Rusiya Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə…

Mayın 6-da Nizami Kino Mərkəzində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və Rusiya Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə “Birincilərin zamanı” filminin premyerası olub.Azərtac xəbər verir ki, mədəniyyət və turizm naziri Ə.Qarayev tədbiri açaraq qeyd edib ki, “Birincilərin zamanı” filmi insanın açıq kosmosa çıxması kimi bütün dünya üçün möhtəşəm olan bir hadisəyə həsr edilib. O vurğulayıb ki, kosmosun fəthi bütün keçmiş SSRİ respublikalarının ümumi qələbəsidir və biz bununla həmişə fəxr edəcəyik. Nazir filmin müvəffəqiyyət qazanacağına əmin olduğunu bildirib.Rusiyanın mədəniyyət naziri Vladimir Medinski diqqətə çatdırıb ki, “Birincilərin zamanı” filminin məsləhətçisi əfsanəvi kosmonavt Aleksey Leonovdur. Elə film də onun qəhrəmanlığına həsr edilib. O bildirib ki, planetimizin hüdudlarından kənarda kosmonavtın üzləşməli olduğu bütün çətinliklər ekran əsərində göstərilib.Xatırladaq ki, Rusiyanın “Bazelevs” kino şirkəti və “Treti Rim” studiyası tərəfindən 3D formatında çəkilmiş “Birincilərin zamanı” filmi insanın 1965-ci ildə ilk dəfə açıq kosmosa çıxmasından söz açır. Filmin ssenari müəllifləri Yuri Korotkov və Sergey Kalujanov, rejissoru Dmitri Kiselyov, operatoru Vladimir Başta, rəssamı Angelina Terexova, prodüserləri Timur Bekmambetov və Yevgeni Mironovdur. Baş rollarda tanınmış aktyorlar Yevgeni Mironov və Konstantin Xabenski çəkiliblər.xeber100.com

May 6, 2017 9:27