Çexiya parlamenti etimadsızlıq məsələsinə dair iclas keçirəcək

20 Noyabr 2018 13:36

Xəbər 130 dəfə oxunub

Noyabrın 23-də səhər saat 9-da Çexiya parlamentinin aşağı palatasında sosial-demokratların və ANO partiyasının koalisiyalı hökumətinə etimadsızlıq bildirilməsi məsələsinə dair iclas keçiriləcək.Azərtac xəbər verir ki, Avropa İttifaqından ayrılan subsidiyalardan sui-istifadə halları ilə bağlı qalmaqallı “Leylək yuvası” işində yeni faktlar aşkar ediləndən sonra müxalifətçi deputatlar parlamentin növbədənkənar iclasının çağırılmasını tələb ediblər. İlk növbədə indiki hökumət başçısı Andrey Babişə və onun iki övladına qarşı ittihamlar irəli sürülür.Hökumətə etimadsızlıq bildirilməsi üçün parlamentin 200 deputatından 101 nəfərin bu təklifə səs verməsi zəruridir. Eyni zamanda nəzərə almaq lazımdır ki, müxalifətin parlamentdə cəmi 92-i səsi var. Buna görə də müxalifət hakim koalisiyadan azı 9 deputatı öz tərəfinə cəlb etməlidir. Lakin bu günə qədər ANO fraksiyasının heç bir üzvü baş nazirə etimadsızlıq göstərmək niyyətində olduğunu bəyan etməyib.xeber100.com

Reklam

London Aİ vətəndaşlarına viza rejimi tətbiq edəcək

Brexitin sazişsiz baş verəcəyi təqdirdə London ölkə ərazisində üç aydan artıq qalmaq istəyən Avropa İttifaqı vətəndaşları üçün viza rejimi tətbiq edəcək.Interfax informasiya agentliyi xəbər verir ki, bunu Britaniyanın daxili işlər naziri Sacid Cavid deyib.“Biz Böyük Britaniyanın biznes üçün açıq qalmasının təmin olunması üçün praktiki yanaşma tətbiq etməli və qanun pozuntularını minimuma endirməliyik. Bu səbəbdən keçid mexanizmlərinin vaxtına məhdudiyyətlər tətbiq edəcəyik və martın 29-dan sonra Avropa İttifaqı vətəndaşlarına müvəqqəti yaşama izni verəcəyik”, - deyə nazir bildirib. Onun sözlərinə görə, belə düzəlişlər Böyük Britaniyaya son on illər ərzində ilk dəfə olaraq sərhədə tam nəzarət etmək imkanı verəcək.Sərt Brexitin baş verəcəyi təqdirdə martın 29-dan sonra Böyük Britaniyaya gələn və ölkə ərazisində 3 aydan çox qalmaq niyyətində olan Avropa İttifaqı dövlətlərinin vətəndaşlarına müvəqqəti yaşama izni veriləcək. Həmin status üç il müddətinə tətbiq olunacaq, lakin bunun üçün rüsum ödənilməli və müəyyən prosedurlar həyata keçirilməlidir.Britaniya hökuməti də ölkənin Avropa İttifaqını sazişsiz tərk etməsinə hazırlığı davam etdirir. Bu məqsədlə Cəbəllütariq, Kipr və Folklend adalarında yerləşən xarici hərbi bazalarına və ölkə ərazisində yerləşən hərbi anbarlara ərzaq məhsulları, yanacaq, ehtiyat hissələri və hərbi sursat ehtiyatı toplanılır. Müdafiə Nazirliyi indiyədək bu məqsədlə 23 milyon funt sterlinq xərcləyib.xeber100.com

Yanvar 29, 2019 12:38