Cüdoçular arasında Azərbaycan birinciliyi başa çatıb

11 Mart 2019 12:23

Xəbər 28 dəfə oxunub

“Sərhədçi” İdman Olimpiya Mərkəzində 15 yaşadək yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi başa çatıb.Azərtac xəbər verir ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışın qalib və mükafatçılarına medal və diplomlar təqdim olunub.Ümumi hesabda daha çox medal qazanan “UGİM-13” komandası birinci yeri tutub. “Neftçi” ikinci, UGİM-8 isə üçüncü olublar.Qeyd edək ki, üç gün davam edən ölkə birinciliyində 61 klubdan 518 cüdoçu (482 oğlan, 36 qız) mübarizə aparıb.xeber100.com

Reklam

“Formula 1” yarışı 26-28 aprel tarixlərində baş tutacaq

Bakıda növbəti "Formula 1" yarışı 26-28 aprel tarixlərində baş tutacaq.Milli.az-a Bakı Şəhər Haqlasından verilən məlumata görə, bununla bağlı Azərbaycan Qran Prisinin təşkilatçısı Bakı Şəhər Halqası paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən həyata keçirir.Bu işlərin davamı olaraq Puşkin küçəsinin Üzeyir Hacibəyov və Xaqani küçələrinin kəsişmələri arasında olan yol mart ayının 22-dən 26-dək və həmin küçənin Üzeyir Hacibəyov və Neftçilər küçələrinin kəsişmələri arasında yol hissəsi 27 mart - 8 aprel tarixlərində asfalt örtüyünün təmirinə bağlanacaq. Bu ərəfələrdə nəqliyyatın hərəkəti tamamilə dayandırılacaq, lakin Hökümət Evinin qarşısındakı yeraltı avtomobil dayanacağının çıxışı açıq olacaq.Bundan əlavə, aşağıda göstərilən zonalarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq: - Neftçilər prospektinin Rəşid Behbudov və Tərlan Əliyarbəyov küçələrinin kəsişmələri arasındakı yol hissəsi mart ayının 22-dən 26-dək qismən bağlanacaq, - Bül-bül prospektinin Xaqani və Zərifə Əliyeva küçələrinin kəsişmələri arasındakı yol hissəsi 27 mart - 8 aprel tarixlərində qismən bağlanacaq. - Xaqani küçəsinin Puşkin küçəsi və Bül-bül prospekti ilə kəsişmələri arasında yol hissəsi aprel ayının 1-dən 8-dək qismən bağlanacaq.Göstərilən iş qrafikində hava şəraitindən asılı olaraq dəyişikliklər ola bilər.xeber100.com

Mart 21, 2019 13:27