Misir Mülki Aviasiya Nazirliyi yeni qərar qəbul edib

Qahirə ölkənin aeroportlarının təhlükəsizliyinin gücləndirilməsi tədbirlərinin maliyyələşdirilməsi üçün mənbələr tapıb. Misir Mülki Aviasiya Nazirliyi aviasərnişinlərdən tutulan rüsumların məbləğinin artırılması və yeni rüsumlar tətbiq edilməsi barədə qərar qəbul edib.Azərtac “tourbus.ru”ya istinadla xəbər verir ki, noyabrın 15-dən başlayaraq Misir aeroportundan beynəlxalq mütəmadi, yaxud çarter reysi ilə uçan hər bir sərnişindən 25 dollar rüsum tutulacaq. Hazırda uçuş üçün vergi 20 dollardır. Daxili reyslərlə uçan sərnişinlər də xərcə düşəcəklər, çünki onlardan da rüsumlar tutulacaq, lakin onlar cəmi 5 dollar ödəyəcəklər.Bundan əlavə, aeroport xidmətinə görə rüsumlar 15 faiz artırılacaq.Yeniliklər bununla bitmir. Misir aeroportlarında təhlükəsizlik sistemlərinin və prosedurlarının işlənib hazırlanması və tətbiqi üçün səyyahlardan xüsusi rüsumlar tutulacaq. Noyabrın 15-dən bütün aeroportlarda hər bir sərnişin bu məqsədlər üçün 2 dollar ödəyəcək. Lakin Şarm əş-Şeyxə uçanlar iki dəfə çox - 4 dollar ödəməli olacaqlar. Planlaşdırılan rüsumlar həm Amerika dolları, həm də dollara ekvivalent olan Misir dinarı ilə tutulacaq. Nazirliyin sərəncamında sərnişinlərin aviasiya təhlükəsizliyi üçün rüsumları necə ödəyəcəyi barədə heç nə deyilmir. Lakin həmin məbləğ, çox güman, aviabiletin qiymətinə əlavə ediləcək.Müstəqil Misir KİV-lərinin yaydığına görə, yeni rüsumların tətbiqinin səbəbi bir sıra Avropa ölkələrinin aviasiya sahəsində təhlükəsizlik tədbirləri kompleksinin həyata keçirilməsi üçün Misirə borc verməkdən və ya qrant ayırmaqdan imtina etməsi ilə bağlıdır.xeber100.com

Avqust 17, 2019 11:34

Beynəlxalq Aeroportun məlumatı əsasında…

2019-cu ilin yanvar-iyul aylarında Azərbaycanın beynəlxalq hava limanlarının sərnişin dövriyyəsi 3,09 milyon nəfər təşkil edib.Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Azərtac-a bildirilib ki, bunun 2,6 milyon nəfəri Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşüb ki, bu da ötən ilin göstəricisindən 9 faiz çoxdur.Yeddi ayda 367 min sərnişin axını ilə Naxçıvan aeroportu sıxlıq üzrə ikinci, həmin müddətdə 85 min sərnişinə xidmət göstərmiş Gəncə aeroportu isə üçüncü olub.Göstərilən müddət ərzində baza aviadaşıyıcıları - Azərbaycan Hava Yolları (AZAL) və “Buta Airways” müvafiq olaraq 1,1 milyon və 306 min sərnişin daşıyıb. Ümumilikdə isə, bu ötən ilin göstəricisindən 8 faiz çoxdur.Heydər Əliyev Beynəlxalq Aeroportunun beynəlxalq uçuşlarda sərnişinlərinin sayı 2,27 milyon təşkil edib ki, bunun da 33 faizi AZAL-ın, 13,4 faizi “Buta Airways”in payına düşüb. Göstərilən dövrdə xarici aviaşirkətlərin payı 53,6 faiz olub.Hazırda 33 sərnişin aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportuna birbaşa aviareys yerinə yetirir. İyul ayında populyar aviaşirkətlərin beşliyinə AZAL və “Buta Airways” ilə yanaşı “Turkish Airlines”, “FlyDubai” və “AirArabia” seçilib.Qeyd edək ki, Gəncə və Naxçıvan hava limanlarından Moskvaya və İstanbula birbaşa uçuşlar həyata keçirilir. Həmçinin milli aviadaşıyıcı AZAL Qəbələdən və Lənkərandan Moskvaya və geri istiqamətə müntəzəm birbaşa aviareyslər yerinə yetirir.Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.Paytaxt hava limanı ardıcıl olaraq üç ildir ki, Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsi baxımından “Skytrax World Airport Awards” versiyasına görə ən yaxşılar siyahısına başçılıq edib, həmçinin maksimal “5 Ulduz” statusuna layiq görülüb. 2019-cu ildə Heydər Əliyev Beynəlxalq Aeroportu “Sky Travel Awards” versiyası üzrə 10 milyona qədər sərnişin dövriyyəsi ilə ən yaxşı hava limanı seçilib.xeber100.com

Avqust 9, 2019 1:57