“Microsoft” korporasiyasının “Digital Defense Report” illik hesabatında

“Microsoft” korporasiyası tərəfindən dərc edilmiş “Digital Defense Report” adlı illik hesabatda son ildə kibertəhlükəsizlik sahəsində əsas tendensiyalar haqqında məlumat verilib. Şirkətin mütəxəssisləri qeyd ediblər ki, hakerlər öz əməliyyatlarının aşkar edilməsinin qarşısını almaqla yanaşı, daha mürəkkəb maskalanma metodlarından istifadəyə başlayıblar.Azərtac xarici saytlara istinadən xəbər verir ki, bütün kiber hadisələrin təxminən 70 faizi fişinq hücumlarının payına düşüb. Cinayətkarlar müntəzəm olaraq “Microsoft”, “UPS”, “Amazon”, “Apple” və “Zoom” kimi böyük şirkətlərin göndərmələrini təqlid edən elektron məktublar göndəriblər. “Microsoft”un mütəxəssisləri, həmçinin hakerin qurbanın sistemində olduğu orta müddətin azalması (indi bu göstərici təxminən 45 dəqiqə təşkil edir) haqqında bildiriblər. Korporasiya tərəfindən bu yaxınlarda keçirilmiş sorğuya əsasən, informasiya təhlükəsizliyi üzrə direktorların 73 faizi bildirib ki, onların təşkilatı son ildə məxfi məlumatlar da daxil olmaqla məlumat itkisi ilə üzləşiblər.2020-ci ilin birinci yarısında, həmçinin korporativ hesabların ələ keçirilməsinə hədəflənmiş hücumların sayında artım qeydə alınıb. Bu metod çərçivəsində sistematik axtarıb tapma, parol siyahıları və əvvəlki müdaxilələr nəticəsində ələ keçirilmiş qeydiyyat məlumatları istifadə olunur. Fişinq hücumlarının tezliyini, zərərverici proqram təminatının köməyi ilə informasiyanın ələ keçirilməsi və bundan əvvəl ələ keçirilmiş parolların təkrar istifadə tezliyini nəzərə alaraq, istifadəçilərin giriş üçün məlumatları digər təhlükəsizlik metodları ilə kombinasiya etməsi çox vacibdir.Mütəxəssislərin bəyanatına görə, təşkilatlar üçün çoxfaktorlu autentifikasiyanın tətbiq edilməsi artıq zərurətə çevrilib. “Microsoft”un məlumatına görə, ondan istifadə hesablara müdaxiləyə hədəflənmiş bütün hücumların 99 faizinin qarşısını alır.xeber100.com

Oktyabr 1, 2020 12:45

İsrail hökuməti karantin rejiminin sərtləşdirilməsi barədə qərar qəbul edib

Sentyabrın 24-də İsrail hökuməti ölkədə COVID-19 infeksiyasına yoluxanların sayının artması səbəbindən ümummilli karantin rejiminin sərtləşdirilməsi barədə qərar qəbul edib.“Haaretz” qəzeti xəbər verir ki, Nazirlər Kabineti səkkiz saatlıq müzakirələrdən sonra koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin gücləndirilməsi ilə bağlı bir sıra qərarlar hazırlayıb. Yeni məhdudiyyət tədbirlərinin sentyabrın 25-dən etibarən qüvvəyə minəcəyi və mümkün zəiflətmələrlə azı iki həftə qüvvədə qalacağı bildirilir.“The Jerusalem Post” qəzeti isə öz növbəsində karantin tədbirlərinin mart ayında olduğundan daha sərt xarakter daşıyacağı barədə məlumat yayıb. Belə ki, hökumətin qərarına əsasən, sinaqoqlar, az əhəmiyyət kəsb edən müəssisələr və bazarlar bağlanmalı, ictimai nəqliyyatda marşrutların sayı azaldılmalıdır. Həmçinin iki metrlik sosial məsafəni qorumaq və insanların evlərindən yalnız bir kilometrə qədər uzaqlaşması şərti ilə etiraz aksiyalarında və küçə ibadətlərində ən çoxu 20 nəfərin iştirakına icazə veriləcək.Pandemiyanın statistikasını aparan Worldometer saytının son məlumatına əsasən, İsraildə koronavirusa yoluxan insanların sayı 206 min 332 nəfərə, ölənlərin sayı isə 1335 nəfərə çatıb.xeber100.com

Sentyabr 24, 2020 3:55