Aprelin 20-nə gözlənilən hava proqnozu açıqlanıb

Ölkə ərazisində aprelin 20-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azətac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7°, gündüz 8-12° isti, Bakıda gecə 5-7°, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 763 millimetr civə sütunundan 767 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, aprelin 20-də Abşeron yarımadasında rütubətli və küləkli hava şəraiti gözlənilir ki,bu da bəzi meteohəssas insanlar üçün əlverişsizdir.Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı proqnozlaşdırılır. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimal edilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-9°, gündüz 10-15° isti, dağlarda gecə 0-4°, gündüz 5-10° isti olacağı bildirilir.Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam yağıntı tədricən kəsiləcək. Qərb küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək. Havanın temperaturu gecə 4-8°, gündüz 13-18° isti olacaq.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında şimşək çaxacağı, arabir yağış, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Axşam yağıntı tədricən kəsiləcək. Arabir duman müşahidə ediləcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 0-4°, gündüz 5-10° isti olacağı gözlənilir.Gəncə şəhərinin, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Axşam yağıntı tədricən kəsiləcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-9°, gündüz 14-19° isti olacağı proqnozlaşdırılır.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında şimşək çaxacağı, arabir yağış, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman müşahidə ediləcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 2-6°, gündüz 11-16° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 2-6° isti olacağı bildirilir.Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 7-9°, gündüz 10-14° isti olacağı ehtimal edilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 7-9°, gündüz 10-14° isti, dağlarda gecə 0-3°, gündüz 4-7° isti olacağı ehtimalı var.xeber100.com

Aprel 19, 2019 2:06

Hava əsasən dəyişkən buludlu və yağmursuz keçəcək

Ölkə ərazisində aprelin 13-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava əsasən dəyişkən buludlu və yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq, şimal küləyi əsəcək. Havanın temperaturu gecə 9-11° isti, gündüz 15-20° isti olacaq.Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 20-25° isti olacaq.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında əsasən yağmursuz hava şəraiti hökm sürəcək, gündüz bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 20-25° isti olacaq.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı, axşam bəzi yerlərdə şimşək çaxacağı və yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 17-22° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 13-18° isti olacağı proqnozlaşdırılır.Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.Havanın temperaturu gecə 8-13° isti, gündüz 20-25° isti olacaq.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında bəzi yerlərdə yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Səhər saatlarında dağlarda duman olacağı, şərq küləyi əsəcəyi ehtimal edilir. Havanın temperaturu gecə 11-13° isti, gündüz 18-22° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-19° isti olacaq.xeber100.com

Aprel 12, 2019 1:29