Dünya Səhiyyə Təşkilatı xəbərdarlıq edir

31 Yanvar 2018 15:13

Xəbər 1049 dəfə oxunub

Dünyanın həm yoxsul, həm də zəngin 22 ölkəsindən olan yarım milyon insanda antibiotiklərə davamlılığın artması müşahidə olunur. Dünya Səhiyyə Təşkilatının (DST) ekspertləri müvafiq məlumatın mikrob əleyhinə preparatlara davamlılıq üzrə Qlobal epidemioloji nəzarət sistemi tərəfindən əldə edildiyini söyləyiblər.Azərtac BMT-nin Xəbərlər Mərkəzinə istinadla bildirir ki, bakteriyalar arasında antibiotiklərə əks-təsir göstərən bağırsaq çöpü, salmonella, həmçinin qızılı stafilokok və digər təhlükəli xəstəliklərdir. DST-nin nümayəndəsi Mark Sprenger deyib: “Məruzə təsdiqləyir ki, antibiotiklərə davamlılıq problemi çox ciddidir. Ən çox yayılan və ən təhlükəli yoluxmaların dərmanlara qarşı davamlı olması müşahidə edilir. Patogenlərin milli sərhəd tanımaması isə xüsusi narahatlıq doğurur. Məhz buna görə DST bütün ölkələri etibarlı olan əks-təsirin izlənmə sisteminə qoşulmağa çağırır ki, buradan da məlumatlar qlobal sistemə ötürüləcək”.Hazırda Qlobal epidemioloji nəzarət sistemindən 52 ölkə istifadə edir. Sistem vərəm istisna olmaqla, ən təhlükəli xəstəlik törədicilərinin əks-təsirini izləyir. Məsələ orasındadır ki, vərəm çöplərinin davamlılığı üzərində müşahidə artıq neçə illərdir aparılır.xeber100.com

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05