“Azərbaycan mediası ilə bağlı müəyyən qanunvericlik dəyişikliklərin edilməsinə ehtiyac var”…

“Jurnalistika və media birbaşa insan hüquqları ilə bağlı olduğuna görə media qanunvericiliyi məsələləri İnsan Hüquqları komitəsində müzakirə olunsa daha yaxşı olar”. Bu təkliflə Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında “Məlumat azadlığı haqqında” qanuna dəyişikliklər edilməsi barədə müzakirələrdə çıxış edərkən bildirib. Deputat deyib ki, Azərbaycan media qanunvericilyi hələ də klassik qanunvericilik səviyyəsində qalıb: “Azərbaycan mediası ilə bağlı müəyyən qanunvericlik dəyişikliklərin edilməsinə ehtiyac var. Bu gün hələ də Azərbaycan media qanunvericiliyi klassik media qanunvericiliyində qalmaqdadır. Biz belə təkliflərlə çıxış etdikcə ayrı-ayrı beynəlxalq təşkilatlarda belə bir fikir yaranır ki, guya Azərbaycanda onlayn medianı məhdudlaşdırmaq istəyirik. Media qanunvericiliynə “bloq”, “bloqqer” kimi anlayışları salmalıyıq. Onların izahatlarını dəqiq verməliyik. Bu anlayışlar Azərbaycan media qanuvericiliyində ümumiyyətlə yoxdur”. Əgər internet media dövlətdən yardım istəyirsə, redaksiya və redaktor haqqında məlumatları mütləq müvafiq qurumlara tədqim etməlidir ki, yardımı ala bilsinlər. Bu gün bəzi xəbər portalları və saytları var ki, hələ də onların ünvanı və rəhbərliyi haqqında heç bir məlumat yoxdur. Həmin portallarda, saytlarda insanların şəxsiyyətləri alçadılır və təhqir olunur. Hüququ pozulmuş insanlar da bununla bağlı məhkəmələrə müraciət edəndə onun hüquqlarını pozan şəxsləri tapmaq olmur. Bu da nəticədə bu kimi hallanır çoxalmasına gəitirib çıxarır. Hesab edirəm ki, bununla bağlı ciddi ölçü götürülməli və addımlar atılmalıdır”-deyə Əflatun Amaşov bildirib.xeber100.com -  

May 16, 2016 3:49

“Gələcək naminə tərəfdaşlıq” XI Belarus Beynəlxalq mediaforumu davam edir

Mayın 13-də “Gələcək naminə tərəfdaşlıq” XI Belarus Beynəlxalq mediaforumunun sonuncu günü ölkənin Milli Olimpiya Komitəsinin Olimpiya Şöhrəti Zalında keçirilən plenar iclasla başlayıb. İclas iştirakçıları zalda təşkil edilmiş “Gələcək naminə tərəfdaşlıq” fotosərgisinə tamaşa ediblər. Sərgidə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxtəlif fotoşəkillərindən ibarət ekspozisiya nümayiş etdirilib. Sonra Belarusun informasiya naziri Liliya Ananiç, Belarus Prezidenti Administrasiyasi başçısının müavini İqor Buzovski, MDB İcraiyyə Komitəsinin sədri, icraçı katib Sergey Lebedev, İttifaq dövlətinin dövlət katibi Qriqori Rapota və RF rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini Aleksey Volin mediaforumun iştirakçılarını salamlayıblar. Sonra elə həmin zalda “İyirmi beş il suveren inkişaf və inteqrasiya” mövzusunda panel diskussiyası keçirilib. Mediaforumun tədbirlərində Azərbaycan KİV-lərinin nümayəndələri - Azərbaycan Dövlət İnformasiya Agentliyinin xüsusi müxbiri Zeynal Ağazadə, “Bakinski raboçi” qəzetinin baş redaktorunun müavini İlqar İsmayılov, “Novosti-Azerbaydjan” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Gülnarə Məmmədzadə və “Kaspi” qəzetinin xüsusi müxbiri Nelli Hüseynova (Atəşgah) iştirak edir. Bu gün mediaforum çərçivəsində bir sıra yekun tədbirləri keçiriləcək.xeber100.com

May 14, 2016 12:17

Əflatun Amaşov yüksək dövlət təltifinə layiq görülənləri təbrik etdi

Gürcüstanda iki azərbaycanlı media təmsilçisinə “Əməkdar jurnalist” adı verilib. Yüksək dövlət təltifinə layiq görülənlər Şahvələd Eyvazov və Binnət Məmmədovdur. Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri və Mətbuat Şurasının sədri Əflatun Amaşov bu hadisəni yalnız gürcüstanlı həmkarlarımızın çoxillik səmərəli fəaliyyətinə verilən qiymət deyil, eyni zamanda qonşu ölkədə həmkarlarımıza həssas yanaşmanın nümunəsi kimi dəyərləndirib. O bildirib ki, hər iki jurnalisti yaxından tanıyıram, həyat və yaradıcılığına bələdəm. Belə istedadlı insanlar gördüklərini, şahidi olduqlarını yüksək peşəkarlıqla qələmə almaqla kifayətlənmir, eləcə də iki xalqın tarixən formalaşan səmimi münasibətlərinin, dostluq körpüsünün möhkəmlənməsinə misilsiz xidmətlər göstərməyi özlərinin mənəvi borcu hesab edirlər. Şura sədri deyib ki, mükafatlandırılan jurnalistlərin fəxri ada altmış yaşın tamamında layiq görülmələri onların zəhmətlərinə Gürcüstan dövləti səviyyəsində verilən yüksək qiymətdir. “Şahvələd Eyvazovu boya-başa çatdığı və yaşadığı Tbilisi şəhərindən tanıyıram. Kifayət qədər məşhur foto jurnalistdir. O, 24 ildir ki, ABŞ-ın “Assoşeyted Press” İnformasiya Agentliyinin Qafqaz bürosunun əməkdaşıdır. Fotoları və yazıları Osetiyada, Abxaziyada, ən başlıcası isə Dağlıq Qarabağda nələrin baş verdiyi barədə minlərlə oxucuda aydın təsəvvürlər yaradıb. Binnət Məmmədova gəldikdə isə həmkəndlimdir, Gürcüstan azərbaycanlılarının kompakt yaşadıqları ən iri yaşayış məntəqələrindən olan Faxralıdandır. “Gürcüstan”da işləməklə bərabər “Regionpress” qəzetinin də rəhbəridir. Yüzlərlə publisistik yazının müəllifidir. Bir çox istedadlı gəncə jurnalist peşəsini sevdirib”. “Bu, çox yaxşı xəbərdir”, - deyə sevincini bölüşən millət vəkili dost ölkədə belə ənənənin davamlı olacağına əminliyini bildirib və hər iki qələm sahibinə Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun və Azərbaycan Mətbuat Şurasının təbriklərini çatdırıb.xeber100.com  

May 11, 2016 1:50

Heydər Əliyevin 93-cü ildönümünə həsr olunan anım mərasimi keçirilib

Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin təşəbbüsü ilə mayın 3-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan anım mərasimi keçirilib. Toplantı ulu öndərin həyat yolunu, fəaliyyətini əks etdirən videoçarxın nümayişi ilə başlayıb. Mərasimi giriş sözü ilə açan Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov dövlət xadimi, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzolunmaz xidmətlərindən danışıb. MŞ sədri bildirib ki, Heydər Əliyevin həyat yolu hər bir insan üçün əsl nümunədir. Azərbaycan Milli Ordusunun formalaşmasında böyük xidmətlərindən söz açan Ə.Amaşov Heydər Əliyevin siyasi kursunun bütün sahələrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib. MŞ-nin Ahıl Jurnalistlər Məclisinin rəhbəri Yusif Kərimov Ulu Öndərin Azərbaycan jurnalistikasına olan xüsusi diqqət və qayğısından danışaraq onunla bağlı xatirələrini bölüşüb. MŞ-nin Ahıl Jurnalistlər Məclisi rəhbərinin müavini Məzahir Süleymanzadə, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, tanınmış telejurnalist Telli Pənahqızı və digər çıxış edənlər də Ümummilli Liderin həyat yolundan söz açıb, onun Azərbaycan mətbuatının inkişafına göstərdiyi tarixi xidmətlərdən, yazarlara olan böyük ehtiramından danışıblar. Mərasimdə qeyd olunub ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yeni demokratik mətbuatımız azadlıq və müstəqillik dəyərlərinin təbliğatçısına çevrildi. 1993-cü ildən başlayaraq KİV-in inkişafında əldə olunmuş nailiyyətlər Heydər Əliyev şəxsiyyətinin bu sahəyə müstəsna diqqət və qayğısı nəticəsində gerçəkləşdi. Ulu Öndərin milli mətbuata qayğısı nəticəsində azad, demokratik mətbuatımız cəmiyyətin operativ, obyektiv informasiyaya tələbatını cavablandırmağa nail oldu. Ümummilli Liderin KİV-in maddi-texniki bazasının yeniləşdirilməsi və möhkəmləndirilməsi, sərbəst fəaliyyəti üçün əlverişli şərait yaradılması ilə bağlı həyata keçirdiyi ardıcıl, məqsədyönlü tədbirlər milli mətbuat tariximizin mühüm faktlarıdır. Bütün bunlara görə jurnalistlərin “Jurnalistlərin dostu” mükafatı ilə bağlı keçirilmiş sorğudakı alternativsiz seçimi Heydər Əliyev olmuşdu. Dahi şəxsiyyət özü şəxsən jurnalistlərin düzənlədikləri təntənəli təqdimat mərasiminə təşrif buyuraraq mükafatı qəbul etmiş, tədbirdəki nitqində jurnalistlərin seçiminin onun üçün müstəsna əhəmiyyət daşıdığını vurğulamışdı.xeber100.com

May 4, 2016 12:51

Hovard Qardner intellektin 8 növünü müəyyən edib

Psixoloq və "çox saylı intellekt" anlayışının müəllifi Hovard Qardner intellektin 8 növünü müəyyən edib. 1.Linqvistik intellekt Yazılı və ya şifahi sözə maraqla büruzə verilir. Bu intellektli uşaqlar böyük həvəslə nağıllara qulaq asırlar. Həmçinin yazmaq və oxumağa erkən yiyələnə bilirlər. Gənc yaşlarında kitab oxumağı, divar qəzetləri hazırlamağı, krossvordlar həll etməyi və hər hansı bir hadisəni həvəslə danışmağı xoşlayırlar. Bu tipli intellektə sahib olanlar üçün təhsilin şifahi keçməsi, birgə kitab oxumaq və diskussiya formasında aparılması önəmlidir. Müasir təhsil sistemi məhz bu intellektə daha çöx önəm verir. Bu tip intellektli uşaqlar oxuyur, yazır, dinləyir, danışır və nəql edirlər. Bu intellektin realizəsi yazıçı, ssenarist, dramaturq, jurnalist, siyasətçi, korrektor və tərcüməçi peşələri üzərində edilə bilər. 2. Riyazi-məntiq intellekti Bu cür uşaqlar rəqəmlərə və nömrələri xoşalyırlar. Adətən onlar, telefon nömrələrini, hadisələrin tarixini asanlıqla yadda saxlaya bilirlər. Onlar riyazi məsələləri həll etməkdən zövq alırlar. Onlar təhlil və nəticə çıxarmağı xoşlayırlar. Asanlıqla səbəb və nəticələrin əlaqələrini təyin edir, sistemləşməyə can atır və abstrakt məlumatlarla zehni əməliyyatlar apara bilirlər. Bu cür uşaqlar riyaziyyatçı, mühasib, analitik, proqramçı, alim, detektiv və həkim ola bilərlər. 3. Vizual-məkan intellekti Bu cür uşaqlar saatlarla taxta və elə də gözə xoş gəlməyən oyuncaqlarla oynaya bilirlər. Onlar böyük həvəslə pazllar toplayır, labirint oyunlarından zövq alırlar. Çox vaxt onların xəyali dostları olur və  təxəyyülləri yaxşı inkişaf etmiş olur. Tez-tez xəyallara dalır və rəsm çəkməyi xoşlayırlar. Rənglərin ahəngliyini hiss edir və erkən yaşlarından geyimlərində nəyin uyğun olub olmamasını anlayırlar. Bu cür gənclər həndəsə, rəsmxət və təbiət elmləri (fizika, kimya) istiqamətində uğurlar əldə edə bilirlər. Onlarda məkan anlayışı inkişaf etmiş olur. Müxtəlif məkan və ətrafla bağlı xırda detalları asanlıqla yadda saxlaya bilirlər. Cədvəlləri rahatlıqla oxuya bilir və diaqramları anlayırlar. Beyinlərində əvvəlcədən dəyişiklikləri (məsələn, otaqda mebel yerdəyişməsi) düşünüb sonradan onları həyata keçirə bilirlər. Onlar ətrafı başqa bucaqdan görə bilirlər və görüntünün müxtəlif formalarını təklif edə bilirlər. Bu xüsusiyyətlərə malik uşaqlar gələcəkdə dizayner, memar, rəssam, cizgi filmləri sahəsində mütəxəsis, mühəndis, ixtiraçı və ya heykəltaraş ola bilərlər. 4. Cismi-kinestik intellekti Bu növ intellektin sahibləri üçün əsas özünü ifadə aləti onların cismləridir. Hərəkətlər, müxtəlif mimikalar vasitəsi ilə onlar emossiyalarını və fikirlərini rahat ifadə edə bilirlər. İnstiktiv olaraq onlar fiziki yükləməyə və idmana meyilli, sağlam, güclü və yaxşı qidalanan olurlar. Onların bir çox bacarıqları inkişaf etmiş olur. Onlar ustalıq etməyi və işlərini əlləri ilə görməyi xoşlayırlar. Səhnədə çıxış etməkdən zövq alırlar. Onların bacarıqları rəqabət və uğur qazanmaq yolunda çalışmaqla inkişaf edir. Belə ki, uğursuzluğa qarşı dözülməzlik ifadə edir, dəstəyə və alqışlanmağa ehtiyac duyurlar. Bu istedada malik insanlar idmançı, idman sahəsində mütəxəssis, mexanik, heykəltaraş, cərrah və ya artist ola bilərlər. 5. Musiqili intellekt Bu cür uşaqlar ritmi yaxşı hiss edir və eşitmə, duyma qabiliyyətləri güclü olur. Musiqi alətlərinə qarşı maraqları yüksəkdir. Musiqidən zövq alır və bu sahəyə maraqları güclü olur. Musiqiləri asanlıqla yadda saxlaya bilirlər. Bu cür qabiliyyətlərə malik insanlar musiqiçi, bəstəkar, tənqidçi, dirijor, səs operatoru, radio aparıcı, və yaxud musiqi redaktoru ola bilərlər. 6. Təbii-naturalistik intellekt Bu növ intellektli insanalar təbiətə qarşı xüsusi sevgi ilə yanaşırlar. Onlar müxtəlif bitki və canlı aləmlə bağlı eksperiment keçirməyi xoşlayırlar. Onlar bitkilərin inkişafını, həşəratların hərəkətlərini saatlarla müşahidə edə bilirlər. Heyvan saxlamağı xoşlayır evlərində müxtəlif bitkilər yetişdirirlər. Təbiət hadisələrini izləməkdən zövq alırlar. Keçmiş zamanlarda bu cür insanlar çox bacarıqlı ovçular, təbib və otlar aləminin biliciləri olurdular. Müasir zamanımızda bu cür uşaqlar biologiya, kimya və ətraf mühütlə bağlı fənlərdən yüksək qiymətlər alırlar. Təbiət gəzintilərində və ətraf mühitlə bağlı tədbirlərdə həvəslə iştirak edirlər. Bu uşaqlar gələcəkdə ekoloq, baytar, geoloq, okean aləminin tədqiqatçısı, seysmoloq, arxeoloq, meşəbəyi və ya fermer ola bilərlər. 7. Ekzistensional intellekt Bu cür uşaqlar erkən yaşlarından yüksək səviyyəli düşüncələri ilə fərqlənirlər. Hisslərini anlayır və onları idarə edə bilirlər. Onlar sağlam düşünə bilir və nəticə çıxara bilirlər. Erkən yaşlarından həyat və ölümlə bağlı mövzular onları maraqlandırır və dünyanın yaranışı ilə bağlı müxtəlif fikirlər irəli sürə bilirlər. İlahi elmlər və fəlsəfə ilə dərindən maraqlanırlar. Onlar sağlam düşünərək uzunmüddətli planlar qurur və bu planlara riayət edə bilirlər. Bu cür uşaqlar gələcəkdə ruhani, psixoloq, siyasətçi, təbliğatçı, fəlsəfə elmləri üzrə professor və ya müəllim ola bilərlər. 8. İnterindividual intellekt Bu cür uşaqlar əlaqələndirici olaraq ətrafdakılarla tez bir zamanda əlaqə yarada bilirlər. Necə xoşa gəlməyin yollarını bilir və öz istedadlarından məharətlə istifadə edə bilirlər. İnsanları asanlıqla anlaya bilirlər. Əhvallarını sürətlə dəyişib idarə edə bilirlər. Artıq uşaq vaxtlarından istedadlı danışıqlar apara bilirlər. Gənc yaşlarında ətraflarında insanları toplaya bilir, və insanlar arasında liderə çevrilə bilirlər. Ağıllı olduqları üçün onların çoxlu dostları olur. Ünsiyyətcil, zarafatcıl və yüksək xarizmaya malik olurlar. Başqalarını yaxşı anladıqları üçün insanlara dəstək olub yardım edə bilirlər. Bu cür uşaqlar gələcəkdə müəllim, siyasətçi, natiq, danışıqlar aparan vasitəçi, diplomat, menecer, direktor və s ola bilərlər.  

Aprel 21, 2016 5:08

Mobil cihazların satışı ilə məşğul olanlara xəbərdarlıq

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mobil cihazların satışı ilə məşğul olan fiziki və hüquqi şəxslərin nəzərinə çatdırır ki, satış məntəqələrində yalnız sertifikatlaşdırılmış və IMEI nömrələri qeydiyyata alınmış mobil cihazların satışı təşkil olunmalıdır.Nazirlikdən Apa-ya verilən məlumata görə, satış məntəqələrində olan bütün mobil cihazların IMEI nömrələrinin qeydiyyatı həmin cihazları satan fiziki və hüquqi şəxslər tərəfindən həyata keçirilməlidir. İstehlakçıların hüquqlarının qorunması məqsədilə aidiyyəti qurumlarla birgə satış məntəqələrində olan mobil cihazların sertifikatla təmin olunub-olunmaması, eyni zamanda onların IMEI nömrələrinin qeydiyyatda olması yoxlanılacaq, sertifikatsız, həmçinin IMEI nömrələrini qeydiyyata almadan mobil cihazların satışını təşkil edən fiziki və hüquqi şəxslərə qarşı Azərbaycan Respublikasının mövcud qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək. Alıcılara mobil cihaz alan zaman IMEI nömrəsinin qeydiyyatda olmasınıwww.imei.az, www.e-gov.az saytlarına daxil olmaqla, IMEI nömrəsini yazaraq “1677” qısa nömrəsinə SMS göndərməklə və ya “1677” məlumat mərkəzinə zəng etməklə yoxlamaları tövsiyə olunur. Mobil telefon cihazından *#06# yığmaqla həmin cihazın IMEI nömrəsini müəyyən etmək olar.xeber100.com  

Aprel 20, 2016 2:04

“Muğanımız – tariximiz, sərvətimiz” mövzusunda yazı müsabiqəsi

Azərbaycan Mətbuat Şurası Saatlı Rayon İcra Hakimiyyəti ilə birlikdə "Muğanımız - tariximiz, sərvətimiz" mövzusunda kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında yazı müsabiqəsi keçirir.   Mükafatlandırma   I yer - 1 nəfər - 1000 manat II yer - 2 nəfər - 800 manat III yer - 3 nəfər - 500 manat   Həvəsləndirici mükafat - 10 nəfər - 1000 manat   III. Müsabiqə şərtləri   Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək;   Materialların ümumən mövzunu, konkret olaraq nəzərdə tutulan istiqaməti dolğun əhatə etmə səviyyəsi; Tarixilik İqtisadi təhlil Vətənpərvərliyin təbliği Keçmişlə müasirliyin əlaqələndirilməsi Ənənələr və dəyərlər Perspektiv təşəbbüslər   Faktlardan istifadə xüsusiyytələri və araşdırmanın keyfiyyəti; İfadə vasitələrinin zənginliyi; Oxucu üçün informasiyalılıq dərəcəsi; Qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisə.   Müsabiqəyə 2016-cı ilin aprel ayının 15-dən may ayının 30-dək müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar buraxılacaq.   Qaliblərin adları 2016-cı il iyun ayının 15-də Milli Qurtuluş Günündə açıqlanacaq.   Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur;   Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır;   Yazıda "Azərbaycan Azərbaycan Mətbuat Şurasının və Saatlı Rayon İvra Hakimiyyətinin "Muğanımız - tariximiz, sərvətimiz" mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur" qeydi olmalıdır.   Qeyd: Yazı müəllifinin konkret kütləvi informasiya vasitəsində çalışması şərtdir.   Müsabiqə üçün təqdim ediləcək materialın müəllifin çalışdığı KİV-də verilməsi şərt deyil.   Müsabiqəyə təqdim edilmiş yazıların Azərbaycan Mətbuat Şurasının "qara siyahı"sında yer alan kütləvi informasiya vasitələrində çıxması yolverilməzdir.   Yazıların təqdim edilməsi   Müsabiqə üçün yazılar ayrıca zərfdə şəxsən təqdim olunmalıdır.   Təqdimat zərfində yer almalıdır:    yazı təqdim edən şəxsin konkret kütləvi informasiya vasitəsində işlədiyini təqdiqləyən sənədin surəti;    yazı təqdim edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti;    yazı təqdim edən şəxsin əlaqə vasitələri - ev, iş və mobil telefonu;    müsabiqə üçün verilmiş yazının getdiyi qəzet və jurnalın 1 nüsxəsi (ayrıca vərəqədə);    yazı elektron media resursunda verilibsə, bunu təsdiqləyən link (ayrıca vərəqədə);    materialın yazılı formada A4 formatlı kağız vərəqində 3 nüsxəsi;    diskdə materialın elektron forması (Times New Roman şriftində, müəllifin adı qeyd olunmamaqla);    yazı elektron media resursunda verilibsə, diskdə yazının linki göstərilməlidir.   Müsabiqə üçün yazılar aprel ayının 15-dən iyun ayının 1-dək həftənin iş günləri saat 11.00-dan 17.00-dək Bakı şəhəri, Məmməd Araz 4 ünvanında (əvvəlki Teymur Əliyev 38 ünvanı - Azərbaycan Mətbuat Şurasının ofisi) qəbul ediləcək.   Təqdimat prosesində müsabiqə qaydalarının hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və material qəbul edilməyəcək.   Əlaqə telefonu:   (012) 441 35 30 (050) 534 93 26 (055) 201 99 26  

Aprel 12, 2016 10:40

“Hoppa” dünyanın ən ucuz istirahət marşrutlarını sıralayıb

Hava limanlarından transfer sifarişi internet saytı  "Hoppa" dünyanın ən ucuz istirahət marşrutlarını sıralayıb. "Hoppa" siyahını, bir gün ərzində mehmanxanadan yemək-içməyə qədər bütün xərcləri nəzərə alaraq müəyyən edib. Qısası, dünyanın ən ucuz 19 istirahət marşrutu. 1.Phuket, Tailand   Bir günlük istirahət xərci: 171 dollar   2.Sao-Paulo, Braziliya   Bir günlük istirahət xərci: 168 dollar 3.Barselona, İspaniya   Bir günlük istirahət xərci: 159 dollar   4.Toronto, Kanada   Bir günlük istirahət xərci: 158 dollar 5.Rio de Janeiro, Braziliya   Bir günlük istirahət xərci: 148 dollar 6.Antalya, Türkiyə   Bir günlük istirahət xərci: 141 dollar 7.Praqa, Çex Respublikası   Bir günlük istirahət xərci: 134 dollar   8.Gran Canaria, İspaniya   Bir günlük istirahət xərci: 125 dollar 9.Berlin, Almaniya   Bir günlük istirahət xərci: 114 dollar 10.Kuala Lumpur, Malayziya   Bir günlük istirahət xərci: 114 dollar 11.Şarm Əl-Şeyx, Misir   Bir günlük istirahət xərci: 111 dollar 12.Corfu, Yunanıstan   Bir günlük istirahət xərci: 110 dollar 13.Auckland, Yeni Zelandiya   Bir günlük istirahət xərci: 103 dollar 14.Faro, Portuqaliya   Bir günlük istirahət xərci: 95 dollar 15.Cape Town, Cənubi Afrika   Bir günlük istirahət xərci: 93 dollar 16.Hanoi, Vyetnam   Bir günlük istirahət xərci: 89 dollar   17.Banqkok, Tailand   Bir günlük istirahət xərci: 86 dollar 18.Tenerife, İspaniya   Bir günlük istirahət xərci: 82 dollar 19.Budapeşt, Macarıstan   Bir günlük istirahət xərci: 57 dollar  

Aprel 12, 2016 9:54