II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib.Azərtac xəbər verir ki, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda ümumilikdə 66 binada aparılacaq. İmtahanların idarə edilməsinə 237 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2 min 637 nəzarətçi-müəllim cəlb olunacaq.Bütün regionlarda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilib. İmtahanda 35 min 433 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 18 min 681-i II qrup üzrə, 16 min 752-si III qrup üzrə imtahan verəcək.Abituriyentlərdən 32 min 89-u Azərbaycan bölməsinin (II qrup üzrə 16 min 612, III qrup üzrə 15 min 477 nəfər), 3 min 344-ü rus bölməsinin (II qrup üzrə 2 min 69, III qrup üzrə 1275 nəfər) məzunudur. 177 abituriyent xarici ölkələrin vətəndaşıdır.İmtahan bütün binalarda eyni vaxtda – saat 11.00-da başlanacaq və 3 saat davam edəcək.İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizası aparılacaq. Həmin gün “Space” telekanalında canlı yayımlanan “Abituriyent” verilişində DİM-in məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. Düzgün cavablar DİM-in internet saytında və “Facebook” səhifəsində də yerləşdiriləcək.Abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri imtahandan 3-4 gün sonra DİM-in internet saytında yerləşdiriləcək.xeber100.com

Aprel 30, 2017 1:05

Memarlıq və İnşaat Universitetinin məlumatı

Memarlıq və İnşaat Universitetində “Embawood” şirkətinin bu ali məktəbin memarlıq, inşaat, inşaat texnologiya fakültələri üçün nəzərdə tutulmuş taxta emalatxanasının açılışı olub.AzMİU-dan Azərtac-a bildiriblər ki, universitetin rektoru G.Məmmədova və şirkətin təsisçisi E.Abbasov emalatxana ilə tanış olublar. Rektor “Embawood” şirkətinin universitetdə emalatxana açmasını yüksək dəyərləndirib, şirkətin rəhbərliyinə təşəkkürünü bildirib. O deyib ki, yüksək potensiala malik kadrların yetişdirilməsi, gələcək mütəxəssislərin ixtisas biliklərinin artırılmasında bu emalatxana əvəzsiz rol oynayacaq.E.Abbasov universitetdə hazırlanan kadrlara ehtiyac olduğunu bildirib, onların mütəxəssis kimi yetişməsi üçün lazımi şəraitin yaradılmasının vacibliyini vurğulayıb.O deyib ki, peşəkar kadrların hazırlanması üçün onların istehsalatla əlaqələri qurulmalıdır. Bu gün açdığımız emalatxana tələbələrin mütəxəssis kimi yetişməsinə kömək edəcək. İstəyirik ki, AzMİU-da hazırlanan mütəxəssislər bacarıqlı, işgüzar olsunlar, iş prosesini yaxşı bilsinlər.Qeyd edək ki, AzMİU ilə “Embawood” şirkəti arasında 2015-ci ildə imzalanan memorandumla əməkdaşlığın təməli qoyulub. Memoranduma əsasən, bu əməkdaşlığın irimiqyaslı layihələrlə davam etdirilməsi nəzərdə tutulub. Universitetdə emalatxananın açılması həmin layihələrdən biridir.xeber100.com

Aprel 26, 2017 2:48