Dünya liderlərinin həyatından

28 Yanvar 2016 09:20

Xəbər 810 dəfə oxunub

Dünya siyasi liderlərinin siasətdən öncəki həyatı aktual olaraq qalır. Türkiyə mətbuatının məlumatına görə, onların bəziləri hərbiçi, kəşfiyyatçı, göz həkimi, bəziləri isə tamam başqa sahədə fəaliyyət göstəriblər.

İngiltərənin baş naziri Devid Kameron Oksforddakı Brasenose Kollecindən məzun olub. Kameron kolleci bitirdikdən sonra sağçı partiyalarla bağlı araşdırmalar aparıb. Sağçıların mərkəzi ofisində çalışqanlığı ilə tanınan Kameron, məktəbdə gecə həyatına meyilli olub. Çox sərt davranışları ilə tanınan baş nazirin ətrafındakı insanların əksəriyyəti içki içmələri və pis rəftarları ilə ad qazıblar. Amma o keçmişi barədə danışmağı həmişə rədd edib.

 

Rusiya prezidenti Vladimir Putinin gecə həyatı barədə məlumat olmasada onun indi olduğu kimi cavanlıqda da işə həvəsli olduğu bildirilir.

Sankt-Peterburq Dövlət Universitetindən məzun olduqdan sonra Putin xüsusi xidmət orqanlarında işləyib. Putin müdir katibi, kəşfiyyatçı, təlimçi vəzifələrində çalışıb. 10 ildən çox müddətdə kəşfiyyat zabiti kimi fəaliyyət göstərib. Bu vəzifədə çalışdığı üçün onun gənclik illəri ilə bağlı daha çox məlumat əldə etmək mümkün deyil. Amma universitet illərindən cüdo ilə maraqlandığı bildirilir

 

ABŞ prezidenti Barak Obamanın da gəncliyi rəngarəng olub. Obama cavanlıqda sipirtli içki və narkotik vasitələrdən istifadə edib. 1983-ci ildə Kolumbiya Universiteti siyasət elmlər fakültəsindən məzun olan ABŞ prezidenti 1988-ci ildə Harvard Univeristetinin hüquq fakültəsinə qəbul olub. Obamanın müsəlman olduğu deyilsə də, onun gənc yaşlarından Çikaqodakı kilsələrdən birinə üzv olduğu bildirilir.

Suriya lideri Bəşər Əsəd Dəməşq universitetinin tibb fakültəsindən 1988-ci ildə məzun olub. Prezident Dəməşqdən kənarda yerləşən xəstəxanalardan birində göz həkimi işləyib. Bəşər Əsədin gəncliyinin çox hissəsi Londonda keçib. Amma böyük qardaşı avtomobil qəzasında öldükdən sonra Suriyaya qayıtmaq məcburiyyətində qalıb. Ölkəni idarə elməklə bağlı planları olmayan Əsəd atası Hafiz Əl-Əsədin dövləti idarə etməklə bağlı təklifini qəbul edib.

 

İsrailin baş naziri Benyamin Netanyahu gənclik illərində İsrail müdafiə qüvvələrində işləyib, İsrailin Suriya ərazilərində keçirdiyi əməliyyatlarda iştirak edib. 1972-ci ildə isə qaçırılan sərnişin təyyarəsini terrorçuların əlindən ala bilib.
Almaniyanın ilk qadın baş naziri Angela Merkeldə siyasətə təsadüfən gələnlərdəndir. Merkel gənclik illərində barmen işləyib. İlk həyat yoldaşı Ulrix ilə Leipzig Universitetində fizika dərsində tanış olub. 1974-ci ildə tanış olan cütlük 1977-ci ildə evlənmək qərarına gəlib. Merkel ilk yoldaşından 1982-ci ildə boşanıb.
Şimali Koreya lideri Kim Çin Inın apardığı siyasət kimi həyatı barədə də yetərli məlumat yoxdur. Yalnız onun İsveçrədə təhsil aldığı deyilir. Bu isə tam dəqiqliklə sübuta yetirilməyib. Onun doğum tarixi belə dəqiq deyil. Ancaq onun gənc yaşlarında basketbolla maraqlandığı bildirilir.

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gənclik illərindən ölkənin siyasi və ictimai həyatında fəal iştirak edib. Onun hobbisi isə futboll oynamaq olub. Ərdoğan siyasi fəaliyyəti dövründə bir neçə dəfə həbs yaşayan liderlərdəndir.

Dünya liderləri arasında inqilabi ruhda yetişənlərdən biri də İranın dövlət başçısı Həsən Ruhani olub. O, Tehran universitetində məhkəmə hüququ təhsili aldıqdan sonra, şah əlehdarı, İran inqilabının lideri Ayyətullah Xomeyninin təşkil etdiyi etirazlara qoşulub. Daha sonra Ruhani Fransaya sürgün edilən Xomeyniyə dəstək olmaq üçün ölkəni tərk edib. Ruhani kəskin inqilabi fikirlərində görə bir neçə dəfə həbs həyatı yaşayıb. Şotlandiyada təhsil alan Ruhani fars, ingilis, ərəb, rus və alman dillərində danışa bilir. Hazırda onun bu təhsili özündən çox İran xalqının işinə yarayır. Çünki müasir düşüncəli İran lideri millətinin dünya xalqları içərisində inamla addımlaması üçün illərdir ki, davam edən nüvə danışıqlarının sülhlə başa çatdırılmasına razılıq verib. Hazırda İran bu lider sayəsində dünyaya qapılarını yenidən açır.

Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub

Fevralın 5-də Londonda Beynəlxalq Avtomobil Federasiyasının (FIA) biryerlik maşınlarında yürüş üzrə direktoru Nikolas Tombasisin və Formula 1-in prezidenti Stefano Domenikalinin sədrliyi ilə Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub. Xarici media xəbər verir ki, iclasda bir sıra məsələlər nəzərdən keçirilib, o cümlədən 2024-cü ildən qüvvəyə minəcək sprintli yürüş uik-endinin yeni formatı təsdiqlənib. Yeni format bu şəkildədir: cümə günü sprintdən əvvəl yeganə məşq və təsnifat. Şənbə günü sprint və yürüşdən əvvəl əsas təsnifat, bazar günü isə yürüş. Bu dəyişikliklər FIA-nın fevralın 28-də keçiriləcək Ümumdünya Şurasında rəsmi şəkildə təsdiqlənməlidir. Komissiyanın iclasında texniki və idman reqlamentlərinə də dəyişikliklər olunub. 2024-2025-ci illərdə bir pilot üçün mövsüm ərzində güc qurğularının sayının artırılaraq dördə çatdırılması təklifi bəyənilib. Eləcə də yürüş zamanı DRS-ni (Drag Reduction System – ön müqavimətin azaldılması sistemi) startdan bir dövrə vurduqdan və yaxud təhlükəsizlik avtomobili trasdan çıxdıqdan sonra restartın ardınca aktivləşdirmək mümkündür. Вundan əvvəl yalnız iki dövrədən sonra DRS-nin istifadəsinə icazə verilirdi. Bundan başqa, Formula 1 Komissiyası 2026-cı ilin reqlamentinə dair bir sıra mövzuları, xüsusən maliyyə və dayanıqlı inkişaf məsələlərini müzakirə edib. 2024-cü il üçün texniki, idman və maliyyə reqlamentlərinə də cüzi dəyişikliklər edilib.xeber100.com

Fevral 6, 2024 14:51

“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb

“SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsi üçün nəzərdə tutulan 22 “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb. “SpaceX” kompaniyasının məlumatına görə, “Falcon 9” yanvarın 23-də ABŞ-ın Sakit Okean sahilləri vaxtı ilə saat 16:35-də Birləşmiş Ştatların Kosmik Qüvvələrinin Kaliforniya ştatında yerləşən Vandenberq bazasından start götürüb. Daşıyıcı raketin artıq 16-cı dəfədir istifadə olunan birinci pilləsi Sakit okeandakı “Of Course I Still Love You” dəniz platformasına eniş edib. “SpaceX” indiyədək kosmik fəzaya ümumilikdə 5,7 mindən çox peyk buraxıb. Onların bəziləri sıradan çıxıb, 5,3 mindən çoxu isə işlək vəziyyətdədir. Kompaniyanın layihəsi olan “Starlink” internet şəbəkəsi dünyanın 70 ölkəsində əlçatandır. Pentaqonun məlumatına görə, onun xidmətindən ABŞ hərbçiləri də istifadə edirlər. Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə 12 minə yaxın kosmik aparat çıxarmaq niyyətindədir. Təxminən 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq. Kompaniya növbəti mərhələdə orbital qruplaşmadakı kosmik aparatların sayını 30 minə çatdırmağı planlaşdırır.xeber100.com

Yanvar 24, 2024 11:42

Ankara 13 oktyabr 1923-cü ildə Türkiyə Cümhuriyyətinin paytaxtı elan olunub

Qurtuluş Savaşının mərkəzi olan Ankara 1923-cü il oktyabrın 13-də Anadolu düşmən işğalından azad edildikdən sonra gənc Türkiyə Cümhuriyyətinin paytaxtı elan olunub. Birinci Dünya müharibəsinin sonunda Türkiyə işğal edildikdən sonra Qazi Mustafa Kamal Paşa 1919-cu il mayın 19-da Samsuna gələrək Qurtuluş Savaşını başladır. Ankaranın savaşdakı əhəmiyyəti onun Geyve Boğazı, Kütahya və Afyon kimi düşmən işğalı altında olan mövqelərlə dəmir yolu əlaqəsi və kifayət qədər döyüş imkanlarına malik olmasından irəli gəlirdi. Müharibənin uğurunu təmin etmək üçün nizami orduların yaradılması qərarı da məhz Ankarada qəbul edilmişdi. Bu ordular İnönü, Sakarya və Dumlupınarda düşməni məğlub etdi. Qurtuluş Savaşı 1922-ci il avqustun 30-da qazanılan zəfərlə başa çatdı. Bunun ardından 1923-cü il oktyabrın 9-da Türkiyənin xarici işlər naziri İsmət Paşa “Türk dövlətinin inzibati mərkəzi Ankara şəhəridir” ifadəsinin yer aldığı qanun layihəsini parlamentə təqdim edir. Qanun layihəsi həmin il oktyabrın 13-də Parlamentin Ümumi Məclisində səs çoxluğu ilə qəbul olunur. Ankara paytaxt elan olduqdan sonra şəhərdə sürətli tikinti və yenidənqurma işlərinə başlanılır. Xarici mütəxəssislər dəvət edilərək şəhərin gələcək planı hazırlanır. Yenidənqurma işlərində təhsil və mədəniyyət müəssisələrinə üstünlük verilir. Bu gün Türkiyənin paytaxtı elan edilməsinin 100-cü ili qeyd olunan Ankara dünyanın ən qabaqcıl və müasir şəhərlərindən biridir.

Oktyabr 13, 2023 15:06