“Çölçü” filminin E. J. Wickes tərəfindən təhlili

Şamil Əliyevin “Çölçü” filminin E. J. Wickes tərəfindən təhlili “Möhtəşəm rejissura, professional yozum, peşəkar işıqlandırma, mükəmməl operator işi və ciddi montaj ilə birlikdə hazırlanan əla ekran dramıdır”. Bizim aylıq film seçimimiz Şamil Əliyevin “Çölçü” filmidir. Bu, adsız bir şəxs haqqında hekayədir; o, müasir sivilizasiyadan uzaq Rusiya və Şimali İran arasında ot basmış çöllükdə  yaşayır. Film Azərbaycan yazıçısı Vidadi Həsənov tərəfindən yazılan hekayə əsasında ekranlaşdırılıb.Əsas  rolları aktyorlar Bəhruz Vaqifoğlu və Salome Demuriya canlandırırlar.86-cı Amerika Kinoakademiyası bu filmi Oskar Mükafatının uzun siyahısında qeyd etmişdir.Film qatarın uzaqda yerləşən çölə yaxınlaşması ilə başlayır. Kamera öncə tamaşaçını intəhasız, ucsuz-bucaqsız, lakin sakit və kədər dolu çölə aparır. Bir saat iyirmi dəqiqəlik filmin süjet xətti balaca çölçünün yağışlı gecədə atasını dərin yuxudan oyatmağı ilə davam edir. Ata və balaca   oğlan qamışdan dam örtüklü, suvaq çəkilmiş komada yaşayır və həmin gecə oğlanın sevimli dəvənin (Ağcanın) köşəyi doğulur.Həqiqi ferma olmasa da, (naturadakı tikili) qurulmuş dizayn və ağılın təbiiliyi yühsək ustalıqla tərtib olunub. Bu kiçik ailədə qadın yoxdur. Lakin əvvəllər burada qadının olması ilə bağlı kadr göstərilir. Bu epizodda təsvir olunan qadın balaca Çölçünün anası obrazında canlandırılır, lakin o, artıq onlarla yaşamır. Çöldəki həyat sadədir, və buna görə də daha çox təxəyyül tələb edir. Kənd həyatını obrazlaşdıran, hekayəni nəql edən şəxs-ata (Ulu) balaca oğlana sanki gələcəkdən xəbər verərək, onun sonradan “Şanapipik” adlı qızla tanış olacağından danışır.Balaca Çölçünün atası öz “mülk”lərində dəvələrə nəzarət etməklə pul qazanır. Uzun illərdir ki, rahat yaşamdan, sivil həyatdan uzaqlaşmasına baxmayaraq, atanın güclü nizam-intizamı şərtləndirən tələbləri var; oğlunu çöl həyatının adət və ənənələrini öyrədərək böyüdür. Onların  gündəlik təkrarlanan, yeknəsəq həyat tərzini göstərdikdən sonra, rejissor virtuoz keçid edir; gəncləşən, böyüyən Çölçü  əsl çoban obrazında yenidən kadrda  peyda olur.Onlar ata (Ulu) rəhmətə gedənə qədər birlikdə yaşayırlar. Sonra atasının peşəsini oğul davam etdirir. Onların şəhərdən kənarda olan tanışları çöldən uzaqdadır və sayları çox azdır. Bizim adsız çölçümüz yaşa dolduqca atasının yerini tutur və sürüyə nəzarət edən yetkin çobana çevrilir. Bir gün gənc dəvələri otlaqdan gətirəndə atasının həmişə oturduğu yerdə sakitcə rəhmətə getdiyini görür. Bu, gözlənilən idi, çünki atasının səhhəti getdikcə pisləşməkdə idi. Bundan sonra, yalnız qalan baş qəhraman “yeni əcaib həyat”la qarşılaşır.Mükəmməl rejissor həlli: atasının ölümündən sonra cavan çölçü şəhərə tək bir dəvə ilə daşıya biləcəyi əşyalarla (Ulunun cəsədi), paralel olaraq yol işləri üçün material daşıyan yük avtomobilinin göstərildiyi yaxşı düşünülmüş mənzərə - təzadlarla dolu dünya. Çölçü sənaye cəmiyyətindən kənar bir insandır, hətta öz dövrünün texnoloji tələblərindən belə...Çölçünün getdiyi yerdə yaşayanlar onu aşağı təbəqənin insanları sayırlar, o cəmiyyətin digər hissəsinin sahibləndiyi “maddi-mənəvi” nüfüza malik deyildir. Bir növ, Qərb standartlarındakı “avam”lar kimidirlər. Amma yenə də şəhər ənənələrindən çox da kənar deyildirlər. Bütövlükdə  onlardan biri kimi görünmək üçün fərqli bacarıqlar tələb olunsa da, Çölçü burada eyni dünyanın insanı kimi  göstərilir.Çölçünün taleyində çılğın qadınla rastlaşmaq imkanı yaranır. Həmin qadın ayrılıqdan doğan  depressiyasını yaşayır, qarşı tərəflə  münasibəti tamam kəsir. Məhz bizim çölçünün yolu üstündə həmin qadın hiddətlənir, axmaq və ədəbsiz sevgilisindən uzaqlaşmağa çalışır. Həmin ədəbsiz gənclə  qadın arasındakı mübahisə - meydana çıxacaq  gələcək toqquşmadan xəbər verir.Daha sonra kamera əlacsız məkanın obrazı  kimi Çölçünün yaşadığı yeri göstərir. Bu zaman Çölçü həmin mübahisə edən qızı yaşadığı komanın arxasındakı ot arabasında yatmış görür. Çaşqın halda  gündəlik məşğuliyyəti olan dəvələri otarmağa gedir. Qayıdarkən qızın qabları yuduğunu, komanı  yığışdırdığını gördükdə daha da təəccüblənir. Qadının əlacsız vəziyyətdə onun komasına sığınmaq cürətinə möhkəm əsəbiləşir.Aralarındakı çox qısa  münasibətdə bu xarakterlər arasında ciddiyyətin olduğu görünür. Onlar demək olar ki, ibtidai şəkildə Veldtdə yaşayan heyvanlar kimidirlər; çox az söhbət edirlər. Yalnız əvvəldə çölçünün atası tərəfindən danışılan nağılın yaranmasını müəyyənləşdirən qısa və iztirablı hekayələr, sözlərlə ifadə ediləcək dərəcədə əhəmiyyətli, mən deyərdim ki, əsas fikrin daşıyıcısı olur. Bəli, ilk baxışdan şəhərli qız (Qısa saçlı qız) ilə Çölçü oğlan arasında sadə sevgi hekayəsi. Lakin həmin sevgi çox bənzərsiz, unikal bir şəkildə söylənilir və ya təsvir edilir.Birlikdə yaşadıqlarından biri digərinin müqəddəratını təyin edir. Qız Çölçüdən təbiətlə harmoniyada yaşamağın sirlərini öyrənir, onun timsalında maddi dəbdəbələrdən asılı olmayan, yalnız ehtiyacı olanlarla kifayətlənən bir insanı görür. O, az danışan insandır və müasir sivilizasiyaya, modern həyata  qarşı onun sadəlik kimi bir gücü var.O isə qızın simasında çağdaş, qaynar həyat meyarları ilə yaşayan birisini görməyə başlayır. Qız ərköyün deyil və Çölçünün qıza qarşı şəfqəti artdığından aralarında yaranan münasibəti sonadək yaşatmaq üçün əlindən gələni edir.Film dramatiklik tələb edən istehsal dizaynına çox da ehtiyac olmayan kənd ərazilərində çəkilib. Kənd ərazisi özlüyündə möhtəşəmdir, fotoqrafiya və kinematoqrafiya onun həssas gözəlliyini ustalıqla və ambisiyasız bir şəkildə səhnəyə gətirir. Dəvələrin uzaq məsafədə otarılan görüntüləri mükəmməldir. Buradakı addımlar yavaşdır, lakin yalnız regionun böyük otlaqlarını əhatə edən geniş sükunətdə zehin gözünün yol çəkməsinə imkan verəcək qədər yavaş...Filmin temporitminin xəfif nizamlanması tənha çölün intəhasızlığını tamaşaçıya çatdırmaq üçün dəqiq hesablanıb.Düşünürəm ki, bu füsunkarlığın ona olan “müdaxilə”nin öhdəsindən necə gələcəyindən narahat olmaya bilərik. Açıq final tamaşaçıya bu sirli dünyanın axıra qədər dərk olunmamağına bir işarədir. Təbii ki, əgər bizim qadın nümayəndəmiz sürünü evə gətirmək üçün vaxtında oyanarsa...Tərəflər öz mövqelərindədirlər.Hər ikisində şəxsi istək və duyğuların inciməsini nəzərə almasaq, birgə yaşayışlarında qarşlıqlı anlayış, ehtiraslı gərginlik və fədakarlıq hiss etdim.Aktyorların ifası mükəmməl və gözəldir.Filmin belə gözəl sonluqla ərsəyə gəlməsi təəccüblü deyil. Möhtəşəm rejissura, professional yozum, peşəkar işıqlandırma, mükəmməl operator işi və ciddi montaj ilə birlikdə hazırlanan əla ekran dramıdır. E.J.Wickes:  Cult Critic Fim Magazine-in vizual rəssamı və baş redaktorudur, həmçinin Metamodern Magazine Jurnalının təsisçisi və naşiridir. Onun estetikası incəsənət və kinematoqrafiyanın qovşağında yerləşir. Eric Hollivudun bir sıra studiyalarında, TV və müstəqil film istehsalçılarının İncəsənət departamentlərində çalışıb. Hazırda HLC Studioda Kreativ Direktor vəzifəsində çalışaraq şirkətin media və nəşriyyat bölməsinə nəzarət edir.  

İyul 25, 2017 2:13