Əmlak Məsələləri Dövlət Komitəsi növbəti hərrac keçirib

Avqustun 15-də Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən növbəti hərrac keçirilib.Komitədən Azərtac-a bildiriblər ki, hərracda 17 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 6-sı kiçik dövlət müəssisəsi, 11-i istifadəsiz qeyri-yaşayış sahəsidir. Bakı şəhəri üzrə 4 kiçik dövlət müəssisəsi, 10 istifadəsiz qeyri yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 2 kiçik dövlət müəssisəsi və bir qeyri-yaşayış sahəsi sahibini tapıb.Paytaxt üzrə özəlləşdirilən kiçik dövlət müəssisələrindən 3-ü Qaradağ rayonunda digəri isə Səbail rayonunda yerləşir. Özəlləşdirilən əmlaklar pambıqçılıq, quşçuluq, tikinti, xidmət, nəqliyyat və müxtəlif iqtisadi sahələrə aid olur.Regionlarda da hərraclar baş tutub. Hərracların gedişatı böyük monitorlar vasitəsilə canlı izlənilib. Regionlarda keçirilmiş hərraclarda 2 kiçik dövlət müəssisəsi özəlləşdirilib. Bunlar müvafiq olaraq Gəncə şəhərində və İsmayıllı rayonunda yerləşir. Budəfəki hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak İsmayıllı rayonunda yerləşən “Toxucu sexi” olub. Həmin əmlakın torpaq sahəsi 11 min 145 kvadratmetr, ümumi faydalı sahəsi isə 3 min kvadratmetrə yaxındır.Özəlləşdirilən 11 istifadəsiz qeyri-yaşayış sahəsindən 3-ü Nəsimidə, hər birində 2 ədəd olmaqla Binəqədi, Yasamal rayonlarında, qalanları isə müvafiq olaraq Nərimanov, Nizami, Suraxanı rayonlarında, bölgə üzrə isə Göygöl rayonunda yerləşir. Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir.xeber100.com

Avqust 15, 2017 12:43