Formula 1 çempionatının 2023-cü il mövsümünün onuncu mərhələsində

Formula 1 çempionatının 2023-cü il mövsümünün onuncu mərhələsi - Böyük Britaniya Qran-Prisi start götürür. Yarışlar “Silverstoun” avtodromunda keçiriləcək. Hazırkı mövsümdə titul uğrunda mübarizədə “Red Bull” komandasından olan niderlandlı pilot Maks Ferstappenə üçqat dünya çempion adını qazanmağa mane olan intriqalar gözlənilmir. O, ötən doqquz yürüşdən yeddisində, o cümlədən son beş yürüşdə qalib gəlib və yaxın təqibçisi, öz komanda yoldaşı olan meksikalı Serxio Peresi 81 xal üstələyir. Niderlandlının ortağına isə şəxsi hesabda ikinci yeri qoruyub saxlamaq o qədər də asan olmayacaq: ispaniyalı Fernando Alonso (“Aston Martin”) və britaniyalı Luis Hamilton (“Mercedes”) yəqin ki, meksikalı ilə mübarizəyə çıxacaqlar. “Silverstoun” trası Nortgemptonşirdə eyniadlı kəndin yaxınlığında yerləşir. İlk rəsmi Qran-Pri 1950-ci il mayın 13-də təşkil olunub və Formula 1 tarixində birinci olub. Avtodromun sxemi mövcud olduğu illər ərzində 9 dəfə dəyişib. Tras mürəkkəb, yüksəksürətli hesab edilir, sürətli döngələrə malikdir. Böyük Britaniya Qran-Prisinin qaliblər üzrə rekordsmen Hamilton hesab olunur. O, ev mərhələsində 8 dəfə birinci finiş edib. Hazırkı pilotlardan Alonso (2006, 2011) və ispaniyalı Karlos Sayns da (oğul) (2022) qalib olublar. 2020-ci ildə 70 illik Qran-Prisi çərçivəsində Silverstounda Ferstappen qələbə qazanıb. Bu gün sərbəst yürüşlərin birinci hissəsi başlayacaq. Şənbə günü üçüncü sərbəst praktika və təsnifat təşkil olunacaq. Mərhələnin proqramı bazar günü başa çatacaq.xeber100.com

İyul 7, 2023 3:51

Güləş üzrə U-15 Avropa çempionatı start götürəcək

İyulun 6-da Macarıstanın Kaposvar şəhərində güləş üzrə U-15 Avropa çempionatı start götürəcək. Azərbaycan Güləş Federasiyasından bildirilib ki, iyulun 9-dək davam edəcək qitə birinciliyində hər 3 güləş növü üzrə milli komandalarımız iştirak edəcək. Yarış ərəfəsində Azərbaycan Güləş Federasiyasının rəsmiləri komandalarla görüşüb və onlara uğurlar arzulayıblar. İyulun 6-da qadın güləşi üzrə yarışa start veriləcək. Məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında Əfsanə İslamova (39 kq), Nəzrin Əhmədli (42 kq), Esra Məmmədli (46 kq), Fidan Babayeva (58 kq) və Milana Bağırzadə (62 kq) mübarizə aparacaq. İyulun 7-də sərbəst güləşçilər xalçaya çıxacaq. Məşqçilər Namiq Quliyev, Elşad Allahverdiyev və Xəqan Süleymanovun rəhbərliyi altında Müstəcəb Məmmədov (38 kq), Rəşid Nazarov (41 kq), Ruslan Əlizadə (44 kq), Həsən Həsənov (48 kq), Fərid Ağazadə, Hüseyn İsmayılov (hər ikisi 52 kq), İsa Yusibov (57 kq), Nihad Abbasov (62 kq), Rəşad Veysəlov (68 kq), Hüseyn Məmmədtağızadə, Nihad Quliyev (hər ikisi 75 kq), Amin Nəsibov və Hakim Tağıyev (hər ikisi 85 kq) Kaposvarda uğur qazanmağa çalışacaq. Ayın 8-də isə yunan-Roma güləşçiləri yarışa qoşulacaq. Məşqçilər Əbülfət Məmmədovla İlham Vəzirovun rəhbərliyi altında Abdurrəhman Hüseynli, Qurban Məcnunov (hər ikisi 38 kq), Ayxan Əsədli (41 kq), Hikmət Haqverdiyev (44 kq), Elşad Abbasov, Əli Nəzərov (hər ikisi 48 kq), Nihad Məhərrəmov, Marat Ağakərimov (hər ikisi 52 kq), Məhəmməd Ələkbərli (57 kq), Nicat Yeylaqaliyev (62 kq), Yusif Əhmədli (68 kq), Rihad İbrahimli (75 kq) və Rüfət Əlizadə (85 kq) çıxış edəcək. Təsnifat və təsəlliverici görüşlər Bakı vaxtı ilə 12:30-da başlayacaq. Yarımfinallar 19:00, medal qarşılaşmaları isə 20:00-da start götürəcək. Yarışın sonuncu günündə isə həlledici görüşlər 15:30-da başlayacaq. Qadın güləşində medalçılar iyulun 7-də, sərbəst güləşdə ayın 8-də, yunan-Roma güləşində isə çempionatın sonuncu günündə müəyyənləşəcək. Qeyd edək ki, Avropa Çempionatında Kamran Baxışov və Samil Fəttayev ölkəmizi hakim qismində təmsil edəcək.xeber100.com

İyul 6, 2023 3:16