Dekabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanda dekabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə havanın çiskinli olacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Arabir güclənən cənub-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 6-9°, gündüz 11-13° isti təşkil edəcək.Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində arabir yağış, dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, dağlıq ərazilərdə 6-8° şaxta, gündüz 6-11° isti olacağı proqnozlaşdırılır.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin, axşama doğru yağıntılı olacağı, qar yağacağı ehtimal olunur. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti təşkil edəcəyi bildirilir.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 2-6° isti, gündüz 8-13° isti olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında səhər duman, çiskin olacağı, axşama doğru yağış, dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 1-5° isti, gündüz 5-10° isti, dağlarda gecə 2-6° şaxta, gündüz 0-2° isti təşkil edəcək.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında səhər bəzi yerlərdə duman, çiskin gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturu gecə 2-6° isti, gündüz 9-14° isti təşkil edəcək.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Dağlarda duman gözlənilir. Şimal-şərq küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 6-8° isti, gündüz 9-13° isti, dağlarda gecə 3-5° isti, gündüz 5-8° isti olacağı proqnozlaşdırılır.xeber100.com  

Dekabr 11, 2018 2:38

Ölkə ərazisində hava proqnozu açıqlanıb

Azərbaycanda dekabrın 11-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman müşahidə ediləcək. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9°, gündüz 11-14° isti, Bakıda gecə 7-9°, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 762 millimetr civə sütunundan 758 millimetr civə sütununa enəcək, nisbi rütubət 60-70 faiz təşkil edəcək.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, dekabrın 11-12-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 4-8°, gündüz 9-14° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-8° isti olacağı bildirilir.Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, dağlıq ərazilərdə 5-7° şaxta, gündüz 9-14° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-8° isti təşkil edəcəyi ehtimalı var.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturunun gecə 3-7°, gündüz 9-13° isti olacağı proqnozlaşdırılır.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman müşahidə ediləcəyi, havanın çiskinli olacağı gözlənilir. Havanın temperaturunun gecə 2-6°, gündüz 7-11° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2-5° isti təşkil edəcəyi bildirilir.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Havanın temperaturunun gecə 4-8° isti, gündüz 9-14° isti olacağı ehtimal edilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Temperaturun gecə 7-9° isti, gündüz 10-14° isti, dağlarda gecə 1-3° isti, gündüz 7-10° isti olacağı bildirilir.Respublikanın bölgələrində qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.xeber100.com

Dekabr 10, 2018 2:45

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatı

Azərbaycanda dekabrın 10-na gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 6-8°, gündüz 9-12° isti təşkil edəcək.Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi gündüz arabir güclənəcək. Temperaturun gecə 0-5° isti, dağlıq ərazilərdə 3-5° şaxta, gündüz 7-12° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-8° isti olacağı ehtimalı var.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperaturun gecə 2-7° isti, gündüz 8-13° isti olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava, əsasən, yağmursuz olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı, çiskinli yağış yağacağı gözlənilir. Cənub-qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperaturun gecə 0-5° isti, gündüz 6-11° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 0-5° isti olacağı ehtimal edilir.Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 4-8° isti, gündüz 9-14° isti təşkil edəcəyi gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 10-13° isti, dağlarda gecə 1-5° isti, gündüz 7-10° isti olacağı ehtimal edilir.xeber100.com

Dekabr 9, 2018 9:14

Dekabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanda dekabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 7-9°, gündüz 9-11° isti təşkil edəcək.Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman müşahidə olunacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5° isti, dağlıq ərazilərdə 4-6° şaxta, gündüz 6-11° isti olacağı proqnozlaşdırılır.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında arabir yağış, bəzi yerlərdə isə qar yağacağı, duman olacağı gözlənilir. Gündüz əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti təşkil edəcəyi bildirilir.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-7° isti, gündüz 8-11° isti təşkil edəcəyi bildirilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Səhər zəif duman gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 6-10° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 0-5° isti olacaq.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Səhər ayrı-ayrı yerlərdə duman müşahidə olunacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-7° isti, gündüz 8-13° isti olacağı ehtimal edilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış yağacağı gözlənilir. Dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 9-11° isti, dağlarda gecə 2-5° isti, gündüz 5-9° isti təşkil edəcək.xeber100.com

Dekabr 7, 2018 4:33

Ölkə ərazisində hava proqnozu açıqlanıb

Azərbaycanda dekabrın 7-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir çiskinli yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 7-9°, gündüz 10-12° isti təşkil edəcək.Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə zəif duman müşahidə olunacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° isti, dağlıq ərazilərdə 3-5° şaxta, gündüz 6-11° isti olacağı bildirilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında gecə və səhər bəzi yerlərdə havanın yağıntılı olacağı, qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-8° isti təşkil edəcəyi proqnozlaşdırılır.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarının bəzi yerlərində çiskinli yağış yağacağı, duman olacağı, havanın gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-12° isti təşkil edəcək.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşam isə ayrı-ayrı şərq rayonlarında yağış yağacağı gözlənilir. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° isti, gündüz 5-10° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı bildirilir.Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarının bəzi yerlərində yağış yağacağı gözlənilir. Gecə ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman müşahidə olunacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 9-13° isti təşkil edəcək.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Dağlarda duman olacaq. Şərq küləyi gecə və səhər arabir güclənəcək. Havanın temperaturunun gecə 7-9° isti, gündüz 10-12° isti, dağlarda gecə 1-5° isti, gündüz 7-10° isti olacağı gözlənilir.Tibbi-meteoroloji proqnoza əsasən dekabrın 07-08-də Abşeron yarımadasında mülayim xəzri küləyinin əsməsi bəzi meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, rütubətli hava şəraiti narahatlıq hissi yarada bilər.xeber100.com

Dekabr 6, 2018 1:23

Milli Hidrometeorologiya Departamentinin məlumatı

Azərbaycanda dekabrın 6-na gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Cənub küləyi gündüz şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 6-9°, gündüz 11-14° isti olacağı proqnozlaşdırılır.Naxçıvan Muxtar Respublikasında arabir yağış yağacağı gözlənilir. Yağıntının bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman müşahidə olunacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, dağlıq ərazilərdə 5-7° şaxta, gündüz 7-12° isti təşkil edəcək.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarının bəzi yerlərində gecə və səhər duman, çiskin, gecəyə doğru isə yağıntılı olacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-8° isti təşkil edəcək.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın əsasən yağmursuz olacağı proqnozlaşdırılır. Lakin gecəyə doğru yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3-6° isti, gündüz 10-14° isti təşkil edəcəyi bildirilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində gecə və səhər duman, çiskin olacağı, gecəyə doğru isə yağış yağacağı ehtimal olunur. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti təşkil edəcək.Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 10-14° isti olacaq.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən səhər və axşam yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 10-13° isti, dağlarda gecə 1-6° isti, gündüz 7-10° isti təşkil edəcək.Tibbi-meteoroloji proqnoza əsasən dekabrın 06-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.Sinoptikaların xəbərdarlığına əsasən dekabrın 7-dən birinci ongünlüyün sonunadək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.xeber100.com

Dekabr 5, 2018 1:11

Dekabrın 5-nə gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanda dekabrın 5-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 6-8°, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək-765 millimetr civə sütunundan 758 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-7 °, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 4-7° isti olacağı proqnozlaşdırılır.Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14° isti olacağı bildirilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında arabir yağış, bəzi yerlərdə qar yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 4-7° isti olacağı proqnozlaşdırılır.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturu gecə 5-7°, gündüz 8-12° isti olacaq.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturunun gecə 1-5°, gündüz 7-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-5° isti olacağı gözlənilir.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturunun gecə 5-7°, gündüz 8-13° isti olacağı bildirilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Dağlarda duman olacaq. Havanın temperaturunun gecə 6-8°, gündüz 8-13° isti, dağlarda gecə 2-4°, gündüz 5-7° isti olacağı bildirilir.Respublikanın bölgələrində şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.xeber100.com

Dekabr 4, 2018 12:50

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağıntının intensiv olacağı ehtimalı var.Şimal-şərq küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 7-9°, gündüz 11-13° isti təşkil edəcək.Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman müşahidə olunacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5° isti, dağlıq ərazilərdə 3-5° şaxta, gündüz 9-14° isti təşkil edəcəyi proqnozlaşdırılır.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və axşam bəzi yerlərdə duman, çiskin gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti təşkil edəcək.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarının bəzi yerlərində çiskinli yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi bildirilir. Səhər ayrı-ayrı yerlərdə duman müşahidə olunacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 10-15° isti təşkil edəcək.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə duman gözlənilir. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 1-6° isti, gündüz 7-12° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 1-6° isti təşkil edəcək.Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, gündüz yağışda fasilə olacağı bildirilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-9° isti, gündüz 10-15° isti təşkil edəcəyi bildirilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-10° isti, gündüz 11-14° isti, dağlarda gecə 0-5° isti, gündüz 6-10° isti olacağı proqnozlaşdırılır.Tibbi-meteoroloji proqnoza əsasən dekabrın 04-05-də Abşeron yarımadasında rütubətli hava şəraitinin üstünlüyü bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.xeber100.com

Dekabr 3, 2018 12:37