“Eurovision-2019” Qüdsdə keçiriləcək

13 May 2018 12:01

Xəbər 179 dəfə oxunub

“Eurovision-2019” Mahnı Müsabiqəsi Qüdsdə keçiriləcək.”RİA Novosti” agentliyinin məlumatına görə, bunu İsrail baş naziri Binyamin Netenyahu bəyan edib.“Eurovision-2018” Mahnı Müsabiqəsinin qalibi olan İsrail təmsilçisi Nettanı “Twitter” sosil şəbəkəsindəki səhifəsində təbrik edən B. Netenyahu yazıb ki, Netta İsrailə böyük şöhrət gətirib və növbəti mahnı müsabiqəsi növbəti il Qüdsdə olacaq.Qeyd edək ki, Portuqaliyanın paytaxtı Lissabonda keçirilən “Eurovision-2018” Mahnı Müsabiqəsinin qalibi İsrail təmsilçisi Netta olub. O, “TOY” mahnısını ifa edərək, 529 xalla müsabiqədə birinci yerin sahibi olub.xeber100.com

Reklam