Yaponiya və Azərbaycanın sahibkarları əməkdaşlığı müzakirə ediblər

Bakıda səfərdə olan yaponiyalı qadın sahibkarlar Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) üzvləri ilə görüşüblər. Görüşdə birgə əməkdaşlıq perspektivləri, qarşılıqlı ticarət və təcrübə mübadiləsi, Azərbaycanla Yaponiya arasında iqtisadi əməkdaşlığa töhfə verilməsi və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. AQSİA-dan Azərtac-a bildirilib ki, Yaponiyanın “Organic Halal VKSARA” kosmetik brendinin sahibi, iş xanımı Yumiko Nakano səfərin məqsədindən söz açıb. O deyib ki, Yaponiyada istehsal edilən ətriyyat məhsullarını Azərbaycan bazarında tanıtmaq məqsədilə Bakıya təşrif buyurublar: “Təkcə Azərbaycanda deyil, ölkənizin vasitəsilə məhsullarımızı türk və islam dövlətlərinə də idxal etmək niyyətindəyik. Bakıda mərkəzi ofis yaratmaq və regional satışlarımızı məhz buradan idarə etmək niyyətimiz var”. Azərbaycan və Yaponiya arasında iqtisadi və ticari münasibətlərin inkişafının vacibliyindən bəhs edən AQSİA sədri bu xüsusda yapon iş xanımlarının ölkəmizə səfərini yüksək qiymətləndirib: “Bakı səfərinizin nəticələrinə nəzər yetirdikdə görürük ki, kifayət qədər məhsuldar görüşlər keçirilib. Bu, bir daha əminliklə söyləməyə əsas verir ki, sizin səfərinizlə Azərbaycan və Yaponiyanın xanım sahibkarları arasında uğurlu əməkdaşlığın təməli qoyulub. Əminəm ki, qarşılıqlı və faydalı işbirliyinə nail olacağıq”.xeber100.com  

Aprel 7, 2022 10:14

Aerokosmik və Texnologiya Festivalına hazırlıq çərçivəsində

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına hazırlıq çərçivəsində Milli Federasiyaların “Rocket League” üzrə Avropa Çempionatında iştirakla bağlı qeydiyyatı başa çatıb.Məlumat üçün bildiririk ki, “TEKNOFEST Azərbaycan” Festivalı Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə bu ilin 26-29 may tarixlərində Bakıda ilk dəfə olaraq keçiriləcək.RİNN-dən Azərtac-a bildirilib ki, Azərbaycan da daxil olmaqla Avropanın 25 ölkəsindən kiber atletlər “Rocket League” və “Tekken” yarışları üzrə paytaxtımızda bir araya gələcəklər.Sözügedən çempionat zamanı Avropa Kiber İdman Federasiyası da daxil olmaqla Milli Federasiyalardan ümumilikdə 27 nümayəndə yarışları izləmək üçün Bakıda rəsmi səfərdə olacaq.“Tekken” yarışması üzrə Azərbaycan, Bosniya və Herseqovina, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, İsrail, İtaliya, Macarıstan, Litva, Lüksemburq, Makedoniya, Malta, Monako, Monteneqro, Niderland, Polşa, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, İspaniya, İsveç, Türkiyə və Uelsdən ümumilikdə 25 kiber atlet mübarizəyə qoşulacaq.“Rocket League” üzrə isə Azərbaycan, Gürcüstan, İsrail, Macarıstan, Lüksemburq, Monako, Monteneqro, Niderland, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, İspaniya, İsveç, Türkiyə və Uelsdən ümumilikdə 48 iştirakçı 16 komandada təmsil olunmaqla mübarizəni davam etdirəcək.xeber100.com  

Aprel 6, 2022 3:13

“Caspian Energy Club” üzvlərinin ümumi iclası keçirilib

“Caspian Energy Club” üzvlərinin ümumi iclası keçirilib. Toplantı çərçivəsində martın 16-dan 18-dək keçirilmiş seçkilərin nəticəsi elan olunub. Seçkilərin nəticəsinə görə, “Caspian Energy Club”un idarə heyətinin sədri, idarə heyətinin üzvləri, komitə və işçi qrupların sədr və üzvləri müəyyənləşib.Bu barədə Azərtac-a “Caspian Energy Club” qrupunun sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.“Olduqca maraqlı və pozitiv seçkilər keçdi. Hər bir namizəd qələbəyə layiq idi. Bu prosesdə klub üzvlüyünə maraq ilbəil artır. Builki seçkilərdə müxtəlif yerlər üzrə 40-dan artıq namizəd və 500-ə yaxın seçici var idi”, - deyə T.Əliyev bildirib.“Caspian Energy Club”un əvvəlki heyətinə, Savaş Uzana, Avni Dəmirçiyə, Fərid Məmmədova, Rəşad Abbasova, Zərifə Həmzəyevaya və Nəriman Məmmədova xüsusi təşəkkürümü bildirmək istəyirəm. Onlar pandemiya dövründə bu ağır yükü öz üzərinə götürərək, iki il ərzində biznes-hökumət dialoqunda fəal iştirak edib və biznes-netvorkinq üçün beynəlxalq platformanı idarə ediblər. Bu çətin mərhələdə idarə heyətinin üzvləri əvəzsiz dəstək göstərib, böyük dəyişikliklərə həvəsləndirib, həmçinin “Caspian Energy Club”a yeni iştirakçıların cəlb olunmasına kömək ediblər. Klubun idarə heyətinin və komitə rəhbərliyinin müntəzəm fəaliyyəti sayəsində biz netvorkinq üçün “CEO Breakfast”, “CEO Tea”, “CEO Cocktail” kimi yeni unikal formatlar yaratdıq. Onların hər biri “Caspian Energy Club”un vizit kartına çevriliblər. Mən, həmçinin icra komitəsinə və “Caspian Energy Club” komandasına minnətdarlığımı bildirmək istəyirəm. Onlar 2020-ci il martın 30-dan bu günədək onlayn və offlayn formatda 280-ə yaxın tədbirin təşkilində böyük səylə iştirak ediblər”, - deyə Telman Əliyev söyləyib.Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və Klubun fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.xeber100.com  

Aprel 1, 2022 2:16