“Dəmirbank”ın kreditorlar komitəsi yaradılıb

19 May 2018 21:49

Xəbər 61 dəfə oxunub

Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 dekabr 2017-cı il tarixli qərarı ilə “Dəmirbank” ASC müflis elan olunub, onun barəsində iflas proseduruna başlanılıb və bankın ləğvedici Əmanətlərin Sığortalanması Fondu təyin edilib.Fonddan “Apa-Economics”ə verilən məlumata görə, ləğv prosesində olan “Dəmirbank” ASC-nin kreditorlarının say çoxluğunu və kreditor tələblərinin həcmini nəzərə alaraq, ləğvetmə prosesində kreditorların maraqlarının təmsil edilməsi, onlarla daha asan kommmunikasiyanın qurulması, habelə bankın səmərəli ləğvinin təmin edilməsi məqsədi ilə kreditorlar komitəsinin təsis edilməsinə zərurət yaranıb: “Eyni zamanda, kreditorlar komitəsinin yaradılmasının məqsədi ləğvetmə prosesinin şəffaf və qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirildiyini bir daha nümayiş etdirməkdir”.“Banklar haqqında” qanunun tələblərinə uyğun olaraq, Əmanətlərin Sığortalanması Fondu Kreditorlar komitəsinin yaradılması üçün Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının müsbət rəyini alıb və Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.2 mart 2018-ci il tarixində Bakı Apellyasiya Məhkəməsi ləğv prosesində olan “Dəmirbank” ASC-nin Kreditorlar Komitəsinin yaradılması, komitəsinin tərkibinin müəyyənləşdirilməsi üçün təşkilatı işlərin və zəruri tədbirlərin görülməsi Əmanətlərin Sığortalanması Fonduna həvalə olunması və bankın Kreditorlar Komitəsinin Əsasnaməsinin təsdiq edilməsi barədə qərar qəbul edib.Məhkəmənin müvafiq qərarı rəhbər tutularaq ləğvedici tərəfindən kreditorlar komitəsinin tərkibinin formalaşdırılması üçün məbləğ baxımından ən iri kreditor hüquqi və fiziki şəxslərə, dövlət qurumlarına, o cümlədən az məbləğdə tələbi olan kreditorları təmsil edən şəxslərə dəvət məktubları və bildirişlər göndərilib.Fonddan bildirilib ki, ləğv prosesində olan “Dəmirbank” ASC-nin Kreditorlar Komitəsinin ilk iclası 01 iyun 2018-ci il tarixində saat 15.30-da Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Babək prospekti, 16 ünvanında yerləşən inzibatı binasında keçiriləcək: “Müvafiq dəvət məktublarını və bildirişləri almış şəxslərdən Kreditorlar Komitəsinin iclasında səxsən və ya səlahiyyətli nümayəndəsi vasitəsilə iştirak etməsi xahiş olunur”.xeber100.com

Reklam

Qida Təhlükəsizliyi Agentliyinin müraciəti…

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qurban bayramı ilə bağlı əhaliyə müraciət edib.Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən Azərtac-a bildiriblər ki, AQTA bayram ərəfəsində vətəndaşlara və bu sahədə fəaliyyət göstərən şəxslərə dini ayinlərlə yanaşı, həm də müvafiq qanunvericiliyin tələblərinə uyğun heyvan kəsiminin həyata keçirməsini tövsiyə edir. Bayram günlərində heyvan kəsimi ilə məşğul olan şəxslərdən şəhərimizin küçələrində və yol kənarlarında antisanitar şəraitin yaradılmaması üçün heyvan kəsimini, baytarlıq-sanitariya və gigiyena normalarına uyğun şəkildə yerli icra hakimiyyəti orqanları tərəfindən yaradılmış kəsim məntəqələrində həyata keçirmələri xahiş olunur.“Bununla bağlı lazımi şəraitin yaradılması üçün AQTA-nın səlahiyyətli şəxsləri yerli icra hakimiyyəti orqanlarının nümayəndələri ilə birlikdə yerlərdə monitorinqlər keçirib və müvəqqəti olaraq çadırlarda heyvan kəsiminin təşkil olunması üçün yerlər müəyyənləşdirilib. Bayram günlərində heyvan kəsimi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər əvvəlcədən yerli icra hakimiyyəti orqanlarına müraciət etməlidir”, - deyə agentliyin məlumatında bildirilir."Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 iyun tarixli Sərəncamının 4-cü bəndinə əsasən küçələrdə, yol kənarlarında heyvan kəsiminin qarşısının alınması və tələblərə uyğun müasir heyvan kəsimi məntəqələrinin yaradılması yerli icra hakimiyyəti orqanlarının öhdəliyinə düşür. Qurban bayramında heyvan kəsiminin normalara uyğun şəraitdə təşkil olunması, hər il küçə və yol kənarlarında baş verən antisanitar vəziyyətin təkrar olunmaması üçün Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvafiq icra hakimiyyəti orqanlarına rəsmi müraciətlər edilib.xeber100.com

Avqust 14, 2018 12:21

Banklar Assosiasiyasının növbəti iclası keçirilib

Azərbaycan Banklar Assosiasiyasının (ABA) "İT və İT təhlükəsizlik üzrə" Ekspert Qrupunun avqust ayı üzrə növbəti iclası keçirilib.Milli.az xəbər verir ki, iclas fövqəladə hallar zamanı bankların enerji təminatının dayanmaması, enerji məsələlərinin optimizasiyasına həsr edilib.Ekspert Qrupunun iclası zamanı enerji təminetmənin optimizasiyası və enerji sahəsində İT təhlükəsizliyinə aid olan digər məsələlər müzakirə edilib. Müvafiq əlaqədar orqanlarla görüşlər keçirilərək fövqəladə hallar zamanı enerji təminatının optimizasiyasına dair müzakirələrin aparılması qərara alınıb.Həmçinin iclas zamanı qrupda yeni təyinat olub. Belə ki, İlqar Əliyev "İT və İT təhlükəsizlik üzrə" Ekspert Qrupunun müavini vəzifəsinə təyin edilib.İlqar Əliyev 2006-2013-cü illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankının Daxili Audit departamentində İnformasiya texnologiyaları üzrə böyük auditor və şöbə rəisi vəzifələrində çalışıb. 2013-cü ildən GRC Assurance & Advisory şirkətində İdarəetmə Auditi üzrə menecer vəzifəsində işləyib. 2017-ci ildən Prima Menecment Konsaltinq şirkətinin İT İdarəçilyi və İnformasiya təhlükəsizliyi üzrə rəhbəridir.Hazırda İnformasiya Sistemlərinin Təhlükəsizliyi və İdarəedilməsi üzrə Audit və Konsultasiya xidmətləri təqdim edir.2006-cı ildən Beynəlxalq İSACA (ABŞ) assosasiyasının üzvüdür. İlqar Əliyev CISA (İnformasiya Sistemləri üzrə Sertifikatlaşmış Auditor), CISM (İnformasiya Təhlükəsizliyi üzrə Sertifikatlaşmış Menecer), CGEIT (İnformasiya Texnologiyalarının İdarəçiliyi üzrə peşəkar sertifikat), CRISC (İnformasiya sistemlərində risklərə nəzarət üzrə peşəkar sertifikat), COBIT 5 Security Assessor peşəkar sertifikatlara malikdir.Xatırladaq ki, Ekspert Qrupunun sədri "PAŞA Bank"ın İdarə Heyətini üzvü Cəlal Orucovdur.Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.xeber100.com

Avqust 10, 2018 19:48

“Moody’s” agentliyinin hesabatına əsasən…

Ölkə iqtisadiyyatında 2019-cu ildə daha sürətli artım tempinə malik olacaq. Bütün sahələrdə, xüsusilə qeyri-neft sektorunda həyata keçirilən islahatlar iqtisadiyyatın dayanıqlığına gətirib çıxarıb. Dünyanın nə nüfuzlu reytinq agentliyinin hesabatında bu məsələyə xüsusi yer verilib.Azərbaycan iqtisadiyyatında cari ilin sonuna qədər və qarşıdakı ildə artım templəri davam edəcək. Bu məsələ dünyanın ən nüfuzlu reytinq agentliklərindən biri olan "Moody's"un hesabatında öz əksini tapıb.Milli.Az bildirir ki, iqtisadçı ekspert Vüqar Bayarmovun sözlərinə görə bu proqnoz tam iqtisadi təhlillərə uyğun hazırlanıb. Çünki "Moody's" agentliyi dövlət və özəl qurumlarla əməkdaşlıq edib və onların iqtisadi göstəricilərinə əsaslanıb. Hesabatda göstərilir ki, əlverişli xarici mühit - 2017-ci ildə neft qiymətlərinin orta hesabla 54 dollar olması, milli valyutanın sabitliyi və inflyasiyanın azalması Azərbaycan iqtisadiyyatının bərpasına gətirib çıxardı.Hesabata əsasən iqtisadiyyatda artım templəri təkcə neftin qiymətinin yüksək olması ilə bağlı deyil. Bu məqamda qeyri neft məhsullarının ixracı da önəmli rol oynayır.İqtisadçının sözlərinə görə, qeyri neft məhsullarının ixracının artması isə bir hökumətin son illər bu sahədə həyata keçirdiyi dərin islahatlarla bağlıdır.xeber100.com

Avqust 9, 2018 21:14