IX Respublika Olimpiadasının növbəti turu keçirilib

Şirvan şəhər E.B.İmanov adına 10 nömrəli məktəbdə rus dili və ədəbiyyatı fənni üzrə IX Respublika Olimpiadasının növbəti turu keçirilib.Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzindən Azərtac-a bildirilib ki, olimpiada Rusiyanın Azərbaycandakı səfirliyi, "Rossotrudniçestvo" Agentliyinin ölkəmizdəki nümayəndəliyi, Təhsil Nazirliyi və Azərbaycanın Rusdilli Tədris Müəssisələrinin Müəllimləri Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilib.Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Elmira Ağayeva və Şirvan Şəhər Təhsil Şöbəsinin müdiri Rövşən Allahverdiyev olimpiada iştirakçılarını salamlayıblar.Vladimir Doroxin deyib: “Azərbaycan məktəblərində çox güclü rusdilli sektorlar var, Azərbaycanın ali məktəbində də bu cür sektor var. Bu, yaxşıdır, bu, ölkənin və bizim münasibətlərimizin rifahı naminədir. Rusiyada bunu bilir, görür və qiymətləndirirlər”.Olimpiadada Şirvan şəhərindən, Sabirabad, Saatlı, Hacıqabul və İmişli rayonlarından məktəblilər iştirak ediblər.Regional turun sonunda “Rossotrudniçestvo” Agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov Şirvan şəhər, Sabirabad, Saatlı, Hacıqabul və İmişli rayon icra hakimiyyətlərinə olimpiadanın keçirilməsini dəstəklədiklərinə görə təşəkkürünü bildirib. O, Şirvan şəhər 10 nömrəli məktəbə rus dili və ədəbiyyatı fənni üzrə dərsliklər verib.Olimpiadanın növbəti turları aprelin 7-8-də İsmayıllı və Şamaxı şəhərlərində keçiriləcək.xeber100.com

Mart 23, 2017 6:33

İlk elektron sınaq imtahanının vaxtı açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün aprel-may aylarında keçiriləcək birinci qəbul imtahanlarında iştirak edən abituriyentləri nəzərə alaraq I-IV ixtisas qrupları üzrə elektron sınaq imtahanları keçirir.DİM-dən Azərtac-a bildirilib ki, ilk elektron sınaq imtahanında iştirak üçün abituriyentlər martın 21-dən 25-dək Dövlət İmtahan Mərkəzinin imtahan.az saytına daxil olub qeydiyyatdan keçməlidirlər. Elektron sınaq imtahanı martın 25 və 26-da əvvəlcədən təyin edilmiş saatlarda keçiriləcək. Abituriyentlər qeydiyyat zamanı seçdikləri tarix və saatda imtahan.az saytına daxil olub imtahan verməlidirlər. İmtahan müddəti 3 saatdır.Birinci elektron sınaq imtahanında iştirak ödənişsizdir və bu imtahanda “Abituriyent” jurnalının 1 saylı buraxılışında qəbul imtahanı fənləri üzrə tərtib edilmiş model test tapşırığı nümunələrindən istifadə olunacaq. Bu imtahanda iştirak etməklə abituriyentlər elektron sınaq imtahanı texnologiyasını mənimsəyəcək və növbəti elektron sınaq imtahanlarında çətinlik çəkməyəcəklər.Növbəti elektron sınaq imtahanlarının 1 və 2 aprel tarixlərində keçirilməsi nəzərdə tutulur. Bu imtahanlarda yeni test tapşırığı nümunələrindən istifadə olunacaq və iştirak ödənişlidir (10 manat). Ödəniş etmək qaydaları ilə saytda tanış olmaq mümkündür. Ödənişli elektron sınaq imtahanlarında iştirak etmək üçün qeydiyyat martın 27-dən 31-dək aparılacaq.Abituriyentlər elektron sınaq imtahanı xidmətindən smart tipli mobil telefon və ya planşet vasitəsilə də istifadə edə bilərlər.Xatırladaq ki, I-IV ixtisas qrupları üzrə ənənəvi kağız üzərində keçirilən sınaq imtahanları 27 may və 11 iyun tarixlərində keçiriləcək.xeber100.com

Mart 21, 2017 1:59