Dövlət qulluğuna qəbul olmaq istəyənlərin diqqətinə!

12 İyun 2019 11:41

Xəbər 22 dəfə oxunub

Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha səmərəli hazırlaşmalarına kömək məqsədilə elektron sınaq imtahanı keçiriləcək.DİM-dən Azərtac-a bildirilib ki, AA, AB, AC, BA, BB qrupları üzrə sınaq imtahanı iyunun 14-də təşkil keçiriləcək. İmtahan saat 14:30-da başlanacaq.Qeyd edək ki, sınaq imtahanında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. “Şəxsi kabinet”də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilib) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanında iştirak etmək üçün DİM-in saytında onlayn qeydiyyatdan keçmək lazımdır.xeber100.com

Abituriyentlər üçün qəbul imtahanı başlayıb

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə iyunun 23-də keçirilən qəbul imtahanı başlayıb.DİM-dən Azərtac-a bildirilib ki, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 46 binada aparılır. İmtahanların idarə olunmasına 173 imtahan rəhbəri və 1950 nəzarətçi-müəllim cəlb olunub.İmtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb, imtahan binalarının girişlərində təhlükəsizliyin və buraxılış rejiminin operativliyinin təmin edilməsi üçün “stasionar metal axtaran aparat”lar quraşdırılıb. Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahandan bir gün əvvəl Daxili İşlər Nazirliyi və Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının iştirakı ilə imtahan mərkəzlərinə baxış keçirilib və bütün imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarına mühafizə üçün təhvil verilib.Bütün binalarda eyni vaxtda – saat 11.00-da başlayan imtahanın müddəti 3 saatdır. İmtahanda 24 min 028 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 19 min 878 abituriyent I qrup üzrə, 4150 abituriyent IV qrup üzrə imtahan verəcək.Abituriyentlərdən 21 min 940 nəfəri Azərbaycan bölməsinin (I qrup üzrə 18 min 238, IV qrup üzrə 3702 nəfər), 2088 nəfəri isə rus bölməsinin (I qrup üzrə 1640, IV qrup üzrə 448 nəfər) məzunudur. Abituriyentlərin 13 min 788 nəfəri oğlanlar (I qrup üzrə 12786 nəfər, IV qrup üzrə 1002 nəfər), 10 min 240 nəfəri isə qızlardır (I qrup üzrə 7092 nəfər, IV qrup üzrə 3148 nəfər). 21 min 720 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 2049 nəfər əvvəlki illərin məzunlarıdır (buraya ali və ya orta ixtisas təhsili olanlar da daxildir). 31 nəfər ali təhsil müəssisələrinin, 228 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 125 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1965-ci ildən, ən gənci isə 2004-cü ildəndir.Bakı şəhərində 10 min 706, Naxçıvanda 598, Gəncədə 2473, Sumqayıtda 1586, Mingəçevirdə 1092, Şəkidə 1682, Bərdədə 905, Göyçayda 1157, Şirvanda 1244, Lənkəranda 1507, Xaçmazda isə 1078 abituriyentin imtahan verəcəyi gözlənilir.xeber100.com

İyun 23, 2019 17:57

Qeydiyyatdan keçmək istəyən abituriyentlərin nəzərinə!

Abituriyentlər bədən tərbiyəsi və idman istiqamətinə aid qabiliyyət imtahanının 60, 61 və 62-ci komissiyaları üzrə iyunun 20-dən 28-dək Dövlət İmtahan Mərkəzinin internet saytının müvafiq səhifəsində qeydiyyatdan keçə bilərlər.Dövlət İmtahan mərkəzindən Azərtac-a bildirilib ki, bədən tərbiyəsi və idman istiqamətinə aid digər komissiyalar üzrə qeydiyyat iyunun 20-dən iyulun 3-dək aparılacaq.Xüsusi qabiliyyət imtahanlarının cari il üçün müsabiqə şərtlərinə əsasən: -60 və 61-ci komissiyaların hər hansı biri üzrə qabiliyyət imtahanından məqbul qiymət almış abituriyentlərin nəticələri qeydiyyatdan keçdikləri halda biri digərinə və 62-ci komissiyaya da; -78-ci komissiya üzrə qabiliyyət imtahanından məqbul qiymət almış abituriyentlərin imtahan nəticələri qeydiyyatdan keçdikləri halda 79-cu komissiyaya da; -84-cü komissiya üzrə qabiliyyət imtahanından məqbul qiymət almış abituriyentlərin imtahan nəticələri qeydiyyatdan keçdikləri halda 85-ci komissiyaya da şamil edilir. Orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə regionlarda fəaliyyət göstərən 65 və 66-cı komissiyaların hər hansı biri üzrə qabiliyyət imtahanından məqbul qiymət almış abituriyentlərin imtahan nəticələri qeydiyyatdan keçdikləri halda biri digərinə şamil edilir.Bədən tərbiyəsi və idman istiqamətinə aid xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər ümumi fiziki hazırlıq imtahanı üzrə normativlərlə DİM-in saytında tanış ola bilərlər.Abituriyent təsviri sənət, musiqi sənəti, memarlıq, teatr, kino və xoreoqrafiya sənəti, bədən tərbiyəsi və idman istiqamətlərinin hər hansı 2-si üzrə qeydiyyatdan keçə bilər. Ümumilikdə, abituriyent seçdiyi 2 istiqamətə aid ali təhsil müəssisələrinin və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin cəmi 6 komissiyası üzrə qeydiyyatdan keçə bilər.

İyun 19, 2019 16:19

Buraxılış imtahanının ikinci mərhələsi keçirilir

Dövlət İmtahan Mərkəzi bu gün 29 şəhər və rayonda müxtəlif təyinatlı məktəblərdə – internat məktəblərində, xüsusi axşam-qiyabi orta məktəblərdə, eşitmə pozulmaları və danışma əngəlli şagirdlər üçün xüsusi məktəblərdə, Çilov adasında yerləşən məktəbdə, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə təhsil alan IX sinif şagirdləri üçün buraxılış imtahanlarının ikinci mərhələsini keçirir. İmtahanlarda fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli) 33 şagird də iştirak edəcək. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər, eşitmə əngəlli şagirdlər üçün isə surdopedaqoqlar təyin edilib.DİM-dən Azərtac-a bildirilib ki, imtahan saat 11:00-da başlanır.IX sinif şagirdlərinin buraxılış imtahanlarının ikinci mərhələsinin keçirilməsi üçün şəhər və rayonlarda ümumilikdə 102 imtahan mərkəzi ayrılıb.İmtahanda 32 min 827 (Bakı 429, Mingəçevir 1385, Şəmkir 2642, Gədəbəy 834, Ağstafa 924, Qazax 975, Tovuz 2099, Balakən 955, Zaqatala 1160, Qax 531, Yardımlı 631, Cəlilabad 2223, Masallı 2192, Lerik 581,Göyçay 1313, Ağdaş 1174, Ucar 922, İsmayıllı 960, Qobustan 380, Ağcabədi 1727, Füzuli 817, Beyləqan 1173, Salyan 1407, Neftçala 812, Hacıqabul 812,Qusar 1114, Quba 1944, Siyəzən 526, Xızı 185) nəfər 9-cu sinif şagirdinin iştirakı nəzərdə tutulur.İmtahanların idarə olunmasına 102 ümumi imtahan rəhbəri, 253 imtahan rəhbəri, 2839 nəzarətçi müəllim, 224 buraxılışı təşkil edən əməkdaş, 102 bina nümayəndəsi ayrılıb.xeber100.com

İyun 16, 2019 12:36

Dövlət İmtahan Mərkəzinin məlumatı əsasında…

Yay qəbul imtahanlarında iştirak etmək üçün ərizələrin qəbulu başa çatır.Dövlət İmtahan Mərkəzindən Azərtac-a bildirilib ki, bu gün saat 23.59-dək aşağıdakı kateqoriyadan olan abituriyentlər üçün elektron ərizə qəbulu sistemi aktiv olacaq:Elektron ərizələrində ali təhsil müəssisələrinin I‑IV ixtisas qrupları üzrə keçirilən yaz imtahanında iştirak etmək istədiyini qeyd etmiş abituriyentlər yay imtahanında da iştirak etmək istədikləri halda göstərilən tarixədək qeydiyyatdan keçməlidirlər.Təsdiq olunmuş elektron ərizələrində ali təhsil müəssisələrinin I-IV, V ixtisas qruplarına və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) aid üç bənddən birini və ya ikisini seçən abituriyentlərə digər bənd(lər)i də seçməyə icazə verilir. V ixtisas qrupu və kolleclərə aid bəndi elektron ərizələrinə əlavə etmək istəyənlər tələb olunan müsabiqə şərtlərini (V ixtisas qrupu, kollec) ödəməlidirlər.Buraxılış imtahanını vermiş, lakin martın 15-dən aprelin 15-dək elektron ərizə qəbulunda iştirak etməyən abituriyentlər isə (yalnız cari ilin məzunları) ərizələrini doldurub təsdiq etməklə ali təhsil müəssisələrinin I-IV, V ixtisas qrupları və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ərizə təqdim edə bilərlər. V ixtisas qrupu və kolleclərə aid bəndi elektron ərizələrində qeyd etmək istəyənlər tələb olunan müsabiqə şərtlərini (V ixtisas qrupu, kollec) ödəməlidirlər.Qəbul imtahanının I mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanı) iştirak etməyənlər, dövlət dili kimi “Azərbaycan dili” fənni üzrə keçirilən imtahandan “qeyri-məqbul” qiymət alanlar müsabiqəyə buraxılmırlar.xeber100.com

İyun 12, 2019 11:44

Buraxılış imtahanının ikinci mərhələsi keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 2-də Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının ikinci mərhələsini keçirəcək.DİM-dən Azərtac-a bildirilib ki, həmin gün ümumilikdə 37 min 670 şagirdin imtahan verəcəyi nəzərdə tutulur. Bu şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlaBu imtahanların keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 81 imtahan mərkəzi ayrılıb.İmtahanda 37670 (Bakı şəhəri, Yasamal rayonunda 2739, Binəqədi rayonunda 4413, Səbail rayonunda 1659, Xətai rayonunda 3580, Xəzər rayonunda 3044, Nərimanov rayonunda 2299, Suraxanı rayonunda 3110, Sabunçu rayonunda 4948, Nəsimi rayonunda 2269, Qaradağ rayonunda 2258, Nizami rayonunda 2496, Pirallahı rayonunda 388, Naxçıvan Muxtar Respublikasında 3461, Şirvan şəhərində 1006) nəfər 9-cu sinif şagirdinin iştirakı nəzərdə tutulur.İmtahanların idarə olunmasına 81 ümumi imtahan rəhbəri, 248 imtahan rəhbəri, 2978 nəzarətçi‑müəllim, 265 buraxılışı təşkil edən əməkdaş, 81 bina nümayəndəsi ayrılıb.Hazırda qeyd olunan rayonlarda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar təşkil olunur. Bütün imtahan binalarına baxış keçirilir, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə iyunun 1-də təkrar baxış keçiriləcək və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.xeber100.com  

May 30, 2019 14:02