“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC: “Şuşa” tankeri istismara verilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) fəaliyyət coğrafiyasının genişləndirilərək Xəzərdən kənar hövzələrdə yükdaşıma potensialının artırılmasına dair Prezident İlham Əliyevin müvafiq tapşırıqlarının icrası istiqamətində daha bir mühüm layihə icra olunub. QSC-dən bildirilib ki, layihə çərçivəsində SOCAR və ASCO-nun Müşahidə Şurasının razılığı ilə paritet əsaslarla “SA Maritime AFEZCO” Birgə Müəssisəsi yaradılaraq Ələt Azad İqtisadi Zonasında qeydiyyatdan keçirilib. Birgə müəssisə bazar araşdırmaları nəticəsində ilkin olaraq 2-si üçüncü tərəfə və 1-i SOCAR-a məxsus olmaqla, hər birinin dedveyti (yəni, ümumi yükgötürmə qabiliyyəti) təxminən 115,000 tona malik 3 “Aframax” tipli tankerin alınması üzrə müvafiq işlər aparıb. “Aframax” tipli tankerləri Ələt Azad İqtisadi Zonasında qeydiyyatdan keçmiş ASCO-nun 100 faiz törəmə müəssisəsi olan “ASCO Ship Management AFEZCO” şirkəti idarə edəcək. Bu şirkət aparıcı beynəlxalq tələblərə uyğun xidmətlər göstərməklə, idarəetməsindəki gəmi sayını artırmağı, üçüncü tərəflərə məxsus digər gəmilərin də idarəetməsini təmin etməyi və fəaliyyətini genişləndirməyi nəzərdə tutur. Qeyd edək ki, layihə çərçivəsində alınan digər iki “Aframax” tipli tanker – “Qarabağ” və “Zəngəzur” tankerlərinin də Xəzərdən kənarda istifadəyə verilməsi işləri tamamlanmaq üzrədir. Gəmilər yaxın həftələrdə növbəli şəkildə istismara veriləcək.xeber100.com

İyun 15, 2023 2:21

İqtisadi-ticarət və enerji əməkdaşlığı müzakirə olunub

Azərbaycan-Pakistan iqtisadi münasibətlərinin inkişafı və bu istiqamətdə görüləcək işlər barədə müzakirələr aparılıb. İqtisadiyyat naziri Mikayıl Cabbarov, energetika naziri Pərviz Şahbazov, Pakistan İslam Respublikasının ticarət naziri Səid Navid Qəmər və neft üzrə dövlət naziri Musadik Məsud Malik arasında görüş keçirilib. Görüşdə dostluq və qardaşlığa əsaslanan Azərbaycan-Pakistan əlaqələrinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi vurğulanıb. Bildirilib ki, ticarət Pakistanla tərəfdaşlığın əsas prioritetlərindəndir və bu sahəyə xüsusi töhfə verəcək Preferensial Ticarət Sazişinin imzalanması ilə bağlı işlər davam etdirilir. Bununla yanaşı, biznes forumlar və ticarət missiyaları kimi iqtisadi alətlər də səmərəli əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsində və konkret layihələrin icrasında əhəmiyyətli rol oynayır. Görüşdə Azərbaycanın uzunmüddətli strateji hədəflərindən bəhs edilib, ölkəmizin təşəbbüskarı və fəal iştirakçısı olduğu regional və qlobal enerji layihələrinin tərəfdaş ölkələrin enerji təchizatının diversifikasiyasına töhfə verdiyi qeyd olunub. Bildirilib ki, Pakistanla energetika sahəsində əməkdaşlığın inkişafı və bu sahədə investisiyaların təşviqi üçün geniş imkanlar var. Tərəflər qarşılıqlı sərmayə qoyuluşlarının artırılması, birgə layihələrin icrası və əməkdaşlığımızın gündəliyində olan digər məsələləri müzakirə ediblər.xeber100.com

İyun 15, 2023 2:17

Bakı Fond Birjasında 30 milyon manat həcmində hərrac keçirilib

İyunun 7-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2097024700 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 28 gün qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. BFB-dən bildirilib ki, hərracı zamanı 12 investor tərəfindən qiymət intervalı 9,934.3231 (8.5 faiz) manat və 9,947.3896 (6.8 faiz ) manat olan 12 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 74,670,000 manat olmuşdur. AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,940.5445 (7.69 faiz) manat, orta ölçülmüş qiyməti isə 9,941.5065 (7.56 faiz) manat olaraq müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil edib. Notların ödəmə tarixi 05.07.2023-cü ildir. Həmin gün, həmçinin AMB-nin AZ2098024709 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac təşkil olunub. Hərracı zamanı 12 investor tərəfindən qiymət intervalı 9,801.0389 (8.7 faiz) manat və 9,828.0098 (7.5 faiz) manat olan 13 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 77,710,000 manat olub. AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,816.9788 (7.99 faiz) manat, orta ölçülmüş qiyməti isə 9,818.1059 (7.94 faiz) manat olaraq müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat olub. Notların ödəmə tarixi 30.08.2023-cü ildir.xeber100.com

İyun 7, 2023 3:15