Yeni təyinatlar

Ölkə başçısı İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının tərkibini təsdiqləyib. President.az saytında yerləşdirilmiş xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının tərkibi aşağıdakı şəxslərdən ibarətdir: Şuranın sədri Eldar Nuriyev - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri. Şuranın üzvləri: Feyruz Mustafayev - Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisinin xidmətinin aparıcı məsləhətçisi Vüsal İsayev - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Bəhram Məmmədli - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin baş məsləhətçisi Nəsimi Məmmədov - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun böyük məsləhətçisi Elturan Babayev - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin baş məsləhətçisi Niyaz Əliyev - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Süleyman Qəmbərov - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Vətəndaşların qəbulu və müraciətləri ilə iş sektorunun müdiri Anar Əliyev - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin müdiri  

Fevral 4, 2016 1:42

Musiqili Teatrın həftə repertuarı

Azərbaycan Dövlət Musiqili Teatrında bu həftəsonu 5 tamaşa nümayiş olunacaq. Teatrın Mətbuat xidmətindən verilən məlumata görə,  bunlar 5, 6, 7 fevral tarixlərində saat 12.00 və 19.00-da tamaşaçılara təqdim olunacaq “Qafqazlı qardaşqızı” (R. Hacıyev), Anar Sadıqovun səhnələşdirməsində “Yatmış gözəl və cırtdanlar” (Ş. Pero), “www.ferzeli-kef.com” (E. Sabitoğlu, C. Məmmədov), “Düyməcik” (H.K. Andersen) və “Ər və arvad” (Ü. Hacıbəyli) tamaşalarıdır. Dövlət Musiqili Teatrı bu həftə də həm rusdilli, həm də balaca tamaşaçılarını unutmayıb. Belə ki, 5 fevral saat 19.00-da SSRİ Xalq artisti R. Hacıyevin “Qafqazlı qardaşqızı” əsəri böyüklər üçün, 7 fevral saat 12.00-da isə H.K. Andersenin “Düyməcik” tamaşası uşaqlar üçün rus dilində nümayiş olunacaq. Balacalar həmçinin 6 fevral saat 12.00-da Ş. Peronun “Yatmış gözəl və cırtdanlar” əsərini Azərbaycan dilində izləyə biləcəklər. Tamaşaçılar həftəsonu 3 gün ərzində nümayiş olunacaq səhnə əsərlərində sevimli aktyorları – Xalq artisti İlham Namiq Kamal, Əməkdar artistlər Səidə Şərifəliyeva, Novruz Qartal, Svetlana Bulax, Əkbər Əlizadə, Nahidə Orucova, Boris Qrafkin, Emma Məlikova, aktyorlar Emil Heydərov, Mehriban Zalıyeva, Ruslan Mürsəlov, Yuliya Heydərova, Möylə Mirzəliyev, Rauf Babayev, Gülcahan Salamova, Elçin İmanov, Marina Litvinenko, Fərid Rzayev, Cəlalə Novruzlu, Ağaxan Şərifov, Nadejda Povelitsına, Əliməmməd Novruzov, Gülnarə Abdullayeva, Məhərrəm Qurbanov, Gülnarə Əzizova, Elxan İsmayılov, Nicat Həbibov və başqalarının ifalarını izləyə biləcəklər. Azərbaycan Dövlət Musiqili Teatrı ayın ilk həftəsini xoş ovqatla başa vurmaq istəyən hər kəsi bu maraqlı səhnə əsərlərini izləməyə dəvət edir. Qeyd edək ki, qiyməti 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından əldə etmək olar.  

Fevral 3, 2016 4:26