Növbəti həqiqi hərbi xidmətə çağırış başlayıb

Oktyabrın 1-dən ölkəmizdə növbəti həqiqi hərbi xidmətə çağırış başlayıb.Azərtac xəbər verir ki, bir ay davam edəcək çağırış prosesində minlərlə gənc hərbin sirlərinə dərindən yiyələnmək, Vətənin keşiyində əzmlə dayanmaq kimi şərəfli borcunu yerinə yetirmək üçün əsgəri xidmətə yollanacaq.Sərəncama əsasən, 2000-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1983–1999-cu illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları 2018-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.Həmçinin “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2018-ci il oktyabrın 1-dən 30-dək ehtiyata buraxılacaqlar.Xatırladaq ki, Prezident İlham Əliyev sentyabrın 4-də Azərbaycan vətəndaşlarının 2018-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.xeber100.com

Oktyabr 1, 2018 2:12

Milli Məclis 2018-ci ilin payız sessiyasında

Oktyabrın 1-də Milli Məclisin 2018-ci ilin payız sessiyasında ilk plenar iclası keçirilir.Azərtac xəbər verir ki, oktyabrın 1-i və 5-də keçiriləcək iclasların gündəliyinə 62 məsələ daxil edilib.Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycan Parlamentinin 100 illik yubileyi münasibətilə sentyabrın 21-də keçirilən təntənəli iclası xatırladıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təntənəli iclasda iştirak edib və geniş nitq söyləyib. Prezident İlham Əliyev nitqində Azərbaycan dövlətinin və parlamentinin tarixi, ölkəmizin bugünkü inkişafı, dövlətimizin daxili və xarici siyasəti ilə bağlı çox dəyərli təhlillər aparıb. Dövlətimizin başçısı Milli Məclisin fəaliyyətini çox yüksək qiymətləndirib. Prezidentin söylədiyi bu fikir bizim üçün çox əhəmiyyətlidir.Milli Məclisin sədri qeyd edib ki, bu gün Azərbaycan uğurla inkişaf edir. Bu inkişafda parlamentin xüsusi rolu var. Azərbaycan parlamenti həm ulu öndər Heydər Əliyevin dövründə, həm də bu gün öz fəaliyyəti ilə ölkəmizin müstəqilliyini möhkəmləndirir, inkişafını təmin edir. “Bizim qanunvericilik bazamız ən yüksək meyarlara cavab verir. Biz bir çox beynəlxalq konvensiyalara qoşulmuşuq. Ölkəmizdə demokratik inkişafla bağlı siyasətin aparılmasında Azərbaycan parlamentinin xüsusi rolu var. Parlamentin fəaliyyətinə verdiyi yüksək dəyərə görə mən öz adımdan və sizin adınızdan Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm. Həmişə olduğu kimi bundan sonra da Milli Məclis Azərbaycan Prezidentinin uzaqgörən siyasətini parlament səviyyəsində dəstəkləmək üçün əlindən gələn tədbirləri görəcək”, - deyə Oqtay Əsədov söyləyib.xeber100.com

Oktyabr 1, 2018 2:05