“Çelsi” klubu Avropa Liqasının 1/8 final mərhələsində

8 Mart 2019 17:24

Xəbər 28 dəfə oxunub

İngiltərənin “Çelsi” futbol klubu Avropa Liqasının 1/8 final mərhələsində öz meydanında Ukraynanın “Dinamo” komandasına qalib gəlib.Trend-in məlumatına görə, matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda hesab 17-ci dəqiqədə açılıb, Pedro Rodriges fərqlənib. İkinci hissənin 65-ci dəqiqəsində Villian hesabda fərqi artırıb – 2:0. Oyunun sonuncu dəqiqəsində isə Odoi son qolu vurub.Qeyd edək ki, bu oyunla paralel keçirilən “Napoli” ilə Avstiyanın “Zalzburq” klubları arasındakı oyun italyanların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.Cavab oyunları martın 14-də keçiriləcək.xeber100.com

Reklam

“Formula 1” yarışı 26-28 aprel tarixlərində baş tutacaq

Bakıda növbəti "Formula 1" yarışı 26-28 aprel tarixlərində baş tutacaq.Milli.az-a Bakı Şəhər Haqlasından verilən məlumata görə, bununla bağlı Azərbaycan Qran Prisinin təşkilatçısı Bakı Şəhər Halqası paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən həyata keçirir.Bu işlərin davamı olaraq Puşkin küçəsinin Üzeyir Hacibəyov və Xaqani küçələrinin kəsişmələri arasında olan yol mart ayının 22-dən 26-dək və həmin küçənin Üzeyir Hacibəyov və Neftçilər küçələrinin kəsişmələri arasında yol hissəsi 27 mart - 8 aprel tarixlərində asfalt örtüyünün təmirinə bağlanacaq. Bu ərəfələrdə nəqliyyatın hərəkəti tamamilə dayandırılacaq, lakin Hökümət Evinin qarşısındakı yeraltı avtomobil dayanacağının çıxışı açıq olacaq.Bundan əlavə, aşağıda göstərilən zonalarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq: - Neftçilər prospektinin Rəşid Behbudov və Tərlan Əliyarbəyov küçələrinin kəsişmələri arasındakı yol hissəsi mart ayının 22-dən 26-dək qismən bağlanacaq, - Bül-bül prospektinin Xaqani və Zərifə Əliyeva küçələrinin kəsişmələri arasındakı yol hissəsi 27 mart - 8 aprel tarixlərində qismən bağlanacaq. - Xaqani küçəsinin Puşkin küçəsi və Bül-bül prospekti ilə kəsişmələri arasında yol hissəsi aprel ayının 1-dən 8-dək qismən bağlanacaq.Göstərilən iş qrafikində hava şəraitindən asılı olaraq dəyişikliklər ola bilər.xeber100.com

Mart 21, 2019 13:27