Dünya Bankı ölkələrin reytinqini təhlil edib

5 Noyabr 2018 12:52

Xəbər 149 dəfə oxunub

Fransanın “Le Figaro” qəzeti Dünya Bankının “Doing Business 2019” hesabatı üzrə ölkələrin reytinqini təhlil edib.Azərtac xəbər verir ki, qəzet hesabatda Azərbaycanın 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci, Rusiyanın 4 pillə irəliləyərək 31-ci, Türkiyənin 17 pillə irəliləyərək 43-cü yerə yüksəldiklərini, Fransanın isə bir pillə geriləyərək hətta Ruandadan sonra qərarlaşdığını (32-ci yer) yazır. Bildirilir ki, Ruandada iş qurmaq artıq Fransadakından daha asandır. Fransada son illərdə aparılan islahatların hələ də müsbət nəticə vermədiyi qeyd olunur. Vurğulanır ki, ölkə iqtisadiyyatının fəaliyyətini stimullaşdırmaq məqsədilə aparılan islahatlar hələ də öz bəhrəsini verməyib.xeber100.com

Reklam

London Aİ vətəndaşlarına viza rejimi tətbiq edəcək

Brexitin sazişsiz baş verəcəyi təqdirdə London ölkə ərazisində üç aydan artıq qalmaq istəyən Avropa İttifaqı vətəndaşları üçün viza rejimi tətbiq edəcək.Interfax informasiya agentliyi xəbər verir ki, bunu Britaniyanın daxili işlər naziri Sacid Cavid deyib.“Biz Böyük Britaniyanın biznes üçün açıq qalmasının təmin olunması üçün praktiki yanaşma tətbiq etməli və qanun pozuntularını minimuma endirməliyik. Bu səbəbdən keçid mexanizmlərinin vaxtına məhdudiyyətlər tətbiq edəcəyik və martın 29-dan sonra Avropa İttifaqı vətəndaşlarına müvəqqəti yaşama izni verəcəyik”, - deyə nazir bildirib. Onun sözlərinə görə, belə düzəlişlər Böyük Britaniyaya son on illər ərzində ilk dəfə olaraq sərhədə tam nəzarət etmək imkanı verəcək.Sərt Brexitin baş verəcəyi təqdirdə martın 29-dan sonra Böyük Britaniyaya gələn və ölkə ərazisində 3 aydan çox qalmaq niyyətində olan Avropa İttifaqı dövlətlərinin vətəndaşlarına müvəqqəti yaşama izni veriləcək. Həmin status üç il müddətinə tətbiq olunacaq, lakin bunun üçün rüsum ödənilməli və müəyyən prosedurlar həyata keçirilməlidir.Britaniya hökuməti də ölkənin Avropa İttifaqını sazişsiz tərk etməsinə hazırlığı davam etdirir. Bu məqsədlə Cəbəllütariq, Kipr və Folklend adalarında yerləşən xarici hərbi bazalarına və ölkə ərazisində yerləşən hərbi anbarlara ərzaq məhsulları, yanacaq, ehtiyat hissələri və hərbi sursat ehtiyatı toplanılır. Müdafiə Nazirliyi indiyədək bu məqsədlə 23 milyon funt sterlinq xərcləyib.xeber100.com

Yanvar 29, 2019 12:38