Dünya Kubokuna dünyanın ən güclü idmançıları qatılacaq

13 Mart 2019 20:03

Xəbər 52 dəfə oxunub

Bakıda keçiriləcək idman gimnastikası üzrə Dünya Kubokuna dünyanın ən güclü idmançıları qatılacaq.Bunu Trend-ə azərbaycanlı gimnast Murad Ağarzayev deyib.M.Ağarzayev bildirib ki, Dünya Kubokunda Olimpiya çempionları, dünya çempionları iştirak edəcək.Özünün qələbə şanslarını qiymətləndirən M.Ağarzayev deyib ki, yaxşı nəticə göstərməyə çalışacaq:“Yarışa hazırlıq yaxşı gedir. Fikrimcə, ən yaxşı nəticələri sərbəst hərəkətlərdə və dayaqla tullanmada əldə edəcəyəm. Mən bu növlərdə ən azı finala çıxmağa ümid edirəm”.Qeyd edək ki, martın 14-17-də Bakıda idman gimnastikası üzrə FIG Dünya Kuboku keçiriləcək.Dördgünlük turnir Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 121 kişi və 49 qadın idman gimnast mübarizə aparacaq.xeber100.com

Reklam

“Formula 1” yarışı 26-28 aprel tarixlərində baş tutacaq

Bakıda növbəti "Formula 1" yarışı 26-28 aprel tarixlərində baş tutacaq.Milli.az-a Bakı Şəhər Haqlasından verilən məlumata görə, bununla bağlı Azərbaycan Qran Prisinin təşkilatçısı Bakı Şəhər Halqası paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən həyata keçirir.Bu işlərin davamı olaraq Puşkin küçəsinin Üzeyir Hacibəyov və Xaqani küçələrinin kəsişmələri arasında olan yol mart ayının 22-dən 26-dək və həmin küçənin Üzeyir Hacibəyov və Neftçilər küçələrinin kəsişmələri arasında yol hissəsi 27 mart - 8 aprel tarixlərində asfalt örtüyünün təmirinə bağlanacaq. Bu ərəfələrdə nəqliyyatın hərəkəti tamamilə dayandırılacaq, lakin Hökümət Evinin qarşısındakı yeraltı avtomobil dayanacağının çıxışı açıq olacaq.Bundan əlavə, aşağıda göstərilən zonalarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq: - Neftçilər prospektinin Rəşid Behbudov və Tərlan Əliyarbəyov küçələrinin kəsişmələri arasındakı yol hissəsi mart ayının 22-dən 26-dək qismən bağlanacaq, - Bül-bül prospektinin Xaqani və Zərifə Əliyeva küçələrinin kəsişmələri arasındakı yol hissəsi 27 mart - 8 aprel tarixlərində qismən bağlanacaq. - Xaqani küçəsinin Puşkin küçəsi və Bül-bül prospekti ilə kəsişmələri arasında yol hissəsi aprel ayının 1-dən 8-dək qismən bağlanacaq.Göstərilən iş qrafikində hava şəraitindən asılı olaraq dəyişikliklər ola bilər.xeber100.com

Mart 21, 2019 13:27