Dünya İqtisadi Forumu rəqabətlilik reytinqini açıqlayıb

17 Oktyabr 2018 15:55

Xəbər 250 dəfə oxunub

Dünya İqtisadi Forumu ölkələrin qlobal rəqabətlilik reytinqini açıqlayıb. Estoniya bu siyahıda 32-ci yeri tutub.Azərtac xəbər verir ki, Estoniya ötən illə müqayisədə iki pillə geriləyib. Reytinq cədvəlinə ABŞ başçılıq edir. İkinci yerdə Sinqapur qərarlaşıb, üçüncü yerdə Almaniya gəlir.Finlandiya 11-ci, Litva 40-cı, Latviya 42-ci, Rusiya 43-cü yerləri tutublar.Dünya İqtisadi Forumu müxtəlif sahələrdə 12 nəzarət göstəricisinin rəqabət qabiliyyətini qiymətləndirərkən təsisatların keyfiyyətini, infrastrukturu, makroiqtisadi sabitliyi, sağlamlığı, təhsil səviyyəsini, peşəkarlığı, əmtəə və xidmətlər bazarının səmərəliliyini, maliyyə bazarının inkişafını, texnoloji inkişaf səviyyəsini, daxili bazarın miqyasını, şirkətlərin rəqabət qabiliyyətini nəzərə alır.xeber100.com

Reklam

Xarici siyasət idarələri Şərqdəki vəziyyəti müzakirə ediblər

ABŞ Suriyadan qoşunlarını çıxardıqdan sonra bu ölkədə “İslam dövləti” terrorçu qruplaşması ilə mübarizəni davam etdirəcək. Bu bəyanatı Birləşmiş Ştatların dövlət katibi Maykl Pompeo Qahirədə həmkarı Sameh Şükri ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında verib.Azərtac xəbər verir ki, Pompeonun sözlərinə görə, Suriyadan qoşunların çıxarılması ilə bağlı ABŞ Prezidenti Donald Trampın mövqeyi qətidir və bu qərar həyata keçiriləcək. Dövlət katibi əlavə edib ki, ABŞ qoşunları “İslam dövləti” terrorçu təşkilatına sarsıdıcı zərbələr endirməyə davam edəcək. Dövlət katibi deyib ki, bu terror təşkilatı hələ bir çox ölkədə fəaliyyət göstərir və bu kontekstdə ABŞ özünün Yaxın Şərqdəki müttəfiqləri ilə terrorçuluğa qarşı mübarizə sahəsində əlaqələri möhkəmlədəcək.M.Pompeo Misirin Yaxın Şərq regionunda mühüm rolunu qeyd edərək bildirib ki, Vaşinqton-Qahirə münasibətləri strateji xarakter daşıyır.ABŞ-ın dövlət katibi Misirin bir çox sahələrdə, xüsusən iqtisadiyyatda əldə etdiyi uğurları qeyd edib. O əlavə edib ki, Vaşinqtonda Əbdülfəttah əs-Sisinin rəhbərliyi altında Misirdə həyata keçirilən iqtisadi islahatları yüksək qiymətləndirirlər. Pompeo Misir liderinin etiqad azadlığı və dini tolerantlıq üzrə siyasətini xüsusi vurğulayıb.xeber100.com

Yanvar 11, 2019 12:17