İtaliya A Seriyasının beşinci turu çərçivəsində 7 qarşılaşma oynanılıb

Sentyabrın 25-də İtaliya A Seriyasının beşinci turu çərçivəsində daha 7 qarşılaşma oynanılıb.Azərtac xəbər verir ki, turun mərkəzi görüşü paytaxt Romada keçirilib. Çempionluq uğrunda mübarizədə favoritlərdən sayilan “Roma” komandası daha bir iddialı komanda - “Atalanta” ilə qarşılaşıb. Görüşdə qonaqlar 2:0 hesabı ilə qalib gəliblər. Berqamo təmsilçisinin heyətində Duvan Sapata (71) və Marten De Roon (90) fərqləniblər.Günün gözlənilməz hesabı “San Paolo” stadionunda qeydə alınıb. Çempionluğa iddialı “Napoli” öz meydanında “Kalyari” klubuna uduzub - 0:1.Digər maraq doğuran görüş “Cüzeppe Meazza” stadionunda oynanılıb. Paytaxt təmsilçisi “Latsio” səfərdə cari mövsümdə dörd görüşün hamısında qalib gələn “İnter”in qonağı olub. Görüş “nerazduza”in minimal hesabla qələbəsi ilə başa çatıb - 1:0.Xatırladaq ki, turun açılış görüşü sentyabrın 24-də sonuncu çempion “Yuventus” və “Breşiya” komandaları arasında oynanılıb. Matç “Yuventus”un 2:1 hesablı qələbəsi ilə başa çatıb.Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb: “Fiorentino” - “Sampdoriya” - 2:1, “Genoa” - “Bolonya” - 0:0, “Parma” - “Sassuolo” - 0:0, “Verona” “Udineze” - 0:0, SPAL - “Leççe” - 1:2. Tura sentyabrın 26-da keçiriləcək “Torino” - “Milan” oyunu ilə yekun vurulacaq.xeber100.com

Sentyabr 26, 2019 1:22

Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə…

Sentyabrın 29-da Gəncədə Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə idman avtomobillərinin yarışı və şousu keçiriləcək. Heydər Əliyev Park Kompleksi ərazisində təşkil olunacaq tədbirdə 40-dan çox avtomobil – “volkicar”lar, kartinq və drift avtomobilləri, sportkarlar iştirak edəcək.AAF-dan Azərtac-a bildiriblər ki, tədbirdə tanınmış pilotlar – “Drift GP International” promouteri Nayl Qan, drift üzrə Almaniya çempionu Sebastian Fontiyn, “Drift All Stars European Series” yarışlarının qalibi Martin Riçards, “Drift GP International” yarışlarının texniki direktoru Antanas Kiquolis, eləcə də yerli drift və “volkicar” pilotları iştirak edəcəklər.Tədbirdə “volkicar”, drift və idman avtomobillərinin yürüşü, “volkicar”ların yarışı, “volkicar” və sportkarla “burnout”, drift şouları təqdim olunacaq. Tamaşaçılar arasında avtomobil idmanı və yol hərəkəti təhlükəsizliyi mövzusunda viktorina da keçiriləcək, 20 fəal iştirakçı mükafatlandırılacaq.Tədbir çərçivəsində Gəncədə uşaqlar üçün “Yol hərəkəti təhlükəsizliyi” həftəsi də keçiriləcək. Bununla əlaqədar sentyabrın 30-dan oktyabrın 4-dək Gəncə şəhərindəki bir sıra ümumtəhsil məktəblərində təşkil olunacaq təlimləri AAF-ın yol hərəkəti təhlükəsizliyi üzrə məsləhətçiləri Əlləz Əliyev, Ərşad Hüseynov və Sahib Əsgərov aparacaqlar. Uşaqlara yol hərəkəti təhlükəsizliyi, o cümlədən yol nişanları, işıqfor, piyada keçidi və digər istiqamətlər üzrə məlumat veriləcək.xeber100.com

Sentyabr 25, 2019 10:59