COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti…

15 Aprel 2018 15:24

Xəbər 89 dəfə oxunub

Amerika fond bazarında “Dow Jones” indeksi 0,50% – 24 360,14 bəndədək, “S&P 500″ 0,29% – 2 656,30 bəndədək, NASDAQ isə 0,47% – 7 106,65 bəndədək ucuzlaşıb.”Apa-Economics” xəbər verir ki, Avropa fond bazarlarında “FTSE 100” indeksi 0,09% – 7 264,56 bəndədək, Almaniya DAX-ı 0,22% – 12 442,40 bəndədək, Fransa CAC-40-ı 0,11% – 5 315,02 bəndədək bahalaşıb.COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 6,70 dollar bahalaşaraq 1 348,60 dollara, gümüşün unsiyasının qiyməti 0,17 dollar artaraq 16,65 dollara satılıb.xeber100.com

Reklam

“Caspian Energy Forum Baku-2018” işə başlayıb

Sentyabrın 20-də Bakıda VII Beynəlxalq “Caspian Energy Forum Baku-2018” işə başlayıb.Azərtac xəbər verir ki, forumda çıxış edən “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev forumun Azərbaycan hökuməti və “Caspian European Club”un dəstəyi ilə keçirildiyini deyib.Bildirib ki, “Caspian Energy Forum Baku-2018”də 70 ölkədən olmaqla sıralarında Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət qurumlarının, nazirliklərinin, dövlət komitələrinin, dövlət agentliklərinin, dövlət xidmətlərinin rəhbərlərinin, həmçinin dövlət və transmilli şirkətlərin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərin, investisiya şirkətlərinin və reytinq agentliklərinin başçılarının, həmçinin Azərbaycanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələrinin yer aldığı 1500-dən çox nümayəndə iştirak edir.Energetika naziri Pərviz Şahbazov isə bildirib ki, forum siyasi və iqtisadi əməkdaşlığa öz töhfəsini verir. Builki forum əlamətdar günə - "Əsrin müqaviləsi"nin imzalanmasının ildönümünə təsadüf edir. “Caspian Energy Forum Baku” Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin müxtəlif qurumları və şirkətlərinin nümayəndələrinin bir araya toplaşdığı və yeni əməkdaşlığın qurulması üçün əlverişli platformadır.Nazir 24 il öncə imzalanan "Əsrin müqaviləsi"nin əhəmiyyətindən, ölkəmizə qazandırdığı və bundan sonra da qazandıracağı dividendlərdən danışıb: “Hazırda biz regionun, eləcə də Avrasiyanın enerji xəritəsini dəyişəcək "Cənub Qaz Dəhlizi" layihəsini həyata keçirir. Bu layihə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi, mənbələrin və marşrutların şaxələndirilməsi baxımından mühüm rol oynayır. Həmçinin Balkan ölkələrinin təbii qaza olan tələbatının böyük hissəsi ödənəcək. Bu boru kəmərləri zəncirinin əsas qaz mənbəyi "Şahdəniz" yatağıdır və gələcəkdə Xəzərin Azərbaycan sektorundakı digər yataqların resurslarında da istifadə edilə bilər".Sonra Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviçin “Caspian Energy Forum Baku-2018”in iştirakçılarına ünvanladığı videomüraciəti dinlənilib.xeber100.com

Sentyabr 20, 2018 14:07

“Trans-Adriatik” qaz boru kəmərinin inşası çərçivəsində

Azərbaycan təbii qazını Avropaya nəql edəcək “Trans-Adriatik” (TAP) qaz boru kəmərinin inşası çərçivəsində qarşıdakı aylarda İtaliyada mikrotunel üçün qazma işlərinə başlanması gözlənilir.Bu barədə Azərtac-a eksklüziv açıqlamasında boru kəmərinin operatoru olan TAP AG şirkətinin kommunikasiya rəhbəri Lisa Givert deyib.Lisa Givert deyib: “2015-ci ilin mayında İtaliyanın İqtisadiyyat Nazirliyi tərəfindən TAP-a verilən əsas icazə sənədi qanunidir və etibarlıdır. Bu sənəd üzrə digər ikinci dərəcəli icazələrin alınması üzrə işlər aparılır. TAP prosesdə iştirak edən bütün hakimiyyət orqanları və maraqlı tərəflərlə əməkdaşlığı davam etdirir”.“TAP-ın podratçısı “Saipem” şirkəti mikrotunel sahəsində işləyir. Giriş çalasının tikintisi yay mövsümündən əvvəl başa çatıb və ərazidə lazımi avadanlıqlar quraşdırılıb. Qarşıdakı aylarda mikrotunel üçün qazma işlərinə başlanması gözlənilir”, - deyə o əlavə edib.L.Givert bildirib ki, TAP ətraf mühitin qorunması üçün ən qabaqcıl texnologiyalardan istifadə edəcək, tikinti işləri başa çatdıqdan sonra bioloji müxtəliflik və landşaft bərpa olunacaq: “TAP məsuliyyətlə İtaliyada dünya səviyyəli bir layihəni həyata keçirmək niyyətindədir və layihə qrafik üzrə irəliləyir”.Qeyd edək ki, TAP layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla ümumilikdə 77 faizdən çoxu icra edilib. Boru kəmərinin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan ilkin layihəsi üzrə biri Yunanıstanda - Kipoidə, digəri isə Albaniyada - Fierdə olmaqla ümumilikdə 2 kompressor stansiyasının, eləcə də Albaniyanın şərqindəki Bilisht regionunun yaxınlığında ölçmə stansiyasının tikintisi aparılır.Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazı Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdıracaq. Layihə üzrə kapital xərcləri 4,5 milyard avrodur və iyul ayının sonuna TAP-a 3,1 milyard avro sərf olunub.Boru kəməri Avropanın üç ölkəsinin ərazisindən – Yunanıstan, Albaniya və İtaliyadan keçir. Boru kəmərinin uzunluğu 878 kilometr, diametri isə 48 düymdür. TAP boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçir. Avropaya ilk qazın verilməsi 2020-ci ilə planlaşdırılır.TAP boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Boru kəməri buradan Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. TAP burada “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub.TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).xeber100.com

Sentyabr 17, 2018 11:25

“VISA International” şirkəti yeni kampaniyaya start verdi

"AtaBank" ASC "VISA International" şirkəti ilə birgə "VİZA göstər, VISA al" kampaniyasına start verdi.Kampaniya çərçivəsində xarici ölkələrə səyahət etmək üçün viza almış müştərilər "AtaBank"dan pulsuz “VISA Classic”, “VISA Gold” plastik kartına sahib olmaq imkanı əldə edəcəklər. Bunun üçün sadəcə "AtaBank"ın baş ofisinə və ya istənilən filialına şəxsiyyət vəsiqəsi və xarici pasportla yaxınlaşaraq qüvvədə olan vizanı bank əməkdaşına göstərmək kifayətdir. Hədiyyə veriləcək plastik kartın növü müştərinin səyahət edəcəyi ölkədən və vizanın müddətindən asılıdır.“VISA Classic”, “VISA Gold” kartı müştərilərə yalnız ABŞ dolları və ya avro valyutasında açıla bilər.Kampaniya yalnız fiziki şəxslərə şamil olunur və ilin son iş günü dekabrın 28-i tarixinədək qüvvədə olacaq.VISA kartlarından dünyanın 200-dək ölkəsində istifadə etmək mümkündür. Bu kartlardan istifadə edərək müştərilər həm ölkə daxilində həm də ölkə xaricində POS-terminal vasitəsilə və ya online alış-veriş edə, "AtaBank"ın AtaNet İnternet və ya Mobil Bankçılıq əlavəsinə daxil olaraq müxtəlif bank əməliyyatlarını həyata keçirə bilərlər.“WhatsApp” istifadəçiləri "AtaBank"ın “WhatsApp” əlavəsinə bağlı olan 050 999 91 36 telefon nömrəsi ilə əlaqə yaradaraq VISA plastik kart məhsulları və kampaniya haqqında istənilən məlumatı operativ əldə edə bilər.xeber100.com

Sentyabr 10, 2018 12:19