“Dinamo” İdman Cəmiyyətinin məlumatına görə…

7 Avqust 2019 11:44

Xəbər 28 dəfə oxunub

Daxili İşlər Nazirliyinin (DİN) “Dinamo” İdman Cəmiyyəti 2019-cu ilin birinci yarısında idman və bədən tərbiyəsinin inkişafı istiqamətində görülən işləri davam etdirərək bir sıra uğurlara imza atıb. Cəmiyyətdə fəaliyyət göstərən idman bölmələrində təlim prosesinin təşkili, qarşıya qoyulan məqsədlərin səmərəli həyata keçirilməsi və idmançıların qarşıdakı yarışlara hazırlıqlarının təmin edilməsi məqsədilə bir sıra zəruri tədbirlər həyata keçirilib.“Dinamo” İdman Cəmiyyətindən Azərtac-a verilən məlumata görə, cari ilin 6 ayı ərzində daxili işlər orqanlarında xidmət edən 100-dən artıq əməkdaş tərəfindən ölkə və beynəlxalq miqyaslı yarışlarda qazanılmış 24 medaldan 15-i ölkənin milli komandalarının tərkibində beynəlxalq arenalarda, Avropa və dünya çempionatlarında əldə olunub. Bu ilin birinci yarısında DİN-in İdman Cəmiyyətinin təmsilçiləri tərəfindən ölkə və beynəlxalq miqyaslı yarışlarda 189 medal qazanılıb. Onların 77-si qızıl, 42-si gümüş, 70-i isə bürüncdür. Bu medalların 86-sı yeniyetmələrin, 43-ü gənclərin, 60-ı isə böyüklərin payına düşür. Medallardan 47-si beynəlxalq miqyaslı, 142-si isə respublika əhəmiyyətli birincilik və çempionatlarında qazanılıb.Ümumi nəticələrə gəldikdə, sərbəst güləş yeniyetmələrdən ibarət komanda Azərbaycan çempionatında birinci, gənclər isə ikinci yeri tutub. Yunan-Roma güləşi və cüdo üzrə böyüklərdən ibarət komandalar Azərbaycan çempionatında ikinci olublar. Cəmiyyətin boksçuları böyüklər arasında keçirilmiş yarışlarda birinci, gənclər və yeniyetmələrin ölkə birinciliyində ikinci yerləri tutublar. Kikboksinq üzrə Azərbaycan birinciliyində isə cəmiyyətin gənclərdən ibarət komandası birinci, yeniyetmələrin komandası ikinci olub.İyunun 21–30-da Minskdə keçirilən ikinci Avropa Oyunlarının sambo yarışlarında uğurla çıxış edən DİN idmançısı Mehman Xəlilov (57 kq) bürünc medal qazanıb.İyulun 21–27-də Bakıda keçirilən XV Avropa Gənclər Olimpiya Festivalında DİN-in İdman Cəmiyyətinin üzvləri də uğurla çıxış ediblər. Sərbəst güləşçi Sabir Cəfərov (60 kq), Kənan Heybətov (51 kq) qızıl, Mərziyyə Sadıqova (61 kq) gümüş, Nigar Mirzəzadə (65 kq) bürünc medal qazanıblar.xeber100.com

 

Braziliyalı yarımmüdafiəçi “Bavariya” klubunun heyətində çıxış edəcək

Braziliyalı yarımmüdafiəçi Filippe Koutinyo cari futbol mövsümünün sonuna qədər Münxenin “Bavariya” klubunun heyətində çıxış edəcək.Azərtac klubun saytına istinadla xəbər verir ki, “Barselona”dan icarəyə götürülən futbolçu tibbi müayinələrdən sonra “Bavariya” ilə 2020-ci il iyunun 30-dək qüvvədə olan müqavilə imzalayıb. “Bavariya”nın birillik icarə üçün “Barselona”ya 8,5 milyon avro ödədiyi bildirilir.F.Koutinyo bu barədə deyib: “Avropanın ən böyük klublarından birinin heyətində çıxış etmək mənim üçün yeni çağırışdır. Qarşıdakı dövr mənim üçün ciddi əhəmiyyət daşıyır. “Bavariya” klubu kimi mənim də böyük hədəflərim var və yeni komandamla birlikdə onlara nail olacağıma inanıram.“Bavariya” klubunun baş icraçı direktoru, əfsanəvi futbolçu Karl-Haynts Rummeniqqe isə bu barədə bildirib: “Çox şadıq ki, bu transferi başa çatdıra bildik. Transferlə bağlı razılığa görə “Barselona” klubuna minnətdaram. Filippe yaradıcılığı və qeyri-adi bacarığı ilə bizim hücum xəttimizi dərhal gücləndirə biləcək bir futbolçudur”.Braziliyanın “Vasko da Qama” komandasında yetişən futbolçu Avropada daha əvvəl “İnter”, “Espanyol” və “Liverpul” klublarında forma geyinib. O, 2018-ci ilin yanvarında 145 milyon avroya “Liverpul”dan “Barselona”ya transfer edilib. F.Koutinyo “Barselona”nın heyətində ardıcıl iki dəfə İspaniya çempionatının, bir dəfə Kral Kubokunun və İspaniya Super Kubokunun qalibi olub. Braziliya millisinin heyətində 55 dəfə meydana çıxan futbolçu 15 dəfə fərqlənib. O, bu il Braziliyanın “Kopa Amerika” turnirinin qalibi olmasında mühüm rol oynayıb.xeber100.com

Avqust 19, 2019 13:06

UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində

Bu gün futbolda ani diqqətsizlik yarandıqda rəqib səni cəzalandırır. Biz imkanlardan istifadə edə bilsəydik, hər şey fərqli olardı. Amma bu, futboldur. Bundan sonra da ancaq irəli baxmalıyıq.Azərtac xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun futbolçusu Riçard Almeyda UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Bakıda Kiprin APOEL klubuna 0:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.30 yaşlı yarımmüdafiəçi bildirib ki, ilk görüşdə (2:1) son dəqiqələrdə buraxılan qol ani diqqətsizlikdən olub: “Bizim qol epizodlarımız oldu. Sadəcə istifadə edə bilmədik. Rəqib isə yararlandı. Məğlub olmağı da bacarmaq lazımdır. Rəqibi təbrik edirəm”.O, məyus olduqlarını bildirərək deyib: “Qələbə qazanaraq azarkeşlərimizi sevindirmək istəyirdik. Görüşdə çoxlu azarkeş var idi. Onlar bu gün çox möhtəşəm idi. Əlimizdə imkan var ki, UEFA Avropa Liqasının qrup mərhələsində çıxış edək. Çatışmayan cəhətimiz o idi ki, qol vura bilmədik. Ümid edirəm ki, “Neftçi” UEFA Avropa Liqasında qələbə qazanacaq və Azərbaycanı iki komanda qrup mərhələsində təmsil edəcək”.Almeyda növbəti oyunlara hazırlığın psixoloji cəhətdən çətin olmayacağını vurğulayıb: “Bizim çox təcrübəli baş məşqçimiz var. O, vəziyyəti dəyişməyi bacarır. Heyətdə də təcrübəli oyunçular kifayət qədərdir. Ötən il BATE-yə uduzandan sonra da toparlandıq və qrup mərhələsinə düşdük. Bunun öhdəsindən gəlməliyik”.xeber100.com

Avqust 14, 2019 09:34