Çexiyanın Maliyyə Nazirliyinin proqnozlarına görə…

26 Noyabr 2018 11:19

Xəbər 172 dəfə oxunub

Çexiyanın Maliyyə Nazirliyinin proqnozlarına görə, gələn il çex iqtisadiyyatının avrozona ölkələri səviyyəsində 85 faizə çatması ilə əlamətdar olacaq.Azərtac xəbər verir ki, ölkənin ötən il üçün göstəricisi 83 faiz olub, cari ildə isə 84 faiz həddinə çatmaq nəzərdə tutulur. Əgər artım tempi qorunub saxlanılarsa, 2019-cu ildə Çexiya bu göstəriciyə bir faiz də əlavə edə bilər.Bundan başqa, ölkədə qiymətlərin səviyyəsi də artır. 2017-ci ildə ölkənin orta göstəriciləri avrozona səviyyəsinin 66 faizini təşkil edib, 2019-cu ildə isə bu rəqəmin 71 faizə çatacağı gözlənilir.xeber100.com

Meksika Prezidenti Milli İnkişaf Planını elan edib

Meksika Prezidenti Andres Manuel Lopes Obrador bu həftə yeni Milli İnkişaf Planını elan edib. Bu sənəddə narkotikləri leqallaşdırmağa çağırış da öz əksini tapıb. Planda, həmçinin qeyd edilir ki, Meksika narkotiklər haqqında milli qanunvericilikdə islahatlar aparmağı və Birləşmiş Ştatlarda da analoji qanunlar qəbul edilməsi barədə danışıqlar aparmağı nəzərdə tutur.Azərtac xəbər verir ki, Obradorun planına əsasən qeyri-qanuni narkotiklər leqallaşdırılacaq və onlara qarşı mübarizəyə sərf edilən vəsaitlər müalicə proqramlarının maliyyələşdirilməsinə yönəldiləcək. Prezident bildirib ki, narkotiklərə qarşı illər boyu aparılan beynəlxalq müharibə böyük faciələrə və neçə-neçə insanın həyatının itirilməsinə səbəb olub və müsbət nəticə verməyib. Obrador bu sahədə yeni strategiya qəbul edilməsi barədə dünya birliyi ilə, o cümlədən ABŞ ilə danışıqlar aparmağa çağırıb. Onun fikrincə, bu problemin həllinin yeganə real yolu narkotiklərin dekriminallaşdırılmasıdır.“Narkosiyasət üzrə beynəlxalq konsorsium”un keçən il dərc edilmiş hesabatında narkotiklərə qarşı mübarizə ilə bağlı zorakılığın qlobal miqyasda artması qeyd olunur. Sənəddə, həmçinin bildirilir ki, hazırda dünyadakı bütün məhbusların orta hesabla beş nəfərindən biri narkotiklərlə bağlı cinayətlər üzündən dəmir barmaqlıqlar arxasına düşüb. ABŞ-da bir neçə ştat, o cümlədən paytaxt Vaşinqtonun yerləşdiyi Kolumbiya dairəsi rekreasiya marixuananı leqallaşdırıb. Buna baxmayaraq, federal hökumət marixuananı hələ də qadağan olunmuş narkotik kimi təsnif edir.xeber100.com

May 13, 2019 15:23