UEFA Millətlər Liqası 2020-2021-ci illər mövsümündə

Sentyabrın 8-də futbol üzrə UEFA Millətlər Liqasının 2020-2021-ci illər mövsümünün ikinci turuna yekun vurulub.Azərtac xəbər verir ki, turun sonuncu oyun günündə A, C və D liqalarında ümumilikdə 9 qarşılaşma baş tutub.C liqasının 1-ci qrupunda yer alan Azərbaycan millisi səfərdə Kipr seçməsinin qonağı olub. Millimiz Nikosiyada Kipr komandasını minimal hesabla məğlub edib - 1:0. Oyunda yeganə qolun müəllifi 29-cu dəqiqədə kapitan Maksim Medvedev olub.Azərbaycan millisi növbəti oyununu Monteneqro yığmasına qarşı keçirəcək. Görüş oktyabrın 10-da baş tutacaq.Azərbaycan millisinin yer aldığı qrupun digər görüşündə Lüksemburq öz meydanında Monteneqro seçməsinə son dəqiqələrdə (90-cı) buraxdığı qolla məğlub olub.Günün ən maraqlı görüşü “Stad de Frans” stadionunda baş tutub. Sonuncu dünya çempionatının finalçıları Fransa və Xorvatiya yığmaları üz-üzə gəlib. Məhsuldarlığı ilə seçilən görüşdə fransızlar güclü olub - 4:2. Fransa millisinin heyətində Antuan Qrizman, Dominik Luvakoviç (avtoqol), Dayo Upamkano, Olivye Giru, Xorvatina seçməsinin isə Deyan Lovren və Yosip Brekalo fərqləniblər.Turun digər qarşılaşmalarında aşağıdakı hesablar qeydə alınıb: A liqası (3-cü qrup) İsveç – Portuqaliya - 0:2. A liqası (2-ci qrup) Belçika — İslandiya - 5:1; Danimarka — İngiltərə - 0:0. C liqası (2-ci qrup) Gürcüstan – Şimali Makedoniya - 1:1; Ermənistan – Estoniya - 2:0. D liqası (2-ci qrup) San-Marino – Lixtenşteyn - 0:2.xeber100.com

Sentyabr 9, 2020 11:03

Futbol üzrə UEFA Millətlər Liqasının növbəti oyunları keçirilib

Futbol üzrə UEFA Millətlər Liqasının 2020-2021-ci illər mövsümünün ikinci turunun növbəti oyunları keçirilib.Azərtac xəbər verir ki, turun ikinci oyun günündə A, B və C liqalarında ümumilikdə 8 qarşılaşma baş tutub.Turun mərkəzi qarşılaşması “Yoxan Kroyff Arena”da stadionunda olub. Niderland millisi öz meydanında İtaliya seçməsini qəbul edib. Görüş italyanlıların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qol matçın 45-ci dəqiqəsində vurulub. Ciro İmmobilenin cinah ötürməsini Nikolo Barella dəqiq baş zərbəsi ilə tamamlayıb.Birinci turda Niderland millisi Polşa komandasını (1:0) məğlub edib. İtaliya seçməsi isə ev oyununda Bosniya və Herseqovina millisi ilə heç-heçə edib – 1:1.Günün digər görüşlərində aşağıdakı hesablar qeydə alınıb: A liqası (1-ci qrup) Bosniya və Herseqovina – Polşa - 1:2. B liqası (1-ci qrup) Avstriya – Rumıniya - 2:3; Şimali İrlandiya – Norveç - 1:5. B liqası (2-ci qrup) Çexiya – Şotlandiya - 1:2; İsrail – Slovakiya - 1:1. C liqası (4-cü qrup) Qazaxıstan – Belarus - 1:2; Albaniya – Litva - 0:1. Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 8-də səfərdə Kipr seçməsinin qonağı olacaq. Yığma komandamız birinci turda Bakıda Lüksemburq yığmasına məğlub olub (1:2). Kipr isə səfərdə Monteneqro seçməsinə uduzub – 0:2.xeber100.com

Sentyabr 8, 2020 8:31