Sofiyada keçirilən “MENAR” film festivalı çərçivəsində Azərbaycan filmi gecəsi təşkil olunub.Gecədə Bolqarıstanın dövlət və hökumət nümayəndələri, deputatlar, bu ölkənin aparıcı QHT və KİV təmsilçiləri, Sofiyada akkreditə olunan diplomatik korpusların rəhbərləri, Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndələri və üzvləri iştirak ediblər.Sofiya şəhərinin meri Yordanka Fandıkova tərəfindən tədbir iştirakçılarına təbrik məktubu ünvanlanıb.Sayca 9-cu olan bu festivalda ilk dəfə olaraq Azərbaycan filmləri nümayiş olunub.Qeyd edək ki, festival bolqar cəmiyyətinə İslam dünyasının mədəniyyəti və ənənələri ilə tanış olmaq imkanı yaradır. “MENAR” film festivalı Balkan regionunda İslam mədəniyyətini nümayiş etdirən ən böyük tədbir hesab olunur. 2009-2016-cı illər ərzində təşkil olunan festivallarda Yaxın Şərq, Mərkəzi Asiya və Şimali Afrika regionundan 300-dən çox film nümayiş etdirilib.xeber100.com