ki, əks təqdirdə Almaniyaya məxsus yanacaqdolduran və qırıcı təyyarələrin həmin bazadan çıxarılması barədə sərəncam veriləcək.“Spiegel Online” yazır ki, federal hökumət təyyarələrin “İncirlik” bazasından çıxarılması barədə qərar qəbul etməzdən əvvəl Türkiyənin hakimiyyət orqanları ilə danışıqlar aparmaq niyyətindədir. Eyni zamanda qeyd edilir ki, Almaniya Xarici İşlər Nazirliyində, Müdafiə Nazirliyində, yaxud federal kanslerin idarəsində Türkiyə ilə danışıqların bu problemin həlli ilə nəticələnəcəyinə gətirib çıxaracağına ümid etmirlər. Aşkardır ki, Bundestaq qondarma “erməni soyqırımı”nın tanınması barədə qalmaqallı qətnamə qəbul etməklə NATO üzrə özünün müttəfiqi ilə uzunmüddətli qarşıdurma yaranacağını əvvəlcədən bilirdi.Türkiyənin “İncirlik” bazasında 260 nəfərə yaxın almaniyalı hərbçi yerləşdirilib. Onlar havadan kəşfiyyat aparmaqla və təyyarələrə əlavə yanacaq doldurmaqla “İslam dövləti” qruplaşmasının Suriya və İraqdakı bazalarına havadan zərbələri dəstəkləyirlər.xeber100.com

İyun 6, 2017 2:17