“Barselona” futbol klubu braziliyalı yarımmüdafiəçini transfer edəcək

İspaniyanın “Barselona” futbol klubu braziliyalı yarımmüdafiəçi 27 yaşlı Filipp Koutinyonu 120 milyon avroya satmaq niyyətindədir. “Qazeta.Ru” saytı bu haqda “Mundo Deportivo” nəşrinə istinadla məlumat verib.İspaniya komandasının rəhbərliyi bu oyunçunun transferinə görə ən azı bu məbləği almağı nəzərdə tutur ki, klub həmin futbolçunu alarkən çəkdiyi xərclərin əvəzi çıxsın.Yarımmüdafiəçinin transferinin bütün məbləği 135 milyon avroya bərabərdir. Bu məbləğdən 120 milyon avro Koutinyonun keçidi üçün qiymət, daha 15 milyon avro bonuslar şəklində müəyyən edilib.Azərtac xəbər verir ki, braziliyalı futbolçu ildə 14 milyon avro alır. “Barselona”nın rəhbərliyi hesab edir ki, Koutinyonu almağa yalnız İngiltərənin “Mançester Siti” və ya “Mançester Yunayted”, həmçinin Fransanın “Pari Sen-Jermen” komandalarının imkanı ola bilər.Yarımmüdafiəçi keçən mövsümdə iştirak etdiyi bütün turnirlərdə 54 matç keçirib, bu oyunlarda 11 qol vurub və 5 uğurlu ötürmə edib. O, “Barselona” komandasının heyətində iki dəfə İspaniya çempionu, İspaniya Kubokunun və İspaniya Superkubokunun sahibi olub.Koutinyo Braziliya yığmasının heyətində 55 görüş keçirib, bu oyunlarda 15 qol vurub. Onun aktivində bu il Amerika Kubokunun qızıl medalı da var.xeber100.com

İyul 26, 2019 2:08

“EYOF Bakı 2019”un üzgüçülük yarışlarında

İyulun 25-də “EYOF Bakı 2019”un üzgüçülük yarışlarında Azərbaycanın iki atleti mübarizəyə qoşulub.Azərtac xəbər verir ki, Maksim Petrenko 50 və 200 metr məsafəyə sərbəst üzmə yarışlarında müvafiq olaraq 26.03 və 2 dəqiqə 4.66 saniyə nəticə göstərərək mübarizəni dayandırıb.Ramil Vəlizadə isə 100 metr məsafəyə batterflay üsulla üzmə yarışında yarımfinala adlayıb. Təmsilçimiz finişə 56.83 saniyəyə çataraq həlledici mərhələyə vəsiqə uğrunda mübarizə imkanı əldə edib.Səhər sessiyasında, həmçinin qızlar 100 metr məsafəyə arxası üstə, brass, 200 metr məsafəyə fərdi qaydada qarışıq, oğlanlar isə 100 metr məsafəyə brass üsulla üzmə yarışlarında mübarizə aparıblar.Bununla yanaşı, 4x100 metr məsafəyə qarışıq üzmə yarışlarında finalçıların adları müəyyənləşib. Üzgüçülük həvəskarları finalda Rusiya (3:55.97), Ukrayna (4:01.37), Böyük Britaniya (4:01.64), Fransa (4:01.88), Macarıstan (4:03.87), Almaniya(4:03.94), Türkiyə (4:04.19) və İspaniya (4:04.27) idmançılarının gərgin və maraqlı mübarizəsini izləyəcəklər.Axşam sessiyasında isə finalçılar və qaliblər müəyyənləşəcək. Saat 17:00-da başlayacaq sessiyada təmsilçimiz Məryəm Şeyxəlizadəxangah ölkəmizin aktivinə idmanın bu növü üzrə ilk medalı yazdıra bilər. Belə ki, o, 100 metr məsafəyə batterflay üsulla üzmə yarışının finalında Aleksandra Sabitova (Rusiya), Roos Vanotterdyik (Belçika), Amelie Zaxenhuber (Almaniya), Sofi Friman (Böyük Britaniya), Sofiya Sartori (İtaliya), Panna Uqray (Macarıstan) və Helen Lorens (Norveç) ilə medallar uğrunda mübarizə aparacaq.xeber100.com

İyul 25, 2019 1:53