Birləşmiş Millətlər Təşkilatının hesabatına əsasən…

BMT-nin hesabatında qeyd olunub ki, dünyada cinayətlər nəticəsində ölənlərin sayı silahlı münaqişə zonalarında həlak olanlardan çoxdur. Azərtac təşkilatın saytına istinadla xəbər verir ki, tədqiqatlar təkcə 2017-ci ildə 464 min nəfərin qətllə nəticələnən cinayətlərin qurbanı olduğu bildirilir. Bu, silahlı münaqişələrdə həlak olanların sayından beş dəfə çoxdur.BMT-nin Narkotiklər və Cinayətlərlə Mübarizə Ofisinin (UNODC) hazırladığı hesabata görə, bu cinayətlərin törədildiyi ən təhlükəli region Mərkəzi Amerikadır. Burada hər 100 min nəfərə 62,1 qətl törədilib.BMT Qətl Cinayətlərinin Tədqiqi Agentliyinin 2019-cu il üçün hesabatında isə bildirilir ki, qətllərin ən az olduğu təhlükəsiz region Asiya, Avropa və Okeaniyadır. Hər 100 min nəfərə 13 qətl düşən Afrikada vəziyyət Amerikadan yaxşıdır (17 qətl). İnsanların qətlinin beşdəbiri mütəşəkkil cinayətkar qrupların payına düşür. Qeyd olunur ki, bu qrupların pozucu fəaliyyəti ölkələrdə sabitliyi pozur, sosial-iqtisadi inkişafa mane olur və qanunların aliliyini arxa plana keçirir. Bundan başqa, 41 ölkədə aparılan araşdırmalar göstərib ki, qətl törədənlərin əksəriyyəti, habelə onların qurbanlarının çoxu kişilərdir. Qətl qurbanlarının və onları törədənlərin arasında 15-29 yaş arasında olanlar üstünlük təşkil edirlər. Məsələn, Amerikada öldürülənlərin 40 faizi 18-19 yaşlı gənclərdir. Hesabatda korrupsiya, insan alveri və narkotik maddələrin qeyri-leqal dövriyyəsinin də bu cinayətlərin sayını artırdığı vurğulanır.UNODC-nın tədqiqatları göstərir ki, qətl cinayətlərinin sayı 1992-ci ildəki 400 mindən 2017-ci ildə 460 minə çatıb.xeber100.com

İyul 9, 2019 4:57

Rusiya Xarici İşlər Nazirliyi etiraz notası göndərib

Rusiya Xarici İşlər Nazirliyi Osakada keçirilmiş G20 sammitinin materiallarında Kuril adalarının cənubunu yapon adası kimi göstərdiyinə görə Yaponiyaya etiraz notası göndərib. Bunu iyulun 4-də keçirdiyi brifinqdə Rusiyanın xarici siyasət idarəsinin sözçüsü Mariya Zaxarova bildirib.TASS informasiya agentliyi xəbər verir ki, M.Zaxarovanın sözlərinə görə, iyulun 2-də Yaponiyanın Moskvadakı səfirliyinin nümayəndəsinə müvafiq etiraz notası təqdim olunub. Sənəddə göstərilib ki, yapon tərəfinin Osaka sammitində özünün sədrlik funksiyalarından Rusiyaya qarşı ərazi iddiaları məqsədilə sui-istifadə etməsi yolverilməzdir.M.Zaxarova əlavə edib ki, bu cür hərəkətlər Yaponiyanın Baş Naziri Sindzo Abenin Rusiya ilə münasibətlərə xələlə gətirəcək hər hansı addımlardan çəkinmək barədə dəfələrlə verdiyi bəyanatlara da ziddir.Moskva və Tokio uzun illərdir İkinci Dünya müharibəsinin yekunlarına dair sülh müqaviləsinin hazırlanması istiqamətində danışıqlar aparırlar. Bu məsələdə başlıca əngəl Kuril adalarının cənub hissəsi ilə əlaqədar fikir ayrılığıdır. Müharibədən sonra arxipelaq Sovet İttifaqının tərkibinə daxil edilib, lakin Yaponiya İturup, Kunaşir, Şikotan və onlara bitişik kiçik adaların ona məxsus olduğunu bildirir. İyunun 29-da Vladimir Putin və Sindzo Abe arasında keçirilən görüşdən sonra yapon lider mətbuat konfransında bildirmişdi ki, tərəflər Kurilin cənub hissəsində keçmiş yapon sakinlərin əcdadlarının məzarlarının avqust-sentyabr aylarında ziyarət edilməsi barədə razılıq əldə ediblər. O, həmçinin qeyd edib ki, Rusiya Prezidenti ilə görüşdə danışıqları davam etdirmək və bu adalarda birgə təsərrüfat fəaliyyətini həyata keçirmək qərara alınıb.xeber100.com

İyul 4, 2019 5:23