Dəniz Təhlükəsizliyi Komitəsinin 98–ci sessiyası işini yekunlaşdırıb

Beynəlxalq Dəniz Təşkilatının (BDT) Londonda yerləşən baş qərargahında bu qurumun Dəniz Təhlükəsizliyi Komitəsinin 98–ci sessiyası işini yekunlaşdırıb.Azərbaycan Dövlət Dəniz Administrasiyasının (ADDA) mətbuat xidmətindən Azərtac-a bildirilib ki, 1995–ci ildən Azərbaycan Respublikasının üzv olduğu bu beynəlxalq təşkilatın sessiyasında ADDA-nın rəisi Qüdrət Qurbanovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.Sessiyada etimadnamələr haqqında məruzə, BDT-nin digər üzvlərinin qərarları, əsas sənədlərə dair düzəlişlərin qəbulu və nəzərdən keçirilməsi, BDT–nin sənədlərinin erkən tətbiqi, dənizdə təhlükəsizliyin artırılmasına dair tədbirlər, yeni gəmilərin inşa edilməsinə dair standartlar, yük və konteynerlərin daşınması, çirklənmənin qarşısının alınması və cavab tədbirləri, insan amili, təlim və növbəçəkmə, gəmi dizaynı və konstruksiyası, naviqasiya, kommunikasiya, axtarış və xilasetmə, gəmi sistemləri və avadanlıqları, yeni tədbirlərin tətbiq edilməsi üçün potensial imkanların yaradılması, dəniz üzgüçülüyünün təhlükəsizliyinin qiymətləndirilməsi, gəmilərə edilən silahlı basqın və dəniz quldurluğu, qeyri-qanuni miqrasiya, BDT alətlərinin implementasiyası, beynəlxalq təşkilatlarla əlaqələr və digər mühüm məsələlər müzakirə olunub.xeber100.com

İyun 17, 2017 5:20

“Azneft” İstehsalat Birliyində seminar keçirilib

“Azneft” İstehsalat Birliyində “Əməliyyatların səmərəliliyinin artırılması” mövzusunda seminar keçirilib.SOCAR-ın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, seminarda “Azneft”in aparıcı mütəxəssisləri, struktur bölmələrinin nümayəndələri, əməyin mühafizəsi xidmətlərinin işçiləri iştirak ediblər. Seminarda mövzu haqqında məlumat verilib, müəssisənin fəaliyyətində əməliyyat səmərəliliyinin artırılması üçün heyətin bilik və bacarıqlarının təkmilləşdirilməsinin vacibliyi qeyd edilib. Əməliyyatlarda vaxt itkisinin azaldılması, qəzaların sıfıra endirilməsi, eləcə də səmərəliliyin artırılmasına xidmət edən “5 niyə” sorğusunun analiz edilməsinin əhəmiyyəti vurğulanıb, bu analiz barədə ətraflı izahat verilib.Bildirilib ki, “5 niyə” sorğusunun analizi problemin kökünü tapmaq və ən ideal həll yolunu təklif etmək üçün mühüm vasitədir. Bu, qarşıda duran məsələnin mümkün səbəblərini aşkar edir və gələcək fəaliyyət planının düzgün qurulmasına istiqamət verir. Əməliyyatların səmərəliliyinin artırılması təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə zəmin yaradır.Sonda “Azneft” İstehsalat Birliyində son illər baş vermiş xoşagəlməz hadisələr “5 niyə” sorğusu ilə analiz edilib, belə hadisələrin gələcəkdə baş verməməsi üçün görüləcək tədbirlərin müxtəlif vasitələrlə dəyərləndirilməsinin vacibliyi qeyd olunub.xeber100.com

İyun 16, 2017 12:36