İsrail, Kipr, Yunanıstan və İtaliya arasında İsrail təbii qazının Avropaya nəqli üçün qaz boru kəmərinin inşası üzrə müqavilə imzalanıb.İsrail dövlət radiosu xəbər verir ki, 8 il davam edəcək qaz boru kəməri layihəsi 5,5 milyard dollara başa gələcək.İsrailin energetika naziri Yuval Ştaynits deyib: “İnşa ediləcək boru kəməri ilə İsrail qazı Avropa ölkələri ilə yanaşı, bəzi Yaxın Şərq ölkələrinə də daşınacaq. İsrail qlobal enerji məsələsində artıq mühüm rol oynayacaq”.İtaliya, Kipr, Yunanıstan və Avropa İttifaqı arasında imzalanan müqaviləyə görə, İsrail qazı Aralıq dənizindən çəkiləcək boru kəməri ilə Kipr və Krit adaları üzərindən Avropaya daşınacaq.xeber100.com