Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatı

10 Oktyabr 2017 12:52

Xəbər 190 dəfə oxunub

Sinoptiklər Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 11-dən 13-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna əsasən, oktyabrın 11-12-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda temperaturun bir qədər enməsi və yağışlı hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişsiz olacaq.xeber100.com

Reklam

Ölkə ərazisində hava şəraiti ilə bağlı məlumat açıqlanıb

Azərbaycanda sentyabrın 26-na gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Gün ərzində şimal-qərb küləyi güclənəcək.Havanın temperaturunun Abşeron yarımadasında gecə 18-21°, gündüz 23-26° isti, Bakıda gecə 19-21°, gündüz 23-25° isti olacağı proqnozlaşdırılır.Atmosfer təzyiqi 759 millimetr civə sütunundan 766 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz olacaq.Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 15-20°, gündüz 25-29° isti, dağlarda gecə 9-14°, gündüz 16-21° isti olacağı bildirilir.Tibbi-meteoroloji proqnoza görə, sentyabrın 26-sı gündüzdən 28-dək Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli dəyişməsi fonunda güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.xeber100.com

Sentyabr 25, 2018 11:56

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatı

Azərbaycanda sentyabrın 25-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək, gündüz mülayim cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 19-21°, gündüz 25-28° isti, Bakıda gecə 19-21°, gündüz 25-27° isti olacağı ehtimalı var.Atmosfer təzyiqi norma daxilində - 760 millimetr civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 50-55 faiz olacaq.Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər bəzi dağlıq ərazilərdə duman olacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 16-21°, gündüz 27-32° isti, dağlarda gecə 9-14°, gündüz 17-22° isti olacağı bildirilir.Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 12-17°, gündüz 27-32° isti olacaq.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 9-14°, gündüz 17-22° isti olacağı gözlənilir.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 15-20°, gündüz 26-31° isti olacağı ehtimalı var.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 12-17°, gündüz 25-30° isti, dağlarda gecə 6-11°, gündüz 15-20° isti olacağı proqnozlaşdırılır.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 16-21°, gündüz 27-32° isti olacağı bildirilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-21°, gündüz 26-31° isti, dağlarda gecə 13-18° isti, gündüz 20-25° isti olacağı ehtimal edilir.xeber100.com

Sentyabr 24, 2018 12:58

Hava şəraiti ilə bağlı məlumat açıqlanıb

Azərbaycanda sentyabrın 22-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək, gündüz mülayim cənub küləyi ilə əvəzlənəcək.Havanın temperaturunun Abşeron yarımadasında gecə 17-20°, gündüz 25-28° isti, Bakıda gecə 18-20°, gündüz 25-27° isti olacağı gözlənilir.Atmosfer təzyiqi normadan yüksək 765 millimetr civə sütunu, nisbi rütubət 65-75 faiz olacaq.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, sentyabrın 22-23-də Abşeron yarımadasında komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohessas insanlar üçün əlverişlidir.Azərbaycanın rayonlarında sentyabrın 22-də gün ərzində bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimal edilir. Şərq küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 14-18°, gündüz 25-30°, dağlarda gecə 7-12°, gündüz 14-17° isti olacağı bildirilir.Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək.Havanın temperaturu gecə 13-18°, gündüz 25-30° isti olacaq.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında səhər və gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək.Havanın temperaturunun gecə 7-12°, gündüz 14-17° isti olacağı proqnozlaşdırılır.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında gün ərzində bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağıntının axşam ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək.Havanın temperaturunun gecə 14-19°, gündüz 24-29° isti olacağı bildirilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında gün ərzində bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağıntının axşam ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 12-17°, gündüz 20-25° isti, dağlarda gecə 5-10°, gündüz 10-15° isti olacaq.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında gün ərzində bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağıntının axşam ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 14-18°, gündüz 25-30° isti olacağı ehtimal edilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağıntının axşam ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 16-18°, gündüz 23-28° isti, dağlarda gecə 8-13° isti , gündüz 13-18° isti olacağı gözlənilir.xeber100.com

Sentyabr 21, 2018 12:10

Sentyabrın 21-nə gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanda sentyabrın 21-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gün ərzində mülayim cənub küləyi əsəcək.Havanın temperaturu gecə 17-20°, gündüz 25-28° isti olacaq.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, sentyabrın 21-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək.Havanın temperaturunun gecə 13-18°, gündüz 27-32° isti olacağı ehtimal edilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq.Havanın temperaturunun gecə 7-12°, gündüz 15-20° isti olacağı proqnozlaşdırılır.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək.Havanın temperaturunun gecə 15-19°, gündüz 25-30° isti olacağı bildirilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq.Havanın temperaturunun gecə 10-15°, gündüz 21-26° isti, dağlarda gecə 4-9°, gündüz 11-16° isti olacağı gözlənilir.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək.Havanın temperaturu gecə 15-20°, gündüz 26-31° isti olacaq.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq.Havanın temperaturunun gecə 18-20°, gündüz 25-29° isti, dağlarda gecə 8-13° isti , gündüz 15-20° isti olacağı ehtimalı var.Respublikanın bölgələrində şərq küləyi əsəcək.xeber100.com

Sentyabr 20, 2018 13:43

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatı

Azərbaycanda sentyabrın 19-na gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək, cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 18-20°, gündüz 23-26° isti olacaq.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, sentyabrın 19-da Abşeron yarımadasında komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Havanın temperaturunun gecə 13-18°, gündüz 25-30° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Havanın temperaturunun gecə 7-12°, gündüz 15-19° isti olacağı proqnozlaşdırılır.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Havanın temperaturunun gecə 13-18°, gündüz 23-28° isti olacağı bildirilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Havanın temperaturu gecə 12-17°, gündüz 20-25° isti, dağlarda gecə 7-11°, gündüz 12-15° isti olacaq.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Havanın temperaturunun gecə 16-20°, gündüz 23-28° isti olacağı proqnozlaşdırılır.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Havanın temperaturunun gecə 18-22°,gündüz 23-28° isti, dağlarda gecə 12-14°, gündüz 15-17° isti olacağı bildirilir.Respublikanın bölgələrində şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.xeber100.com

Sentyabr 18, 2018 13:01

Sentyabrın 18-nə gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanda sentyabrın 18-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 19-21°, gündüz 23-26° isti olacaq.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, sentyabrın 18-də Abşeron yarımadasında komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Havanın temperaturunun gecə 14-19°, gündüz 26-31° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Havanın temperaturunun gecə 8-13°, gündüz 15-20° isti olacağı proqnozlaşdırılır.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Havanın temperaturunun gecə 14-19°, gündüz 25-30° isti olacağı ehtimal edilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Havanın temperaturunun gecə 12-17°, gündüz 22-27° isti, dağlarda gecə 7-12°, gündüz 14-19° isti olacağı bildirilir.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə 15-20°, gündüz 25-30° isti olacaq.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gündüz yağışda fasilə olacağı ehtimalı var. Havanın temperaturunun gecə 18-20°,gündüz 25-29° isti, dağlarda gecə 12-15°, gündüz 17-20° isti olacağı ehtimal edilir.Bölgələrdə şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.xeber100.com

Sentyabr 17, 2018 11:16

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatı

Azərbaycanda sentyabrın 14-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 19-23°, gündüz 27-32° isti olacaq.Abşeronun şimal çimərliklərində-Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada dəniz suyunun temperaturunun 23-24°, cənub çimərliklərində-Türkan, Hövsan, Sahil və Şıxda isə 24-25° isti olacağı ehtimal edilir. Çimərliklərdə mülayim cənub küləyi əsəcək.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, sentyabrın 14-15-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək. Havanın temperaturunun gecə 16-21°, gündüz 32-37° isti olacağı proqnozlaşdırılır.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın,Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 21-26° isti olacağı bildirilir.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Havanın temperaturu gecə 15-20°, gündüz 30-35° isti olacaq.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Havanın temperaturunun gecə 13-18°, gündüz 27-32° isti, dağlarda gecə 8-13°, gündüz 20-25° isti olacağı gözlənilir.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 31-36° isti olacağı ehtimalı var.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava yağmursuz keçəcək. Havanın temperaturu gecə 19-23°, gündüz 28-33° isti, dağlarda gecə 10-15°, gündüz 22-27° isti olacaq.Respublikanın bölgələrində şərq küləyi əsəcək, bəzi yerlərdə gündüz arabir güclənəcək.xeber100.com

Sentyabr 13, 2018 12:51

Hava şəraiti ilə bağlı məlumat açıqlanıb

Azərbaycanda sentyabrın 13-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 19-22°, gündüz 28-33° isti olacaq.Abşeronun şimal çimərliklərində-Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada dəniz suyunun temperaturunun 23-24°, cənub çimərliklərində isə - Türkan, Hövsan, Sahil və Şıxda 24-25° isti olacağı ehtimalı var. Çimərliklərdə mülayim şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, sentyabrın 13-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 16-21°, gündüz 31-36° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 20-24° isti olacağı proqnozlaşdırılır.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Havanın temperaturunun gecə 15-20°, gündüz 28-33° isti olacağı bildirilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Qərb küləyi əsəcək, gecə arabir güclənəcək.Havanın temperaturu gecə 13-18°, gündüz 25-30° isti, dağlarda gecə 8-13°, gündüz 20-25° isti olacaq.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 17-22°, gündüz 31-36° isti olacağı ehtimal edilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-21°, gündüz 29-34° isti, dağlarda gecə 13-16°, gündüz 25-29° isti olacağı gözlənilir.xeber100.com

Sentyabr 12, 2018 14:37

Ölkə ərazisində hava şəraiti ilə bağlı məlumat açıqlanıb

Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 19-23°, gündüz 26-30° isti, Bakıda gecə 20-22°, gündüz 28-30° isti olacağı ehtimal edilir.Atmosfer təzyiqi 760 millimetr civə sütunundan 765 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.Abşeronun şimal çimərliklərində-Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada dəniz suyunun temperaturu 23-24°, cənub çimərliklərində-Türkan, Hövsan, Sahil və Şıxda isə 24-25° isti olacaq. Şimal-qərb küləyi əsəcək, gün ərzində arabir güclənəcək.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, sentyabrın 12-də Abşeron yarımadasında arabir güclənən mülayim xəzri küləyi fonunda komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında qısamüddətli yağış yağacağı proqnozlaşdırılır. Şimşək çaxacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 30-35° isti, dağlarda gecə 10-15°, gündüz 19-24° isti olacağı bildirilir.Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 16-21°, gündüz 29-34° isti olacaq.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 19-24° isti olacağı ehtimalı var.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 15-20°, gündüz 28-32° isti olacağı proqnozlaşdırılır.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava yağmursuz keçəcək. Bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 13-18°, gündüz 24-29° isti, dağlarda gecə 8-13°, gündüz 18-23° isti olacağı bildirilir.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 17-22°, gündüz 30-35° isti olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı, ehtimalı var.Şimal-şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 18-21°, gündüz 28-33° isti, dağlarda gecə 14-16°, gündüz 24-27° isti olacaq.xeber100.com

Sentyabr 11, 2018 15:56

Sentyabrın 11-nə gözlənilən hava proqnozu açıqlanıb

Ölkə ərazisində sentyabrın 11-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə yarımadanın bəzi yerlərində şimşək çaxacağı ehtimalı var. Şimal küləyi əsəcək, axşam arabir güclənəcək.Havanın temperaturunun Abşeron yarımadasında gecə 19- 22°, gündüz 27- 32°, Bakıda gecə 19-21°, gündüz 29-31° isti olacağı proqnozlaşdırılır.Atmosfer təzyiqi norma daxilində-760 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək.Abşeronun şimal çimərliklərində-Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada dəniz suyunun temperaturu 23-24°, cənub çimərliklərində-Türkan, Hövsan, Sahil və Şıxda isə 24-25° isti olacaq. Şimal küləyi əsəcək, axşam arabir güclənəcək.Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.Havanın temperaturunun gecə 16-21°, gündüz 31- 36° isti, dağlarda gecə 10-15°, gündüz 18-23° isti olacağı bildirilir.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, sentyabrın 11-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.xeber100.com

Sentyabr 10, 2018 12:27

Hidrometeorologiya Departamentinin məlumatı

Azərbaycanda sentyabrın 7-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Şimal-şərq küləyi əsəcək.Havanın temperaturu gecə 18-23°, gündüz 28-32° isti olacaq.Abşeronun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada dəniz suyunun temperaturunun 24-25°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil və Şıxda isə 25-26° isti olacağı gözlənilir. Çimərliklərdə şimal-şərq küləyi əsəcək.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, sentyabrın 7-də Abşeron yarımadasında sabit hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək. Lakin axşama doğru bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı proqnozlaşdırılır. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 16-21°, gündüz 30-35° isti, dağlarda gecə 10-15°, gündüz 18-23° isti olacağı bildirilir.Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək.Havanın temperaturunun gecə 17-22°, gündüz 31-36° isti olacağı ehtimal edilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Havanın temperaturu gecə 10-15°, gündüz 18-23° isti olacaq.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava yağmursuz keçəcək. Havanın temperaturunun gecə 16-20°, gündüz 28-33° isti olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.Havanın temperaturunun gecə 13-18°, gündüz 23-28° isti, dağlarda gecə 8-13°, gündüz 18-23° isti olacağı proqnozlaşdırılır.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək. Havanın temperaturunun gecə 16-21°, gündüz 30-35° isti olacağı bildirilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək.Havanın temperaturunun gecə 20-23°, gündüz 28-33° isti, dağlarda gecə 11-16°, gündüz 20-25° isti olacağı ehtimal edilir.Respublikanın bölgələrində şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.xeber100.com

Sentyabr 6, 2018 13:37

Ölkə ərazisində hava şəraiti ilə bağlı məlumat açıqlanıb

Ölkə ərazisində sentyabrın 4-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.Havanın temperaturunun Abşeron yarımadasında gecə 19-23°, gündüz 27-32° isti, Bakıda gecə 20-22°, gündüz 29-31° isti olacağı ehtimalı var.Atmosfer təzyiqi norma daxilində-760 millimetr civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-45 faiz təşkil edəcək.Abşeronun şimal çimərliklərində-Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada dəniz suyunun temperaturu 24-25°, cənub çimərliklərində-Türkan, Hövsan, Sahil və Şıxda isə 25-26° isti olacaq. Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı,qısamüddətli yağış yağacağı proqnozlaşdırılır. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 17-22°, gündüz 29-34°, dağlarda gecə 9-14°, gündüz 18-23° isti olacağı bildirilir.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, sentyabrın 4-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.xeber100.com

Sentyabr 3, 2018 11:37

Avqustun 30-na gözlənilən hava proqnozu açıqlanıb

Ölkə ərazisində avqustun 30-na gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Mülayim cənub-şərq küləyi əsəcək.Havanın temperaturu gecə 20-24°, gündüz 28-33° isti olacaq.Abşeronun şimal çimərliklərində-Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada dəniz suyunun hərarətinin 24-25°, cənub çimərliklərində-Türkan, Hövsan, Sahil və Şıxda isə 25-26° isti olacağı ehtimalı var. Çimərliklərdə mülayim cənub-şərq küləyinin əsəcəyi bildirilir.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, avqustun 30-31-də Abşeron yarımadasında sabit hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək.Havanın temperaturunun gecə 16-21°, gündüz 31-36° isti olacağı proqnozlaşdırılır.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq.Havanın temperaturunun gecə 12-17°, gündüz 21-26° isti olacağı bildirilir.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava yağmursuz keçəcək.Havanın temperaturunun gecə 18-23°, gündüz 29-34° isti olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq.Havanın temperaturunun gecə 16-21°, gündüz 28-33° isti, dağlarda gecə 10-15°, gündüz 18-23° isti olacağı ehtimal edilir.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək.Havanın temperaturu gecə 18-23°, gündüz 31-36° isti olacaq.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq.Havanın temperaturunun gecə 19-23°, gündüz 28-33° isti, dağlarda gecə 11-16°, gündüz 22-27° isti olacağı gözlənilir.Respublikanın bölgələrində şərq küləyi əsəcək.xeber100.com

Avqust 29, 2018 14:06

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatı

Ölkə ərazisində avqustun 29-na gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Mülayim cənub-şərq küləyi əsəcək.Havanın temperaturu gecə 21-24°, gündüz 28-33° isti olacaq.Abşeronun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada dəniz suyunun temperaturunun 24-25°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil və Şıxda isə 25-26° isti olacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək.Havanın temperaturunun gecə 16-21°, gündüz 32-37° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq.Havanın temperaturunun gecə 12-17°, gündüz 20-25° isti olacağı proqnozlaşdırılır.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava yağmursuz keçəcək.Havanın temperaturunun gecə 17-22°, gündüz 30-35° isti olacağı bildirilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq.Havanın temperaturunun gecə 15-20°, gündüz 26-31° isti, dağlarda gecə 10-15°, gündüz 20-25° isti olacağı ehtimalı var.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək.Havanın temperaturu gecə 19-24°, gündüz 32-37° isti olacaq.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq.Havanın temperaturunun gecə 19-24°, gündüz 30-35° isti, dağlarda gecə 11-16°, gündüz 21-26° isti olacağı gözlənilir.Respublikanın bölgələrində şərq küləyi əsəcək, bəzi yerlərdə sürəti zəif olacaq.xeber100.com  

Avqust 28, 2018 12:43

Əməkdaşlıq barədə memorandum imzalanıb

Avqustun 28-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq haqqında memorandumun imzalanması mərasimi keçirilib.Azərtac xəbər verir ki, memorandumun məqsədi sosial müdafiə sahəsində birgə layihələrin həyata keçirilməsi, sosial müdafiəyə ehtiyacı olan şəxslərin əməyinin stimullaşdırılması, sosial cəhətdən həssas qrupların rifah halının yaxşılaşdırılmasına birgə dəstək tədbirləri və təlimlərin həyata keçirilməsidir. Bundan əlavə əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində elektron xidmətlərin, informasiya sistemlərinin və ehtiyatlarının yaradılması, təkmilləşdirilməsi, “Elektron hökumət” portalı vasitəsilə inteqrasiyası, ictimaiyyətlə əlaqələr strategiyasının və hüquqi aktların hazırlanması prosesində təcrübə mübadiləsinin aparılması əməkdaşlığın əsas prinsiplərindəndir. “ASAN Könüllülük Məktəbi” ilə təcrübə mübadiləsinin aparılması da memorandumun məqsədlərindən biridir. Həmçinin sənədə əsasən sağlamlıq imkanları məhdud gənclər əməklərinin maddi və mənəvi stimullaşdırılması məqsədilə könüllülük fəaliyyətinə cəlb olunacaq və onlar “ABAD” mərkəzlərinin fəaliyyətinə cəlb ediləcəklər.Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının icrası istiqamətində aparılan işləri diqqətə çatdıraraq bildirib ki, Fərmana əsasən, nazirliyin tabeliyində yaradılacaq DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyi və “DOST” mərkəzləri dövlət sosial xidmətlərinin keyfiyyətinin müasir texnologiyalar üzərində, innovativ həllərin tətbiqi əsasında yüksəldilməsini, həmin xidmətlərin “bir pəncərə” üzrə sistemli, sadələşdirilmiş prosedurlarla şəffaf və operativ təşkilini təmin edəcək.xeber100.com

Avqust 28, 2018 12:39

Avqustun 28-nə gözlənilən hava proqnozu açıqlanıb

Ölkə ərazisində avqustun 28-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.Havanın temperaturunun Abşeron yarımadasında gecə 20-24°, gündüz 28-33° isti, Bakıda gecə 21-23°, gündüz 30-32° isti olacağı gözlənilir.Atmosfer təzyiqi 759 millimetr civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-50 faiz təşkil edəcək.Abşeronun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada dəniz suyunun temperaturu 24-25°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil və Şıxda isə 25-26° isti olacaq. Şimal-şərq küləyi əsəcək.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, avqustun 28-29-da Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, günün bəzi saatlarında rütubətliliyin bir qədər çox olması bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı proqnozlaşdırılır. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 19-24°, gündüz 31-36°, dağlarda gecə 11-16°, gündüz 20-25° isti olacağı bildirilir.Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək.Havanın temperaturu gecə 17-22°, gündüz 33-38° isti olacaq.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq.Havanın temperaturunun gecə 11-16°, gündüz 20-25° isti olacağı gözlənilir.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava yağmursuz keçəcək.Havanın temperaturunun gecə 18-23°, gündüz 30-35° isti olacağı ehtimal edilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq.Havanın temperaturunun gecə 14-19°, gündüz 24-29° isti, dağlarda gecə 9-14°, gündüz 19-24° isti olacağı proqnozlaşdırılır.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək.Havanın temperaturunun gecə 19-24°, gündüz 31-36° isti olacağı bildirilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq.Havanın temperaturunun gecə 17-22°, gündüz 19-34° isti, dağlarda gecə 11-16°, gündüz 20-25° isti olacağı ehtimalı var.Respublikanın bölgələrində şərq küləyi əsəcək.xeber100.com

Avqust 27, 2018 08:16