Avropa Şurası Parlament Assambleyasının payız sessiyasının gündəliyi açıqlanıb

Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2022-ci il payız sessiyası oktyabrın 10-dan 14-dək keçiriləcək.AŞPA payız sessiyasının gündəliyində Qərbi Balkan ölkələrinin Avropa perspektivləri, islamofobiya və ya müsəlmanlara qarşı rasizmlə mübarizə və peyvənd ayrı-seçkiliyi kimi məsələlər əks olunub.İrlandiyanın Prezidenti Maykl Higgins, İsveçrə Konfederasiyasının Prezidenti İqnazio Kassis, Albaniyanın Baş naziri Edi Rama Assambleyada çıxış edəcək və parlamentarilərin suallarının cavablandıracaqlar. Həmçinin payız sessiyasında Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç də parlamentarilərin suallarını cavablandıracaq.İrlandiyanın Avropa məsələləri üzrə dövlət katibi Tomas Birn Avropa Şurasına İrlandiyanın sədrliyi çərçivəsində Nazirlər Komitəsinin kommunikasiyasını təqdim edəcək.Payız sessiyasının gündəliyində siyasi motivli sanksiyalar tətbiq etmək üçün dövlətlərin Şengen informasiya sistemindən sui-istifadə etməsi, Brexit-in İrlandiya adasında insan hüquqları üçün nəticələri, sığınacaq axtaranlar üçün təhlükəsiz üçüncü ölkələr, deportasiya zamanı qeyri-qanuni miqrasiya idarəçiliyi tədbirləri, idmanda qadınlara qarşı ayrı-seçkilik, Rumıniya və Macarıstanın Avropa Şurasına üzvlükdən irəli gələn öhdəliklərə riayət edilməsi, eləcə də əmək hüquqlarının nəzərdən keçirilməsi haqqında məruzələr müzakirə olunacaq.AŞPA sessiyasında “Avropa Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinin başlamasından altı ay sonra” və “Avropada ərzaq təhlükəsizliyi: Ukrayna limanlarından taxılın ixracı” kimi cari məsələlərlə bağlı debatlar aparılacaq.Assambleya sessiyanın ilk günündə yekun gündəliyi təsdiqlənəcək. Payız sessiyası müddətində qurumun komitə iclasları keçiriləcək.xeber100.com

Sentyabr 22, 2022 1:35

ICESCO Regional ofisinin yaradılması ilə bağlı məsələ müzakirə olunacaq

Milli Məclisdə Azərbaycanda ICESCO Regional ofisinin yaradılması ilə bağlı məsələ müzakirə olunacaq.Bununla bağlı məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin payız sessiyasında keçiriləcək ilk iclasının gündəliyinə daxil edilib. Deputatlar Azərbaycan Respublikası Hökuməti ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – ICESCO arasında ICESCO-nun Regional Ofisinin yerləşməsi haqqında” Sazişin təsdiq edilməsi məsələsinə baxacaqlar.Beləliklə, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 23-də keçiriləcək iclasının gündəliyinə 16 məsələ daxil edilib: 1.Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2022-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədə hesabatı; 2.Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2022-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planı; 3.“Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş); 4.“Ekstradisiya haqqında” Avropa Konvensiyasına Dördüncü Əlavə Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi; 5.“Mülki və ya ticarət işləri üzrə məhkəmə və qeyri-məhkəmə sənədlərinin xaricdə təqdim edilməsi haqqında” Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi; 6.“Uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası haqqında” Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi; 7.“İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının (İCİEC) Təsis Müqaviləsi”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi; 8.“Azərbaycan Respublikası Hökuməti ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – ICESCO arasında ICESCO-nun Regional Ofisinin yerləşməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi; 9.“Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında diplomatik nümayəndəliklərin, konsulluqların və daimi nümayəndəliklərin üzvlərini müşayiət edən şəxslər tərəfindən haqqı ödənilən əmək fəaliyyətinin həyata keçirilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi; 10.“Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi; 11.“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi; 12.“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi; 13.“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi; 14.“Azərbaycan Respublikası Hökuməti ilə Kamboca Krallığı Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi; 15.“Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi ilə Latviya Respublikasının Qida və Baytarlıq Xidməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi; 16.“Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi (BEPS) layihəsində assosiativ üzv qismində İnklüziv Çərçivə”yə qoşulmaq barədə Azərbaycan Respublikası ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı arasında məktublar mübadiləsi formasında bağlanmış Razılaşmanın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi.xeber100.com

Sentyabr 20, 2022 3:06

İtaliyanın nüfuzlu “Il Giornale” qəzeti təxribatlardan yazır…

İtaliyanın nüfuzlu “Il Giornale” qəzetinin “Insideover” analitik-informasiya portalında Azərbaycan-Ermənistan sərhədində baş verən gərginlik barədə məqalə dərc olunub.Portalın baş redaktoru Matteo Karnielettonun müəllifi olduğu məqalədə ötən günlərdə dövlət sərhədində gərginliyin yenidən artığı və döyüş toqquşmasının baş verdiyi vurğulanıb. İşğaldan azad olunan ərazilərimizdə, o cümlədən Füzuli rayonunda müşahidə etdiklərini qələmə alan müəllif Qarabağda yeni yolların çəkildiyini diqqətə çatdıraraq bildirib: “Ərazidə yük maşınları, rayonun infrastrukturunun qurulmasında fəaliyyət göstərən şirkətlərin (“Azərsu” və “Azərenerji”) müasir “off-road” və köhnə sovet avtomobilləri var idi. Biz Füzuliyə çatanda hər şey normal görünürdü, baxmayaraq ki, bir neçə saat əvvəl Azərbaycan ilə Ermənistan arasında gərginlik yenidən alovlanmışdı. On illərdir qarşı-qarşıya qalan iki ordu arasında nə baş verdiyi bizə hələ tam aydın deyildi. Bakı İrəvan tərəfindən hücuma məruz qaldığını bildirir”. Yazıda Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına istinad edilərək qeyd olunur ki, Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonlarındakı bəzi mövqeləri və dayaq məntəqələri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən müxtəlif çaplı silahlardan, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Nəticədə şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Müəllif toqquşmaların bir neçə saat ərzində güclənə biləcəyi və 2020-ci ildəki kimi yeni müharibənin başlaya biləcəyi ilə bağlı narahatlığın olduğunu qeyd edir. Lakin vurğulanıb ki, səhər saatlarında Bakı ilə İrəvan arasında atəşkəs razılaşması elan olunub. Füzuli ilə bağlı təəssüratlarını bölüşən Matteo Karnieletto bildirir: “Qarabağın qapısı sayılan Füzuli bizi quraq çölləri ilə qarşılayır. Bir vaxtlar burada yamyaşıl üzüm bağları olub, indi isə əraziyə daxil olmaq mümkün deyil. Lakin bir zamanlar meyvə ağaclarına bərkidilən dirəklər hələ də ayaqda duran keşikçilər kimi qalır. Artıq bu ərazilərdə heç nə bitmir: ərazi faktiki olaraq minalarla doludur. Bu, bizim üzləşdiyimiz ilk problemdir. Lakin ərazinin minalardan təmizlənməsi asan məsələ deyil. Çünki burada kvadratkilometrlərlə minalanmış ərazi var”.xevber100.com  

Sentyabr 14, 2022 3:05