Şəxsi sayt və ya rəqəmsal nüfuzu yaratmaq şansı

Əgər bu məsələ ilə bağlı maraqlanıbsızsa, mütləqdir ki, sayt açmaq və ya bloq açmağınız üçün sizə bir çox səbəb sıralayan onlarla məqalə ilə qarşılaşıbsız. Bir-birini təkrarlayan və məsələnin əsas məğzinə toxunmayan yazıların sizi yorduğunu bilirik. Biz isə sizə şəxsi veb saytlarınızı açmağınız üçün bir neçə fərqli səbəbləri sıralamaq istəyirik: Əvvəlcə bunu qeyd etmək istəyirəm: adınıza bir bloq açaraq ətrafınızı genişlədə, pul qazana, yazı bacarığınızı inkişaf etdirə və səsinizi insanlara çatdıra bilərsiz. Bunların çox sıxıcı səbəblər olduğunu bilirəm.Buna görə də sizi mövzunun əsl mərkəzinə dəvət edirəm...!Şəxsi saytınızı açmağınızın tək səbəbi rəqəmsal etibarınızdır. Yazı yazma bacarığınızı gündəlik tutaraq da qazana bilər, ətraf genişləndirmək üçün evinizdən çölə çıxa bilər,  səsinizi insanlara çatdırmaq üçün isə bir mikrofondan istifadə edə bilərsiz. Amma rəqəmsal nüfuzunuzu yaratmaq və qorumaq üçün bunların heç biri işə yaramaz. Əgər etibarınız sizin üçün önəmlidirsə şəxsi veb sayt açmaq birinci addım olmalıdır. Özünüzü istədiyiniz kimi tanıda bilmək şansı: Bu bir gerçəklikdir ki, yeni tanıdığımız və ya daha yaxşı, ətraflı tanımaq istədiyimiz insanlar haqqında məlumat toplamaq üçün internetdən istifadə edirik. Əgər axtarılan şəxs sizsinizsə və şəxsi saytınız yoxdursa sizi axtaran şəxs internetdən və ya sosial şəbəkələrdən düzgün olmayan məlumatlar əldə edə bilərlər.Əgər şəxsi bir saytınız olarsa və orada özünüz üçün “haqqında” bölməsi açmış olarsızsa rəqəmsal etibarınızı həm qurmuş, həm də qorumuş olacaqsınız. Sosial şəbəkələrə güvənməyin:  “Facebook”, “Twitter”, “YouTube” və başqa sosial şəbəkələrə güvənməyin. O hesabların sizi nə qədər düzgün tanıdacağını keçdim, adı çəkilən heç bir şəbəkənin sonsuzacan var olma və sizi daşıma kimi bir qarantiyası yoxdur. Yəni sabah “İnstagram” bağlanarsa o zaman sizin tək followlarınız yox olmayacaq, həmçinin şəxsi qeyd etdiyiniz foto və videolarınız da yox olacaq. Şəxsi bir veb sayt isə, hosting və domeinin xidmət haqqısını ödədiyiniz müddətcə həyatda qalır. Blog hesabları isə, fikrimcə, sosial şəbəkə hesablarından daha güvəniləndir. Professionallığınızı sübut etmək üçün: Hər kəs bir sahə üzrə professionaldır və ya olmağa çalışır. İnsanlar iki yerə bölünür: professionallığı qəbul edənlər və professional olduğunu iddia edənlər. Proffessional olduğunu iddia edən, amma bu barədə ortaya faydalı bir iş qoya bilməyən insanlar arasında olmaq istəmirsizsə şəxsi bir saytınızın olması vacibdir. Bununla siz özünüzə məxsus bir sahədə addımlayaraq və özünüzü təsdiq etmək üçün özünüzü və işinizi tanıtmaq üçün professionallığınızı təsdiq edə bilərsiz. Həyat çox çətindir və o bizdən hər zaman “konkret” olan nəsə gözləyir...! Sonsuzacan faktları əlinizdə saxlamaq: İnternet yaxşı və ya pis niyyətli, şüurlu və ya şüursuz yüzlərlə, minlərlə trollarla əhatə olunub. Ağzı olan dayanmadan danışır və siz bu ağızları torba kimi büzməyi əminəm ki, özünüzə yaraşdırmarsınız. Amma nə olursa olsun haqsız olan tənqdiqlərə və ya təhqirlərə cavab verməlisiniz. Əminəm ki, “İnstagram” və ya “Facebook” bu məsələdə sizə daha faydalı görsənəcək.  Amma bayaq da qeyd etdiyim kimi, bu cür sosial şəbəkələr sonsuzacan qalmayacaq. Şəxsi veb saytınızda isə yazdığınız hər bir hərf, cümlə və ya yazı qalacaq. Hər bir şəxsin yazdığı bütün rəyləri siz özünüzdə sonsuzacan saxlaya biləcəksiz. Şəxsi marka: Şəxsi markanızı yaratmaq heç bir vaxt bugünkü kimi asan olmayıb. Professionallığınızı sübut etmək və ya internet axtarışlarında başda çıxmaqdan əlavə, şəxsi veb saytınız ilə offline və onlayn məkanlarda qurduğunuz şəxsi markanızı dəstəkləyəcək və etibarınızın sixemini qurmuş olarsız. Marka olmaq artıq böyüdüləcək bir məsələ deyil.  Fərqində olmadan hər birimiz rəqəmsal kimliklərimiz ilə şəxsi marka olmaq cəhdini edirik və hər kəs bu vəziyyətdən bir cür payını alır. Şəxsi veb saytınız ilə əslində hər şeydən əvvəl şəxsi markanızı yaradacaqsınız.Əgər siz Blogging xidmətlərindən birini istifadə etmək istəyirsizsə “WordPress”, “Blogger” və ya“Tumblr”a müraciət edə bilərsiz. Əgər domein və hosting açaraq şəxsi saytınızı açmaq istəyirsinizsə, o zaman internetdə hosting yazıb axtarışa verməyiniz kifayətdir.

Fevral 7, 2018 12:11