“Challenges” jurnalı 500 ən varlı ailənin siyahısını açıqlayıb

5 Mart 2019 13:42

Xəbər 107 dəfə oxunub

Fransanın həftəlik “Challenges” jurnalı 2018-ci il üçün ölkənin 500 ən varlı ailəsinin siyahısını açıqlayıb.Azərtac xəbər verir ki, jurnalın təqdimatında Bernard Arnault və ailəsinə məxsus Louis Vuitton Moet Henessy (LVMH) lüks markası 73 200 milyard avro ilə birinci, “Chanel”, “Eres”, “Bourgeois” markaları və bir çox qəsrlərin sahibi Alən və Jerar Vertemer və ailələri 40 milyard avro ilə ikinci pillədə durub.“Hermes” markası ilə Aksel Dumas və ailəsi 39 600 milyard avro ilə üçüncü yerdədir. Həmçinin “OREAL” qrupu 39 300 milyard avro ilə dördüncü, “Auchan” qrupu 30 500 milyard avro ilə beşinci, “Kering” qrupu 38 000 milyard avro ilə altıncı, “Marcel Dassault” sənaye qrupu 23 800 milyard avro ilə yeddinci, “Kastel” qardaşları qrupu 12 500 milyard avro ilə səkkizinci, “Laktalis” aqroərzaq qrupu 12 000 milyard avro ilə doqquzuncu və “PERENKO” enerji kampaniyası 8 500 milyard avro ilə onuncu yerdə göstərilib.xeber100.com

Reklam

Meksika Prezidenti Milli İnkişaf Planını elan edib

Meksika Prezidenti Andres Manuel Lopes Obrador bu həftə yeni Milli İnkişaf Planını elan edib. Bu sənəddə narkotikləri leqallaşdırmağa çağırış da öz əksini tapıb. Planda, həmçinin qeyd edilir ki, Meksika narkotiklər haqqında milli qanunvericilikdə islahatlar aparmağı və Birləşmiş Ştatlarda da analoji qanunlar qəbul edilməsi barədə danışıqlar aparmağı nəzərdə tutur.Azərtac xəbər verir ki, Obradorun planına əsasən qeyri-qanuni narkotiklər leqallaşdırılacaq və onlara qarşı mübarizəyə sərf edilən vəsaitlər müalicə proqramlarının maliyyələşdirilməsinə yönəldiləcək. Prezident bildirib ki, narkotiklərə qarşı illər boyu aparılan beynəlxalq müharibə böyük faciələrə və neçə-neçə insanın həyatının itirilməsinə səbəb olub və müsbət nəticə verməyib. Obrador bu sahədə yeni strategiya qəbul edilməsi barədə dünya birliyi ilə, o cümlədən ABŞ ilə danışıqlar aparmağa çağırıb. Onun fikrincə, bu problemin həllinin yeganə real yolu narkotiklərin dekriminallaşdırılmasıdır.“Narkosiyasət üzrə beynəlxalq konsorsium”un keçən il dərc edilmiş hesabatında narkotiklərə qarşı mübarizə ilə bağlı zorakılığın qlobal miqyasda artması qeyd olunur. Sənəddə, həmçinin bildirilir ki, hazırda dünyadakı bütün məhbusların orta hesabla beş nəfərindən biri narkotiklərlə bağlı cinayətlər üzündən dəmir barmaqlıqlar arxasına düşüb. ABŞ-da bir neçə ştat, o cümlədən paytaxt Vaşinqtonun yerləşdiyi Kolumbiya dairəsi rekreasiya marixuananı leqallaşdırıb. Buna baxmayaraq, federal hökumət marixuananı hələ də qadağan olunmuş narkotik kimi təsnif edir.xeber100.com

May 13, 2019 15:23