“PaşaBank-Türkiyə”nin İstanbulda təşkil etdiyi “Şəhər hekayələri” mövzusunda fotosərginin açılışı olub. Sərgidə Bakı, İstanbul və Tbilisi şəhərlərinin tarixi, mədəniyyəti, müasir görünüşlərini əks etdirən nadir fotolar nümayiş etdirilir.Tanınmış ziyalılar, elm və sənət adamları, QHT və KİV təmsilçilərinin iştirakı ilə keçirilən açılış mərasimində çıxış edən “PaşaBank-Türkiyə”nin icraçı direktoru Cenk Eynehan sərginin məqsədi və əhəmiyyətindən danışıb. C.Eynehan qeyd edib ki, sərginin məqsədi sürətlə böyüyən və inkişaf edən Bakı, İstanbul və Tbilisi şəhərlərinin mədəni dəyərlərini tanıtmaq, bu üç qardaş şəhərin oxşar mənzərələrini təbliğ etməkdir.xeber100.com