Azərbaycan Premyer Liqasının oyunlarını idarə edəcək hakimlər açıqlanıb

Azərbaycan Premyer Liqasının III turunun oyunlarını idarə edəcək hakimlər açıqlanıb. Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, turun mərkəzi qarşılaşması hesab olunan “Sabah”–“Neftçi” matçı FİFA referisi ƏIiyar Ağayevə tapşırılıb. Azərbaycan Premyer Liqası III tur 18 avqust (cümə) 17:00. “Kəpəz” – “Turan Tovuz” Hakimlər: Cavid Cəlilov, Zöhrab Abbasov, Şirmamed Mamedov, Əli Əliyev VAR: Rəşad Əhmədov AVAR: Cavanşir Yusifov Hakim-inspektor: Babək Quliyev AFFA nümayəndəsi: Seymur Səlimli Gəncə şəhər stadionu. 19 avqust (şənbə) 18:00. “Qəbələ” – “Sumqayıt” Hakimlər: Kamranbəy Rəhimov, Kamran Bayramov, Rəhman İmami, Kamran Əliyev Hakim-inspektor: Munis Abdullayev AFFA nümayəndəsi: Mübariz Hüseynov Qəbələ şəhər stadionu 20:00. “Səbail” – “Zirə” Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Teymur Teymurov, Fərid Hacıyev Hakim-inspektor: Rəhim Həsənov AFFA nümayəndəsi: Rüfət Əmirov “ASCO Arena” 20 avqust (bazar) 18:00. “Qarabağ” – “Araz-Naxçıvan” Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Eyyub İbrahimov, Kamal Umudlu Hakim-inspektor: Asim Xudiyev AFFA nümayəndəsi: Əsgər Əmirəliyev “Azersun Arena” 20:00. “Sabah” – “Neftçi” Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Elşad Abdullayev, Rauf Cabarov Hakim-inspektor: Barış Şimşek AFFA nümayəndəsi: Elgiz Abbasov “Bank Respublika Arena”xeber100.com

Avqust 17, 2023 1:10

Beynəlxalq Cüdo Federasiyası: Beynəlxalq cüdo turniri keçiriləcək

Beynəlxalq Cüdo Federasiyasının (BCF) qərarı ilə “Dünya Cüdo Turu” çərçivəsində bu il 22-24 sentyabrda Bakıda keçiriləcək Böyük dəbilqə yarışı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr ediləcək. Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, rəsmi olaraq “Heydar Aliyev Baku Grand Slam 2023” adlandırılacaq yarış Milli Gimnastika Arenasında baş tutacaq. Turnirdə 60-dan çox ölkədən 350-dən artıq idmançının iştirak etməsi gözlənilir. Yarışın dünyanın 100-dən çox ölkəsinə canlı yayımlanması planlaşdırılır. BCF-in çox istisna hallarda icazə verdiyi bu hal Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə idmanın və cüdonun inkişafına verdiyi əvəzedilməz töhfənin beynəlxalq idman ictimaiyyəti tərəfindən də tanındığını göstərir. “Biz çox şadıq ki, ölkəmiz yenidən Bakı Böyük dəbilqə turnirinə ev sahibliyi edəcək. Bakı Böyük dəbilqə turnirinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilməsi bizim üçün böyük şərəfdir və tədbirin ən yüksək səviyyədə təşkili üçün Azərbaycan Cüdo Federasiyası olaraq əlimizdən gələni edəcəyik. Bu turnir idmançılara öz bacarıqlarını nümayiş etdirmək və yüksək səviyyədə yarışmaq üçün gözəl imkan yaratmaqla yanaşı, həm də onlara öz azarkeşləri qarşısında bunu etməyə imkan verir və bu da əvəzolunmaz təcrübədir. Dünyanın hər bir yerindən cüdoçuların ölkəmizə gəlməsini səbirsizliklə gözləyirik”, - Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu bildirib.xeber100.com

Avqust 16, 2023 1:55