Avropa Şurası Parlament Assambleyasının yay sessiyası başlayır

Milli Məclisin deputatları - Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, nümayəndə heyətinin üzvləri Rafael Hüseynov, Kamal Cəfərov, Erkin Qədirli, Könül Nurullayeva, Pərvin Kərimzadə, Nigar Arpadarai qurumun yay sessiyasında iştirak etmək üçün iyunun 18-də Fransanın Strasburq şəhərinə səfər edəcəklər. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, AŞPA-nın yay sessiyasında Türkiyədə parlament və prezident seçkilərinin müşahidəsinin nəticələri, transmilli repressiyanın qanunun aliliyinə və insan hüquqlarına təhdidi, səhiyyədə sağlamlığa vahid yanaşma, miqrantların və qaçqınların sosial inteqrasiyası, rəqəmsal texnologiyalara bərabər çıxışın təşviqi və digər məsələlərə baxılacaq. Tədbirdə Böyük Britaniyanın insan hüquqları qanunvericiliyində islahatlar, Ukraynada vəziyyət, regional təhlükəsizlik məsələləri müzakirə olunacaq. Yığıncaqda, habelə Avropa Şurasının 2024-2027-ci illər üçün büdcəsi və prioritetləri, Avropa Şurası Parlament Assambleyasının 2024-2025-ci illər üçün xərcləri barədə məruzələr, qurumun Büro və Daimi Komitəsinin fəaliyyəti ilə bağlı hesabatlar dinləniləcək. Səfər iyunun 25-də başa çatacaq.xeber100.com

İyun 17, 2023 11:34

Milli Məclisin 2023-cü ildə növbədənkənar sessiyasında ilk iclası keçirilir

İyunun 6-da Milli Məclisin 2023-cü ildə növbədənkənar sessiyasında ilk iclası keçirilir. Milli Məclisin sədri Sahibə Qafarova iclası açıq elan etdikdən sonra Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra parlamentin sədri gündəliyə 14 məsələnin daxil edildiyini bildirib. 1. “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş); 2. “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş); 3. “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş); 4. “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi (ikinci oxunuş). 5. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş); 6. “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş); 7. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş); 8. “Məhkəmə-Hüquq Şurası haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş); 9. “İstehsalat və məişət tullantıları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş); 10. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş); 11. Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş); 12. “Yol hərəkəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş); 13. Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş); 14. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş).xeber100.com

İyun 6, 2023 3:03

Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü tamam olur

Bu gün müasir müstəqil Azərbaycanın memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü tamam olur. Əlamətdar yubiley münasibətilə Fəxri xiyabanda böyük izdiham yaşanır, Ulu Öndərin xatirəsi bir daha dərin ehtiramla anılır. Qədirbilən xalqımız öz böyük oğlunun Vətən qarşısında misilsiz xidmətlərini minnətdarlıq duyğuları ilə xatırlayır. Səhər saatlarından başlayaraq Fəxri xiyabanı müxtəlif yaşda olan insanlar – veteranlar, gənclər, məktəblilər, eləcə də idarə və müəssisələrin kollektivləri ziyarət edirlər. İzdihamın ardı-arası kəsilmir. Heydər Əliyevin məzarı və abidəsi önünə təzə-tər güllər, çiçəklər düzülür, əklillər qoyulur. Bu məqamda Ulu Öndərin qürurla dediyi sözlər yada düşür: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Azərbaycançılıq ideologiyasının əsasını qoymuş bu dahi şəxsiyyət dövlət müstəqilliyimizi dönməz və əbədi etdi, xilaskarlıq missiyasını layiqincə, axıradək yerinə yetirdi. Bu səbəbdən də hələ sağlığında əfsanəyə çevrildi. Müasir tariximizin bütöv bir qərinəsi Ulu Öndərin adı ilə bağlıdır. O, bütün ömrünü canından çox sevdiyi Azərbaycanın inkişafına, doğma xalqının rifahına həsr edib. Heydər Əliyev həyatda olmasa da, bu gün mənən xalqı ilə birlikdədir. Onun zəngin irsi, əbədiyaşar ideyaları yollarımızı işıqlandırır. Xalqımız Azərbaycanın bugünkü dinamik inkişafına, qüdrətli, dünyada sayılıb-seçilən, qalib ölkəyə çevrilməsinə görə özünü Heydər Əliyevə borclu sanır. Fəxri xiyabanda yaşanan izdiham da Azərbaycan xalqının öz böyük oğluna vəfa borcunun ifadəsidir.xeber100.com  

May 10, 2023 3:07

Azərbaycan Ordusunda əsgərlərin andiçmə mərasimləri keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına uyğun olaraq, mayın 10-da Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Mərasimlərdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra gənc əsgərlər təntənəli surətdə Hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər. Müdafiə Nazirliyinin nümayəndələri və hərbi hissə komandanlıqları çıxış edərək andiçmə mərasimlərinin məhz Ulu Öndərin anadan olduğu gündə keçirilməsinin Ümummilli Liderimizə dərin hörmət və ehtiramın təzahürü olduğunu və gənc əsgərlərin hərbi vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Andiçmə mərasimlərində müasir Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasətindən bəhs edilib. Bu gün 100 illik yubileyi qeyd edilən Ümummilli Liderimizin Azərbaycanın inkişafı naminə gördüyü işlər barədə ətraflı danışılıb. Dahi şəxsiyyət Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordu quruculuğu istiqamətində aparılan islahatlar barədə məlumat verilib.xeber100.com  

May 10, 2023 3:05

Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası keçiriləcək

Aprelin 24-dən 28-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası keçiriləcək. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri sessiyada iştirak edəcəklər. AŞPA-nın Strasburqda keçiriləcək yaz sessiyasının gündəliyində Rusiyaya köçürülən Ukrayna vətəndaşlarının, xüsusən də uşaqların vəziyyəti, təbii fəlakətlərin qarşısını almaq üçün siyasi strategiyalar da daxildir. Avropalı parlamentarilər “Rusiya Federasiyasına və ya Rusiya Federasiyasının faktiki nəzarəti altında olan Ukrayna ərazilərinə məcburi və ya sadəcə köçürülmüş ukraynalı mülki şəxslərin, xüsusən də uşaqların vəziyyəti”nə dair müzakirələr aparacaqlar. Ukraynanın birinci xanımı Olena Zelenskaya müzakirələrə onlayn qatılacaq. Assambleya Türkiyə və Suriyada baş verən dağıdıcı zəlzələlərdən sonra baş verə biləcək təbii fəlakətlərin qarşısının alınması, onlara hazırlıq və nəticələrinin aradan qaldırılması üçün siyasi strategiyalar haqqında hesabatı müzakirə edəcək. Assambleya üzvləri, həmçinin 2023-cü il mayın 16-da və 17-də Reykyavikdə keçiriləcək Avropa Şurasının dördüncü Sammitinə dair cari məsələlərlə bağlı müzakirələr aparacaqlar. Avropalı parlamentarilər İslandiya Prezidenti Qudni Yohannessonun çıxışını dinləyəcəklər. Sessiya çərçivəsində İslandiyanın xarici işlər naziri Thordis Kolbrun Reykfyord Gylfadottir tərəfindən ölkəsinin sədrlik etdiyi Nazirlər Komitəsinin kommünikesi təqdim olunacaq.xeber100.com

Aprel 19, 2023 3:25

Milli Məclisin növbəti plenar iclası aprelin 11-də keçiriləcək

Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası aprelin 11-də keçiriləcək. Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, iclasın gündəliyinə 11 məsələ daxil edilib. 1. “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş); 2. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş); 3. “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş); 4. “Dövlət qulluğu haqqında” və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş); 5. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş); 6. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş); 7. Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş); 8. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş); 9. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş); 10. Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, “Notariat haqqında”, “Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında” və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş); 11. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Polis haqqında”, “Baytarlıq haqqında” və “Atçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).xeber100.com  

Aprel 8, 2023 6:36

Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası keçiriləcək

Strasburqda aprelin 24-dən 28-dək Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası keçiriləcək. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri sessiyada iştirak edəcəklər. AŞPA-nın Strasburqda keçiriləcək yaz sessiyasında təbii fəlakətlərin qarşısının alınması, onlara hazırlıq və nəticələrinin aradan qaldırılması üzrə siyasi strategiyalar müzakirə olunacaq. Assambleya üzvləri, həmçinin 2023-cü il mayın 16-da və 17-də Reykyavikdə keçiriləcək Avropa Şurasının dördüncü Sammitinə dair müzakirələr aparacaqlar. Avropalı parlamentarilər İslandiya Prezidenti Qudni Yohannessonun çıxışını dinləyəcəklər. Sessiya çərçivəsində İslandiyanın xarici işlər naziri Thordis Kolbrun Reykfyord Gylfadottir tərəfindən ölkəsinin sədrlik etdiyi Nazirlər Komitəsinin kommünikesi təqdim olunacaq. Yaz sessiyasında planlaşdırılmış müzakirələrin siyahısına ictimai səhiyyə ilə bağlı fövqəladə hallar zamanı çoxtərəfliliyə və səhiyyəyə vahid yanaşmanın zəruriliyinə, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının, habelə İnsan Hüquqları üzrə Avropa Konvensiyası və milli konstitusiyaların icrasına dair mövzular da daxildir. Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Dunya Miyatoviç 2022-ci il üçün fəaliyyət hesabatını təqdim edəcək, Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç parlamentarilərin suallarını cavablandıracaq. Müzakirələr arasında gənclər və media, eləcə də beynəlxalq ticarətdə demokratiyanın, hüquqların və ətraf mühitin qorunmasına dair mövzular da yer alır. Assambleya demokratiya statusu üçün tərəfdaşlığının fəaliyyətini qiymətləndirəcək və San-Marinonun Avropa Şurasına üzvlük öhdəliklərinə əməl etməsini nəzərdən keçirəcək. Avropa Sarayının müzakirələr palatasında aparılan təmir işləri ilə əlaqədar AŞPA-nın bu plenar iclası Avropa Parlamentinin müzakirələr palatasında keçiriləcək.xeber100.com

Mart 27, 2023 3:05