Dekabrın 14-də Müasir İncəsənət Muzeyində heykəltəraş Zakir Mehdiyevin “Heykəl sərgisi” adlı sərgisi açılacaq.Muzeydən Azərtac-a bildirilib ki, dekabrın 31-dək davam edəcək sərgidə müəllifin 35-ə yaxın heykəltəraşlıq əsəri nümayiş olunacaq.Xatırladaq ki, Zakir Mehdiyev Almaniya, Rusiya, Macarıstan, Finlandiya, Türkiyə, İngiltərə, Suriya və Azərbaycanda müxtəlif sərgilərin iştirakçısı olub. O, İsmayıl bəy Qutqaşınlının (Qəbələ), Şah İsmayil Xətainin (Bakı) və Mustafa Kamal Atatürkün (Antakya) xatirələrinə ucaldılmış abidələrin müəllifidir.xeber100.com