Ukraynada nöbədənkənar parlament seçkiləri başlayıb

Ukraynada nöbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə başlayıb.Azərtac  xəbər verir ki, yerli vaxtla səhər saat 08:00-da açılan seçki məntəqələri axşam saat 20:00-da bağlanacaq. Səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə ilkin məlumatlar gün ərzində üç dəfə Mərkəzi Seçki Komissiyası tərəfindən açıqlanacaq.Səsvermə başa çatan kimi “exit-poll”un nəticələri elan olunacaq.Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 22 partiyadan 2700 namizəd, təkmandatlı seçki dairəsindən isə 3200-dən çox nümayəndə qeydə alıb.Növbədənkənar parlament seçkilərində 1719 xarici müşahidəçi qeydə alınıb. Bunlardan 1602-si beynəlxalq təşkilatların nümayəndələri, 117-si isə 12 xarici ölkədəndir. Ən çox xarici müşahidəçi ABŞ-dan qeydə alınıb – 42 nəfər.Seçkilərdə yalnız 5 faizlik baryeri aşan partiyalar iştirak edə biləcəklər. Yerli təşkilatların apardığı sorğuya əsasən, ukraynalıların elektoral rəğbət reytinqində səslərin 49,5 faizini toplayan Prezident Vladimir Zelenskinin “Xalqın xidmətçisi” partiyası liderlik edir. İkinci yerdə “Həyat uğrunda - müxalifət platforması” gedir, ona rəyi soruşulanların 10,5 faizi səs vermək niyyətindədir. Onların ardınca Ukraynanın sabiq Prezidenti Petro Poroşenkonun “Avropa həmrəyliyi” (7,7 faiz), Yuliya Timoşenkonun “Batkivşina” (7,2 faiz) partiyası gəlir. İlk beşliyi ukraynalı müğənni Svyatoslav Vakarçukun “Səs” partiyası (5,9 faiz) tamamlayır.xeber100.com  

İyul 21, 2019 4:23

Birləşmiş Millətlər Təşkilatının məlumatı əsasında…

BMT-nin baş katibi Antonio Quterreş təşkilatın Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən Yüksəksəviyyəli Siyasət Forumunun “nazirlər seqmentinin” iclasında bildirib ki, hazırda planetimizdə 4 milyard insan sosial müdafiədən məhrumdur. Onun sözlərinə görə, 2050-ci ildən bəri işsizliyin artması tendensiyası zəifləsə də, maaşların artımında durğunluq hökm sürür, qadınların 30 faizi və gənc kişilərin 13 faizi təhsilsiz və işsizdir.Azərtac BMT-nin saytına istinadla xəbər verir ki, A.Quterreş 2030-cu ilədək dayanıqlı inkişaf Hədəflərinə dair qəbul olunmuş proqramın uğurlu olması üçün hələ çox işlər görülməli olduğunu vurğulayıb. Baş katib qeyd edib ki, bəzi sahələrdə müəyyən inkişafa nail olunsa da, qlobal inkişaf üzrə vəziyyət o qədər də yaxşı deyil. Ölkələr arasında və onların daxilində qeyri-bərabərliyin səviyyəsi yüksək olaraq qalır.A.Quterreş gender bərabərliyi məsələsinə də toxunaraq qeyd edib ki, son dörd ildə bu sahədə dünyanın heç bir ölkəsi yetərincə tədbirlər görməyib. “Qadınlar əvvəllər olduğu kimi, indi də ayrı-seçkiliyə şərait yaradan qanunlarla üz-üzədirlər, zorakılığa məruz qalırlar, kişilərə yaradılan imkanlardan məhrumdurlar”, deyə baş katib əlavə edib.BMT-nin rəhbəri vurğulayıb ki, beynəlxalq ictimaiyyət dayanıqlı inkişaf Hədəflərinə nail olmaq üçün bu sahəyə dövlət və özəl sərmayələrin həcmini artırmalı, qeyr-bərbərliyi azaltmalı, miqrasiya prosesləri üzrə Qlobal müqavilənin şərtlərinə əməl etməli və insan hüquqlarına hörmət etməlidir. O xatırladıb ki, bütün bu mühüm məsələlər BMT Baş Assambleyasının sentyabrda keçiriləcək növbəti sessiyasında müzakirə olunacaq. A.Quterreş hökumətləri bu vacib tədbirə konkret fəaliyyət proqramları ilə gəlməyə çağırıb.xeber100.com

İyul 17, 2019 2:50