“Eurovision–2019” müsabiqəsinin püşkatma mərasimi başa çatıb

29 Yanvar 2019 11:36

Xəbər 44 dəfə oxunub

Təl-Əvivdə “Eurovision–2019” mahnı müsabiqəsinin püşkatma mərasimi başa çatıb.Azərtac xəbər verir ki, püşkatma nəticəsində Gürcüstan mayın 14-də keçiriləcək birinci yarımfinalın ikinci turuna vəsiqə qazanıb.Mahnı müsabiqəsinin qaydalarına əsasən finala “Eurovision” müsabiqəsini təşkil edən ölkə (İsrail) və böyük beşliyə daxil olan dövlətlər – Almaniya, Böyük Britaniya, Fransa, İspaniya və İtaliya müsabiqədənkənar daxil olurlar. Qalan 20 iştirakçı yarımfinal turlarının nəticələrinə əsasən finala vəsiqə qazanırlar.Məlumat üçün qeyd edək ki, sayca 64-cü “Eurovision–2019” mahnı müsabiqəsinə İsrailin Təl-Əviv şəhəri ev sahibliyi edir. Bu böyük mahnı müsabiqəsinin yarımfinal mərhələləri mayın 14-də və 16-da, final mərhələsi isə mayın 18-də keçiriləcək.xeber100.com

Reklam