“Real Madrid” futbol klubu Belçikanın “Brügge” klubu ilə qarşılaşıb

Oktyabrın 1-də futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turuna start verilib.Azərtac xəbər verir ki, turun erkən başlayan oyunlarından biri çempionluğa iddialı İspaniyanın “Real Madrid” və Belçikanın “Brügge” klubları arasında olub.Görüş gözlənilmədən 2:2 hesabı ilə heç-heçə başa çatıb.Oyunda hesabı erkən qolla qonaqlar açıb. Matçın doqquzuncu dəqiqəsində Emmanuel Dennis fərqlənib. Qoldan 30 dəqiqə sonra E.Dennis yenidən fərqlənib.Birinci hissə 2:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb.Fasilədən sonra madridlilər qollardan birinin əvəzin çıxıblar. Serxio Ramos Kərim Benzemanın cinah ötürməsindən sonra qapıya dəqiq baş zərbə vurub - 1:2.Matçın 84-cü dəqiqəsində “Brügge” azlıqda qalıb. İkinci sarı vərəqəsini alan Rud Vormer meydandan kənarlaşdırılıb.Məğlub olmamaq üçün irəli atılan “Real Madrid” oyunun başa çatmasına dörd dəqiqə qalmış hesabı bərabərləşdirməyə nail olub. Kazemiro adını tabloya yazdırıb - 2:2.Qalan dəqiqələrdə “Real Madrid” cəhdlərinə baxmayaraq hesab dəyişilməyib. Beləliklə, “Real Madrid” ardıcıl iki dəfə qələbə qazana bilmir. Belə ki, ispanlar ilk turda Fransanın “Paris Sen-Jermen” klubuna səfərdə böyük hesabla məğlub olmuşdu- 3:0“Brügge” isə öz meydanında Türkiyənin “Qalatasaray” komandası ilə heç-heçə edib.Günün digər erkən başlayan oyununda “Atalanta” (İtaliya) öz meydanında “Şaxtyor” (Ukrayna) klubuna 2:1 hesabı ilə məğlub olub.xeber100.com  

Oktyabr 2, 2019 10:24

UEFA Çempionlar Liqasının ikinci turuna start veriləcək

Oktyabrın 1–də UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinin ikinci turuna start veriləcək.Azərtac xəbər verir ki, oyun günündə A, B, C və D qruplarında yer alan komandalar qarşılaşacaqlar. Qitənin ən nüfuzlu klub turnirində Türkiyə təmsilçisi “Qalatasaray” öz meydanında Fransanın “Paris Sen-Jermen” komandasını qəbul edəcək.İlk günün oyunları aşağıdakılardır: “A” qrupu: “Real Madrid” (İspaniya) – “Brügge” (Belçika), “Qalatasaray” (Türkiyə) - “Paris Sen-Jermen” (Fransa), Xal durumu: “Paris Sen-Jermen” – 3, “Qalatasaray” - 1, “Brügge” - 1, “Real Madrid” - 0. “B” qrup: “Srvena Zvezda” (Serbiya) – “Olimpiakos” (Yunanıstan), “Tottenhem” (İngiltərə) – “Bavariya” (Almaniya), Xal durumu: “Bavariya” - 3, “Olimpiakos” - 1, “Tottenhem” - 1, “Srvena Zvezda” - 0. “C” qrupu: “Atalanta” (İtaliya) – “Şaxtyor” (Ukrayna), “Mançester Siti” – “Dinamo” (Zaqreb, Xorvatiya), Xal durumu: “Dinamo” - 3, “Mançester Siti” - 3, “Atalanta” - 0, “Şaxtyor” - 0. “D” qrupu: “Yuventus” (İtaliya) – “Bayer Leverkuzen” (Almaniya), “Lokomotiv” (Rusiya) – “Atletiko Madrid” (İspaniya), Xal durumu: “Lokomotiv” - 3, “Yuventus” - 1, “Atletiko Madrid” - 1, “Bayer Leverkuzen”.xeber100.com

Oktyabr 1, 2019 9:33