Dövlət İmtahan Mərkəzinin məlumatı əsasında…

16 Aprel 2018 14:54

Xəbər 415 dəfə oxunub

Mayın 6-da yeni təhsil proqramı (kurikulum) əsasında 10-cu sinif şagirdləri üçün 5–10-cu siniflər (10-cu sinif birinci yarımilədək) üzrə məzmun standartlarının reallaşması səviyyəsinin yoxlanılması məqsədilə sınaq imtahanı keçiriləcək.Dövlət İmtahan Mərkəzindən (DİM) Azərtac-a bildiriblər ki, 2019-cu ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının modelinə uyğun olaraq test tapşırıqları hər blokda 3 imtahan fənni üzrə aşağıdakı kimi təqdim ediləcək:

I blok – riyaziyyat, fizika, kimya

II blok – riyaziyyat, coğrafiya, tarix

III blok – Azərbaycan (rus) dili, tarix, ədəbiyyat

IV blok – biologiya, kimya, fizika.

Şagirdlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanıb. Digər açıq formalı tapşırıqlar uzun müddətdir istifadə olunan hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır.Situasiya və yaxud mətn üzrə təqdim olunan açıq formalı test tapşırıqları 0,1 və ya 2 balla, digər formalı açıq və qapalı test tapşırıqları isə 0 və ya 1 balla qiymətləndirilir.Qapalı formalı tapşırıqlar üzrə səhv cavabların sayının dörddəbiri ümumi baldan çıxılır. Açıq formalı test tapşırıqları üzrə səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.İmtahanın müddəti üç saatdır. Tapşırıqların cavabları cavab vərəqində nəzərdə tutulan müvafiq yerlərdə qeyd olunur. İmtahanın sonunda sual kitabçaları və cavab vərəqləri şagirdlərdən təhvil alınır.Qeyd edək ki, 2019-cu ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanları yeni təhsil proqramı (kurikulum) üzrə keçiriləcək.xeber100.com

 

Reklam

Təhsil Nazirliyinin məlumatına görə…

Dekabrın 5-dən dövlət ümumtəhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır.Təhsil Nazirliyindən Azərtac-a bildiriblər ki, bu mərhələdə 700-dən artıq namizədin iştirakı gözlənilir. Müsahibələr Bakı şəhəri 202 nömrəli tam orta məktəbdə keçiriləcək.Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, idarəetmə bacarıqları və ümumi dünyagörüşü 5 ballıq şkala ilə qiymətləndirilir. Müsahibəyə çağırılan namizədlər tələb olunan tarixdə şəxsi işlərini (elektron ərizənin surəti, diplom(lar) və ona əlavə(lər), xaricdə təhsil alanlar diplomla yanaşı təhsil sənədlərinin tanınmasına dair şəhadətnamə, şəxsiyyət vəsiqəsi, sağlamlıq haqqında arayış, əmək kitabçası və elektron ərizəsində göstərilən məlumatları təsdiq edən digər sənədlərin əslini və ya notarial qaydada təsdiq olunmuş surətini müsahibə komissiyasına təqdim edirlər. Bu mərhələ üzrə keçid balı 3 bal müəyyən edilir.Xatırladaq ki, müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji staja malik olan və hazırda ümumtəhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.xeber100.com

Dekabr 3, 2018 12:13

Növbəti sınaq imtahanları keçiriləcək

Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanları keçiriləcək.DİM-dən Azərtac-a bildirilib ki, sınaq imtahanları AA, AB, AC, BA, BB qrupları üzrə noyabrın 7-də və 17-də keçiriləcək. İmtahanlar saat 10:00-da başlanacaq.Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. Qeyd olunan imtahanlarda iştirak etmək üçün onlayn qeydiyyat müvafiq olaraq noyabrın 7-də və 17-də saat 9:00-da başa çatacaq. Qeyd edək ki, sınaq imtahanlarında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. “Şəxsi kabinet”də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilib) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanlarında iştirak etmək üçün DİM-in saytında onlayn qeydiyyatdan keçmək lazımdır.Sınaq imtahanlarında hər qrup üzrə uyğun olaraq eyni test tapşırıqlarından istifadə ediləcək.xeber100.com

Noyabr 5, 2018 12:11